Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradərili olduğu üçün edam edilmişdi – İllər sonra dəhşətli fakt ortaya çıxdı


ABŞ-ın Cənubi Karolina əyalətində 7 və 11 yaşlı qızların ölümündə təqsirkar bilinərək edam edilən “George Stinney”-ə 70 il sonra azadlıq verilib


1929-cu ildə dünyaya gələn Corc Stini Amerika tarixində ilk ölüm cəzası almış azyaşlı hesab olunur. Qaradərili olan Corc elə bir dövrdə yaşayırdı ki, həmin illərdə Amerikada irqçilik hökm sürürdü və qaradərililər az qala heyvanlarla bir tərəziyə qoyulurdu. Heyvanlara şəhərdə nə qadağan olunurdusa, həmin qadağa qaradərililər üçün də tətbiq olunurdu.

Minva.info xəbər verir ki, Corc Stini 1944-cü ildə 7 və 11 yaşlı ağdərili qızların öldürülməsində təqsirli bilinərək həbs olunur. Əslində qızların ölümündə daha çox təqsirli bilinən bir nəfər də var idi. Lakin qızların ölümündən bir gün əvvəl Corcla danışmalarını əsas gətirərək, onu həbs edirlər. Bundan sonra onun atasını da işdən qovurlar və ailə bu qəsəbədə yaşaya bilməyəcəklərini başa düşərək başqa yerə köçməli olur.

Corc üçün yaradılımış məhkəmədə ona danışmaq hüququ əlindən alınır, bacılarının qardaşları üçün şahidlik etməsinə də icazə verilmir. Onun üçün ayrılmış hüquqşünas da onu müdafiə etmir. Uzun çəkən məhkəmə prosesindən sonra əsaslı sübutlar olmasa da sadəcə 10 dəqiqəyə 15 yaşlı Corca ölüm cəzası verilir.

Corc 1.55 boyunda və 40 kilo idi. Kiçik bədəni elektrikli stoluna uyğun deyildi, boyunu uzatmaq üçün əlindəki İncil kitabını onun altına qoyurlar və sadəcə 4 dəqiqəyə ondan xilas olurlar. Bununla da daha bir “uğurlu” məhkəmə prosesinin sonuna gəldiyini düşünürülər.

İllər sonra bu hadisəni araşdıran yerli tarixçilərdən biri, məhkəmənin ədalətsiz aparıldığını və məsləyə təkrar baxılmasını tələb edir. Məhkəmə məsələni yenidən araşdırır və məhkəmə prosesində ciddi ədalətsizliyə yol verildiyi müəyyənləşir, nəhayət Corc-un günahsız olması sübuta yetirilir.  70 il sonra Corc Stini mənəvi azadlığa qovuşur.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar