Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda vəziyyət gərginləşə bilər


Son günlər cəbhədə vəziyyət yenidən gərginləşib


Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 30-da cəbhədə baş verən atışmada erməni hərbçi yaralanıb.

Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”

Millət vəkili Rasim Musabəyov hesab edir ki, cəbhədə gərginliyin artması qaçılmazdır: “Danışıqlar prosesi dalana dirənibsə, sülhə doğru heç bir irəliləyiş gözlənilmirsə, gərginliyin daim artması qaçılmazdır. Ona görə də sülhün olmadığı təqdirdə belə hadisələr hər zaman olacaq. Hətta, cəbhədə gərginlik daha da arta bilər. Aprel hadisələrinin yaxın zamanda təkrar olunmasını gözləmirəm. Qışda əməliyyatlar aparmaq kifayət qədər çətindir. Amma vəziyyətin gərginləşəcəyi istisna deyil”.

Politoloq Qabil Hüseynlinin fikrincə, düşmən tərəfi cəbhədə vəziyyəti gərginləşdirməklə Azərbaycana təzyiq göstərmək istəyir: “Düşmən Azərbaycan ordusunun zəif yerlərini axtarır. Ermənistan prezidenti Serj Sarkisyan son çıxışında Azərbaycanı təhdid edib. Bildirib ki, istəsələr Azərbaycanı təslimçi sülhə məcbur edə bilər. Hesab edirəm ki, ermənilər bu cəsarəti ruslardan alır. Ermənistan yenə danışıqlar prosesində yayınır, qeyri-konstruktivlik nümayiş etdirir”. 

Politoloq vurğulayıb ki, erməni tərəfi təxribatlarını dayandırmasa, aprel hadisələrinə bənzər hallar yaşana bilər: “Hazırda ermənilər ciddi cəhdlə Azərbaycanı təxribata çəkir. Hesab edirəm ki, belə təxribatlar davamlı olsa, aprel döyüşlərinə bənzər və ya ondan daha böyük toqquşmlar baş verə bilər”. 

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Emrənistan özünü çox ləyaqətsiz aparır: “Ermənilər cəbhədə qəsdən gərginlik yaradır. Bu isə onların ağılsızlığından və ləyaqətsizliyindən irəli gəlir. Azərbaycan Silahlı Qüvvələri isə ermənilərin cavabını vermək üçün bütün lazımı addımları atır”.

Ü.Cəfərovun fikrincə, cəbhədə gərginlik artan xətt üzrə inkişat etməyəcək: “Cəbhədə gərginlik həmişə var. Ancaq, düşünmürəm ki, hələlik geniş hərbi əməliyyatlar baş versin. Burada iqlim şəraiti mühüm rol oynayır. Buna baxmayaraq, ermənilərin etdiyi hər bir hərəkətə Azərbaycan əsgəri lazımı cavab verir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar