Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağı bizə yaxınlaşdıran “Qarabağ”


Bu gün “Qarabağ” futbol klubu olduqca önəmli və tarixi bir oyuna çıxır. Futbolsevərlər söhbətin nədən getdiyini bildikləri üçün xırdalamağa lüzum görmürük. Odur ki, keçək mətləbə


Məlumatlara görə, Bakıdakı birinci matça rekord sayda azarkeş bilet alıb. Matça belə maraq təbii ki, həm də və yəqin ki, ən əvvəl komandanın adı ilə bağlıdır. Doğru, bu, bir idman yarışıdır, idmanda isə udan da olur, uduzan da. Yaxud qalib bir gün büdrəyib məğlubiyyət də dada bilir.

Fəqət, bu, “Qarabağ”dır - erməni işğal altındakı Ağdamı, bütövlükdə işğal olunmuş torpaqlarımızı təmsil edən, Azərbaycanın öz ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacağını simvolizə edən “Qarabağ” klubu!

O üzdən “Qarabağ”ın qələbəsi bizə ikiqat şirin olduğu kimi, onun məğlubiyyəti, geriləməsi də bir o qədər ağır gəlir bizə. Eyni səbəbdən ordumuz kimi, “Qarabağ”a qarşı da ümumxalq sevgisi, mənəvi hamilik böyük əhəmiyyət kəsb edir indi. Zira, “Qarabağ”a dəstək - Qarabağa dəstək deməkdir.

Bu gün işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə bir neçə cəbhədə gedir. Onlardan biri, hətta birincisi dünya ictimai rəyini öz xeyrinə dəyişməyə hədəflənmiş təbliğat savaşıdır. Qurban Qurbanovun “Qarabağ”ı da bu savaşın içində, önündədir və layiqli töhfəsini verməkdədir. Ən azı, bacardığını etməkdədir.

Bunu hardasa futbol diplomatiyası da adlandırmaq olar. Yəni əslində Qurban Qurbanov sıradan bir məşqçi, futbol mütəxəssisindən daha çox azarkeşlərin, xalqın gözündə Qarabağın azadlığını yaxınlaşdıran bir diplomatdır.

Bəzən irad kimi deyilir ki, “Qarabağ”ın tərkibində xeyli legioner oynayır. Olsun. Torpaqlarımızın azadlığı uğrunda mübarizədə, düşmənlə mübarizədə istənilən vasitə məqbuldur. Necə ki, illərdir pul verib xaricdən bahalı, modern silahlar alırıq, eləcə də güclü futbolçular da almalıyıq ki, təbliğat savaşında düşmənə yenilməyək, “futbol diplomatiyası”nı qabağa apara bilək.

Bu mənada “Qarabağ”dakı legionerləri təşviqat savaşındakı muzdlu döyüşçü də adlandırmaq mümkündür - Qarabağ uğrunda, Azərbaycan uğrunda döyüşən muzdlular! Qarabağın Azərbaycanın ayrılmaz ərazisi kimi təbliğinə kömək elədikləri üçün onlara minnətdarlıq düşür.

Məsələ də ondadır ki, bu gün hər birimiz təmsil elədiyi sahədə öz üzərinə düşəni yerinə yetirsə, işğalın ömrü qısalar. O sırada KİV-lərin üzərinə də analoji missiya düşür. Ələlxüsus xarici auditoriyaya çıxış imkanları olan KİV-lərdən söhbət gedir. 

Qayıdaq “Qarabağ”ın oyununa. Əslində “Qarabağ”ın beynəlxalq arenada hər qələbəsi Qarabağ ətrafında oynanılan məkrli oyunları faş eləmək üçün verilən bir töhfədir. Təsadüfi deyil ki, komandanın Avropadakı hər matçını erməni lobbisi narahatlıqla qarşılayır və həmişə təxribatlar törətməyə çalışır. Bu dəfə də cavab matçında - Kopenhagendə ermənilərin iyrənc aksiya keçirəcəkləri haqda artıq məlumatlar yayılıb.

Gözləniləndir. Düşmən tərəfin təmsilçiləri bizdən də yaxşı bilirlər ki, “Qarabağ” meydanda təkcə top uğrunda, rəqib qapısına yol tapmaq uğrunda mübarizə aparmır, eyni zamanda Qarabağ uğrunda mübarizə aparır. Bu mübarizədə bizim bir daha məğlubiyyət acısı dadmaq lüksümüz yoxdur - heç bir mübarizə meydanında!

Demək, ordumuza, əsgərimizə mənəvi dəstək qədər “Qarabağ”a da dəstək vacibdir - Qarabağ naminə. 
İrəli, “Qarabağ”, Qarabağa doğru!(musavat.com)

 Zahid SƏFƏROĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar