Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda seperatçılara qarşı etirazlar Yerevanın planıdır...


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


Qarbağda Ermənistanın yaratdığı qondarma rejimə qarşı etirazların davam etməsi gözlənilir. Bu etirazlar, Paşinyan tərəfindən idarə olunmaqla hazırkı separtçıların, Serj Sarkisyan klanın üzvü Bako Saakyanın idarəçilikdən uzaqlaşdırılmasına hesablanıb. Bako Saakyan Paşinyanın formalaşdırdığı yeni idarə sistemi üçün arzuolunmayan şəxsdi və istənilən vaxt Paşinyana qarşı siyasi mübarizədə güc olaraq ortaya çıxa bilər.

Qarabağdakı ermənilərin etirazı ondan ibarətdir ki, yerli Sarkisyan klanından canlarını qurtarıb, özləri üçün Paşinyanın siyasi idarə sisteminin tətbiqini arzu edirlər. Ermənistanda baş verənlər bir başa Xankəndinədə özünü göstərməlidir.

Ümumiyyətlə, Xankəndində kimlərin yerli idarəçilikdə təmsil olunmasına baxmayaraq, bu Azərbayacan üçün önəmli deyil. Çünki, buradakılar Yerevanın qanunsuz təsis etdiyi qondarma qurumdur. Əsas tərəf və işğalçı ölkə Ermənistan olaraq, bir başa danışıqlara və ərazilərin boşaldılmasına məhkumdur. Sadəcə, Paşinyan çalışır ki, Xankəndində öz siyasi iradəsinə tabe olan şəxsi rəhbərliyə gətirsin. Bu dəyişikliyə Qarabağ klanın-başda Serj Sarkisyan olmaqla necə reaksiya verəcəyi gözlənilir. Qeyd edim ki, Serj Sarkisyan Qarabağda idarəçiliyin dəyişməsinə ciddi etiraz bildirə bilər və işdən çıxarılan generalları ətrafında toplamaqla Qarabağ kartı ilə yenidən siyasi səhnədə rol alar. Ona görədə Nikol Paşinyan Qarabağda baş verənlərlə bağlı təmkinli davranır, özünü növbədənkənar parlament seçkilərinə hazırlayır.

Seçki öncəsi Qarabağda baş verənlər sadəcə qığılcım olaraq qalır. Əsas proseslər parlament seçkilərində və sonrası yaşanacaq. Ermənistanda inqilab bitməyib, davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar