Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonu ilə Şenzen şəhəri arasında protokolu imzalandı - Fotolar


Qaradağ Rayonu ilə Çin Xalq Respublikasının Şenzen şəhəri arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb


Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiyasiyasının sədri cənab Chen Zhiyonq və onu müşaiyət edən nümayəndə heyətinin 27-30 iyun 2017-ci il tarixində ölkəmizə işgüzar səfəri çərçivəsində 27 iyun 2017-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunda işgüzar görüş keçirilib.

Çinli qonaqlar Rayonun Lökbatan qəsəbəsində ucaldılmış Ümumilli lider Heydər Əliyevin əzəmətli büstü önünə tər gül dəstələri qoyaraq xatirəsi böyük ehtiramla yad edilmişdir. Qonaqlar Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli lider H.Əliyevin həyatını və onun siyasi fəliyyətini əks edən foto stendlə tanış olmuş, nümayəndə heyətinə Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və xalqımız qarşısında misilsiz xidmətləri haqda ətraflı məlumat verilmişdir.

Həmin gün Çinli nümayəndə heyəti Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qəbul edilmiş və nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilmişdir. Görüşdə qonaqları səmimi salamlayan cənab S.Mikayılov ötən son 25 il ərzində Çin və Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən geniş məlumat vermişdir.

Ötən müddət ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkəmizin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun zəngin sənaye potensialı, sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında geniş məlumat verilmişdir.

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiyasiyasının sədri cənab Chen Zhiyonq dəvət və səmimi qəbul üçün Rayon İcra Hakimiyyəıtinin Başçısı cənab S.Mikayılova nümayəndə heyyəti adından təşəkürünü bildirmiş, həmçinin keçirilən görüşün əhəmiyyəti və gələcək inkişaf prespektivləri haqda geniş məlumat vermişdir.

Cənab Chen Zhiyonq ölkələrimiz arasında möcvud əlaqlərdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir. Görüşdə ölkələr arasında mövcud olan, iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalandı.

Görüşdə ölkəmizin iqtisadiyyatını, turizmini və Qaradağ rayonunun sənaye potensialını, sosial-iqtisadi inkişafını, eyni zamanda Şenzen şəhərinin iqtisadiyatını və turizmini əks etdirən video-rolik nümayiş etdirilmişdir. Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmış, Çinli iş adamlarının ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilmiş və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınmışdır.

Səfər çərçivəsində Çinli nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Gəmiqayırma Zavodunun fəaliyyəti ilə yaxından tanış olmuşlar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar