Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda “hibrid müharibəsi?”


Rusiyalı diplomatdan açıqlama


Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanov ABŞ-ın Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqilliyi haqda qətnaməsini qınayıb.

Publika.az xəbər verir ki, A. Baklanov bu məsələyə ehtiyatlı yanaşmağı tövsiyə edib: “Hətta kiminsə tərəflərin hansınasa simpatiyası ola bilər. Lakin diplomatik etiketləri gözləməliyik. Son proseslər göstərir ki, dünyada diplomatik normalar asanlıqla çeynənilir”.

Rusiyalı diplomat qeyd edib ki, Dağlıq Qarabağ qəddar niyyətli tarixdir: “Hər iki xalq normal münasibətdə idi. Lakin SSRİ-nin yenidənqurma siyasəti nəticəsində separatçılar peyda oldu və Qarabağda dəhşətli tarix yaşandı. İndi hər iki tərəf Qarabağın onun olduğunu düşünür, amma bununla münaqişə həll olunmayacaq. Hər şeyi hələ də öz gücünü saxlayan beynəlxalq hüquqa əsasən həll etmək olar. Amma bunun üçün ilk növbədə millətçi çağırışlardan qaçmalıyıq. Çünki bu, münaqişənin həllinə mane olur”.

A. Baklanov NATO-nun Rusiyanı “hibrid müharibə” aparmaqda ittiham etməsinə də münasibət bildirib.

Qeyd edək ki, Avropada NATO hərbi birləşmələrinin komandanı Filipp Bridlav bildirib ki, Rusiya Moldovada “hibrid müharibə” ssenarisini işə salır.

“Biz Krım və Şərqi Ukraynada bu ssenarini müşahidə etdik. İndi də Moldova və Dnestryanıda eyni ssenari işə düşür”, - deyə NATO nümayəndəsi bildirib.

Şimal Alyansının nümayəndəsi Rusiyanın MDB məkanında münaqişəli bölgələrə eyni ssenarini tətbiq edəcəyi təhlükəsindən xəbər verir.

Lakin rusiyalı diplomat bunu mənasız yanaşma adlandırır və eyni ssenarinin gələcəkdə Qarabağda da ola bilməsi ehtimalını dəyərləndirir.

“Krımda və Şərqi Ukraynada baş verənlər belə bir ssenariyə aid deyil. Nə Qarabağda, nə də digər münaqişə ocaqlarında belə bir şeyin baş tutması haqında deyilənlər yalnız populist iddialardır”, - deyə o bildirib.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar