Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağı geri almağın ən rahat yolu


Ermənistan ordusu böyük itkilər verməsinə baxmayaraq, cəbhədə təxribatları gücləndirir


Bakıda prezident İlham Əliyevlə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf olacağına ümid etdiyini deyib. 

Lavrov bildirib ki, məqsədləri Azərbaycanın və Ermənistanın, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin münaqişə barədə mövqelərini ortaq məxrəcə gətirməkdir. 

Səfər öncəsi həm Rusiya, həm də Ermənistan mətbuatı Sergey Lavrovun Bakıya gəlməsinə ciddi diqqət yetirirdi. Müxtəlif versiyalar irəli sürülürdü. Ən çox yayılmış versiyalar kimi danışıqların Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasına çox yaxın olduğu vurğulanırdı. 

Amma bu proqnozlar özünü doğrultmadı, əksinə Ermənistan ordusu qoşunların təmas xəttində təxribatlarını artırdı. Nəticədə, bir neçə gün ərzində cəbhədə 7-dən çox erməni əsgəri öldürüldü. Son illərin təcrübəsi göstərir ki, bu cür proqnozlar ortaya çıxan kimi Ermənistan ordusu böyük itikilər verməsinə belə baxmayaraq, cəbhədə təxribatları gücləndirir. Elə Lavrovun səfəri günü Tərtərin Qapanlı kəndində toy çadırı Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulub. Hadisə zamanı 3 nəfər mülki sakin yaralanıb. 

Eyni vəziyyət 2012-ci il iyunun 6-da Bakıya səfər etmiş ABŞ dövlət katibi Hillari Klintonun səfəri öncəsi də müşahidə olunmuşdu. Klinton hələ Gürcüstanın Batumi şəhərində olan zaman - iyunun 4-də və 5-də Ermənistan ordusu Tovuzda və Qazaxda Azərbaycan ordusunun mövqelərinə hücum etmişdi. Nəticədə, Ermənistan ordusu xeyli itki verdiyini bəyan etmişdi, Azərbaycan tərəfi isə Qazaxda 5 nəfər şəhid vemişdi, 2 azərbaycanlı hərbçi isə yaralanmışdı. 

Politoloq Qabil Hüseynli İrəvanın bu cür təxribatçı addımlarını ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə ünvanlanmış mesaj kimi dəyərləndirir. “Bu yay danışıqlar Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasına çox yaxın idi. Artıq yay başa çatıb, amma məsələ gerçəkləşdirilə bilməyib. Çünki Ermənistan həmin rayonları geri qaytarmaq istəmir. Moskvadakı ermənipərəst lobbinin məsləhəti ilə qoşunların təmas xəttində fəallığı artırır ki, Putini bu addımdan geri çəkilməyə məcbur etsin”, - deyə politoloq ans press-ə bildirib. 

Yəni Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupu ilə danışıqlarda verdiyi vədlərə baxmayaraq Dağlıq Qarabağ ətrafındakı rayonları geri qaytarmaq istəmir. Buna görə də tərəflərin ortaq məxrəcə gələ biləcəyini hiss edən kimi təxribatlar yolu ilə cəbhədə vəziyyəti gərginləşdirir. 

“Eurasia Daily” informasiya agentliyinin şərhçisi Anuş Levonyan Ermənistan rəhbərliyinin bu cür yanaşmasının bir neçə səbəbi olduğunu vurğulayır. Onun fikrincə, hakim partiya Qarabağ müharibəsi dövründə özlərinə karyera qurmuş və var-dövlət yığmış veteranlardan ibarətdir, buna görə də geri addım ata bilmirlər. Həm də hakim partiyanın təmsilçiləri işğal edilmiş ərazilərdə geniş tarlaları əkib-becərib, pul qazandıqlarına görə qoşunları geri çıxarmaq istəmirlər. Anuş Levonyan ümid edir ki, Ermənistanda nəzərdə tutulan konstitusiya islahatlarından sonra, yəni ölkənin parlament üsul-idarəsinə keçməsindən sonra hakimiyyətə Qarabağ hərəkatı ilə birbaşa əlaqəsi olmayan gənclər gələcək və onlar münaqişənin hamı üçün əlverişli olan variantlarına mane olmayacaqlar. 

Qabil Hüseynli isə konstitusiya islahatlarından sonra da Ermənistanda vəziyyətin dəyişməyəcəyini vurğulayır: “Serj Sarkisyan parlament üsul-idarəsinə öz hakimiyyətinin vaxtını uzatmaq üçün keçir. Yəni yaxın illərdə Ermənistanda hakimiyyətə Qarabağ hərəkatından uzaq adamların gələ biləcəyinə inanmaq çox çətindir. Buna görə biz daha çox Rusiya ilə münasibətləri inkişaf etdirərək ərazi bütövlüyümüzü təmin etməyimizə mane olmamasına çalışmalıyıq”. 

Politoloq indi bunun üçün real zəmin yarandığını vurğulayır. Yəni Gürcüstanla NATO-nun münasibətləri getdikcə dərinləşir və bu münasibətlərin Azərbaycan müstəvisinə keçəcəyi də istisna edilmir. Təbii ki, qərbin sanksiyaları ilə üz-üzə qalmış Rusiya yaxın tərəfdaşı olan Azərbaycanı itirmək istəməz. 

“Əgər Moskva strateji tərəfdaş saydığı Azərbaycanın Avrasiya İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və s. kimi qurumlarda yer almasını istəyirsə, ərazi bütövlüyümüzü təmin etmək üçün həyata keçirdiyimiz əməliyyatlara mane olmamalıdır. Nə Ermənistandakı hərbi bazası, nə də öz ərazisindəki stukturları ilə məsələyə müdaixəl etməməlidir. Azərbaycan 1994-cü ildə olduğu kimi Rusiyanı inandırmağı bacarmalıdır. Onda biz Horadizə kimi azad eləməyə qarışmamaq üçün Moskvanı razı salmağı bacarmışdıq. İndi də Ermənistanı danışıqlar masasına oturtmaq üçün ən azı 7 rayonu hərblə geri qaytarmalıyıq. Azərbaycan ordusu 21 il əvvəl olduğu kimi bu işin də öhdəsindən rahatlıqla gələ bilər”,- deyə Qabil Hüseynili vurğulayır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar