Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


Aprelin 24-ü 2014-cü il tarixində Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova  iştirak edib.

Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq, ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayıb. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusu müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd edib.

Öz növbəsində Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri  dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

Tədbirin sonunda rayonda yaşayan aztəminatlı Çernobıl əlilinin ailəsinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.
2.JPG görüntüleniyor

3.JPG görüntüleniyor
4.JPG görüntüleniyor



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar