Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarlı hava kommunal xidmətlərdə hansı problemləri yaradıb?


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub


Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-11, Lənkəran-Astara zonasında 3-35, Kiçik Qafqazda 2-9, Böyük Qafqazda 3-17, Mərkəzi-Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-7 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Maştağada 9, Zabratda 5, Qumyataqda 3, Ələt, Sumqayıtda 2, Pirallahıda 1, Binədə 0.4, Lənkəran-Astara zonasında: Rvarudda 91, Lerikdə 70, Kəlvəzdə 36, Yardımlıda 33, Lənkəranda 25, Göytəpədə 23, Astarada 20, Kiçik Qafqazda: Göygöldə 18, Daşkəsəndə 15, Gədəbəydə 7, Böyük Qafqazda: Sarıbaşda (Qax) 59, Altıağacda 40, Kişçayda (Şəki) 28, Xaltan, Qusar, Qəbələdə 25, Qubada 22, Şamaxıda 20, Şabran, Qırız, İsmayıllıda 19, Şəkidə 16, Xaçmaz, Oğuzda 10, Mərəzədə 6, Xınalıqda 5, Naxçıvan MR-da: Ağdərədə 63, Şahbuzda 37, Naxçıvanda 31, Şərurda 20, Ordubadda 2, Mərkəzi-Aran rayonlarında: Ağsuda 15, Bərdədə 13, Göyçay, Yevlaxda 9, Beyləqanda 8, Qazıməmməd, Zərdab, İmişlidə 6, Biləsuvarda 4, Neftçalada 3, Salyanda 1, Kürdəmirdə 0.8, Qazax-Gəncə zonasında: Tərtərdə 15, Ağdamda 6, Gəncədə 5, Ağstafada 3, Tovuz, Naftalanda 2, Şəmkirdə 1 sm olub.

Bu cür havalarda kommunal xidmətlərin normal işləməsi çox önəmlidir. İnsanlar çox zaman qar yağan kimi suların donmasından, qazın zəifləməsindən, işıqların sönməsindən şikayətlənir.

Maraqlıdır bu cür qarlı hava şəraiti bu dəfə kommunal xidmətlərin fəaliyyətinə hansısa maneə törədibmi?

Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev: “İşıqla təminat çox yüksək səviyyədə həyata keçirilir. Bununla bağlı bizim quruma heç bir şikayət daxil olmayıb. Nə qədər qar yağsa da tələbat ödənilir və yüksək səviyyədə xidmət göstərilir. Hətta qar fəsadları ola biləcək bəzi yerlərdə qabaqlayıcı tədbirlər görülüb. Dağ kəndlərində haradakı qar fəsadlar törədib və bunun nəticəsində xətlərimizin təhlükəsizlik naminə işlər görülübsə, o da qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb ki, abonentlərimiz yüksək səviyyədə elektrik enerjisi ilə təchiz olunsunlar. Bir sözlə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Əgər problem olarsa, 199 saylı Çağrı Mərkəzinə telefon açsınlar və operativ şəkildə problem aradan qaldırılacaq”.

Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev qarlı hava şəraiti ilə əlaqədar təbii qazın verilməsində paytaxtda və bölgələrdə heç bir problemin yaşanmadığını dedi: “Hava şəraiti ilə əlaqədar planlı işlər təxirə salınıb. “Azəriqaz” İstehsalat Birliyində hər hansısa bir təmir işləri aparılmır. Hava şəraiti ilə əlaqədar əhalinin təbii qaza ehtiyacı artdığından təbii qazın verilməsində də artım var. Ötən günlərlə müqayisədə əhalinin 1 milyon 446 min kub metr qaza tələbatı artıb. Əgər bundan sonra da tələbat artarsa, təbii qazın verilişində də artım olacaq. Bakı şəhərində, o cümlədən də bölgələrdə qarlı hava şəraiti təbii qazın verilişində heç bir fəsad törətməyib və əhali texnoloji rejimə uyğun olaraq təbii qazla təmin edilirlər”.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da su ilə bağlı heç bir problemin olmadığını və vətəndaşları əvvəlki rejimdə su ilə təmin etdiklərini bildirdi: “Gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. Bakı, Abşeron, həmçinin regionlarda vəziyyət stabildir. Əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. İndiyədək quruma sayğacların donması və sairə ilə bağlı heç bir şikayət daxil olmayıb”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar