Cümə, 26 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qatar bileti baha olduğu üçün özünə maşın aldı

Böyük Britaniya sakini bir səfərə görə özünə maşın alıb


 Lenta.ru saytının xəbərinə görə, buna səbəb qatar bileti qiymətlərinin bahalığı olub.

Bristol şəhərində yaşayan Tom Çerç Londonda yaşayan dostunun yanına getmək istəyib. 160 kilometrlik yolu qatarda getmək üçün Tom 218 funt sterlinq ödəməli idi. Həm də bu, birtərəfli gediş haqqı idi. Kişi qərar verir ki, bu, bir səfər üçün olduqca böyük miqdarda puldur və yaxşı vəziyyətdə olan “Honda Civic” 1997 markalı maşının elanını internetdə tapır. O, bu maşını məhz onun kiçik ölçüsünə görə seçir ki, nəqliyyat vergisini daha az ödəsin.

Kranç bu maşın üçün sığorta haqqı ilə birlikdə 206 funt sterlinq ödəyib. “Bir qatar biletindən daha ucuz başa gələn bir maşın aldım” – britaniyalı bu addımı ilə qürur duyaraq belə deyib. Onun sözlərinə görə, bu qərarı qatar biletlərinin hədsiz baha olmasına diqqət çəkmək üçün edib. Çerç bildirib ki, bu səfərdən sonra maşınını 200 funta satmaq niyyətindədir.

pia.az
Etiket:
loading...