Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarsda erməni bayrağı qaldırıblar


Azərbaycanın tarixi şəhərləri olan Qars və İqdırda Ermənistanla sərhədlərin açılmasına istəyənlər artsa da, ermənilər Türkiyəyə torpaq iddiasından əl çəkmirlər


ANS PRESS-in məlumatına görə, şəhərin bəzi dairələrinin Ermənistanla turizm əlaqələrini gücləndirərək münasibətləri yumşaltmaq istəyi də əks effekt verir. 

Bunun nəticəsidir ki, bu günlərdə Qarsa səfər etmiş bir dəstə erməni turist şəhərin tarixi qalasında erməni bayrağını açaraq şəkil çəkdiriblər. Erməni turistlər daha sonra Ermənistanın himnini oxuyublar. 

Adını “qar” və “su” türk sözlərindən götürüb, 3 min ildir ki türklərin yaşadığı Qars şəhəri tarixən Azərbaycan və Türkiyə arasında bufer zonası rolunu oynayıb. Gah Osmanlı, gah da Azərbaycana məxsus Səfəvi, Afşar və Qacar türk sülalələrinin əlinə keçmiş Qarsı 1877-ci ildə Rusiya imperiyası işğal edib. Həmin andan şəhərə Osmanlı imperiyasının cənublarından ermənilər köçürülməyə başlayıb. Amma bununla belə, 1900-cü ildə Qarsda ermənilərin payı 30 faizdən yüksək olmayıb. Buna görə də 1918-20-ci illərdə Araz Türk Respublikası qurulmuş Qars vilayəti 1921-ci ildə Türkiyəyə birləşdirildi. 

Ermənilər isə həmişə Türkiyənin Qars və Ərdəhan vilayətlərinə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Qarsın bundan əvvəlki bələdiyyə başçısı Əli Naifoğlu isə Ermənistanla sərhədlərin açılmasını istəyirdi və Qars qalasının yanında eybəcər erməni-türk dostluğu abidəsi inşa etdirmişdi. Abidə Türkiyə baş naziri Ərdoğanın şəhərə səfərindən sonra söküldü. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar