Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir


Amerikanın ikili standartı: yeni faktlar; Sabiq gürcü diplomatından sensasion açıqlama; postsovet məkanındakı separatçı rejimlərin verdiyi sənədləri Amerikanın tanıması haqda faktlar var; “Qarabağ erməniləri ABŞ-ın İrəvandakı səfirliyindən qondarma qurumun sənədləri əsasında viza alırlar...”


ATƏT-in Minsk Qrupunun əsas həmsədrlərindən olan ABŞ-ın erməni separatizminə loyal münasibəti sirr deyil. Həm də xristian amilindən doğan bu loyallıq hər il Dağlıq Qarabağdakı kriminal və separatçı quruma maliyyə yardımlarının ayrılmasında, bir sıra konqresmenlərin nümayişkaranə və cəzasız şəkildə vaxtaşırı işğal altındakı Qarabağa, Xankəndinə səfərlər eləməsində, habelə erməni separatçılarının liderlərinin müntəzəm surətdə Amerikaya səfərlər edərək, hətta ABŞ Konqresində “DQR bayrağı” adına əski parçası asıb görüşlər keçirməsində və həmin görüşlərdə Azərbaycan əleyhinə ağır ittihamlar yağdırmasında özünü göstərməkdədir.

O da faktdır ki, Krımın işğalına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ABŞ-ın neçə-neçə ştatı qondarma “DQR”i dövlət kimi tanıyıb, bəzi Amerika şəhərləri Xankəndi ilə “qardaşlaşıb”, Kaliforniya ştatında üstəlik, separatçı qurumun nümayəndəliyi sərbəst fəaliyyət göstərir.

*****

“HALO Trust” ile ilgili görsel sonucu

Qəzetimizin ötən sayında isə suverenliyimiz və ərazi bütövlüyümüz əleyhinə başqa faktlar haqda ətraflı yazmışıq. “Yeni Müsavat” xatırladır ki, söhbət ABŞ tərəfindən maliyyələşən “HALO Trust” adlı şirkətin işğal altındakı ərazilərimizdə mina təmizləmək adı ilə apardığı qeyri-şəffaf fəaliyyətdən, Ermənistana və qanunsuz rejimə faktiki, dəstək göstərməsindən gedir.

Kreml and white house ile ilgili görsel sonucu

Məsələnin ən təhlükəli tərəfi odur ki, bu şirkət öz fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir. Özünün yaydığı açıq hesabatlarda isə ölkəmizin ərazi bütövlüyünə qarşı təhrifedici ifadələr, separatçı rejimin legitimləşməsinə yönəlik cəhdlərin yer aldığı iddia olunur. Belə ki, bu cür hesabatda Dağlıq Qarabağ bölgəsi ayrıca subyekt kimi və bəzi yerlərdə “ölkə” kimi, işğal olunmuş ətraf rayonlar isə “Dağlıq Qarabağ tərəfindən nəzarət olunan, lakin onun Sovet sərhədlərindən kənarda yerləşən ərazilər” kimi təqdim olunur.

123.JPG (79 KB)

Onu da qeyd etmişik ki, Azərbaycanın razılığı olmadan onun ərazilərində mina fəaliyyəti aparmaq üçün “HALO Trust”ın bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsi ciddi narahatlıq yaradan haldır və bu əməl ölkəmizin ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir. Ən nəhayət, bütün bunlar Birləşmiş Ştatların Qarabağ məsələsində qərəzsiz vasitəçiliyi ilə bir araya sığmayan əməllərdir.

dfdfdf.JPG (84 KB)

*****

Lakin bu da hamısı deyilmiş. Bəlli olur ki, formal olaraq, postsovet məkanındakı separatçı qurumları, o cümlədən Azərbaycan sərhədləri daxilində yaradılmış saxta “DQR”i və orada keçirilən “seçkiləri” tanımayan ABŞ-ın Rusiya, Gürcüstan və Ermənistandakı səfirlikləri həmin qanunsuz qurumların “hökumətləri” tərəfindən verilən “sənədləri” maneəsiz şəkildə leqallaşdırır. “Yeni Müsavat” haqqin.az-a istinadən bildirir ki, bu barədə 7 il Amerikanın Rusiyadakı səfirliyində çalışmış (2010-2017) gürcü diplomat Georgi Kbiltetslaşvili deyib.

Qarabağ OSCE ile ilgili görsel sonucu

“Açıq mənbələrdən bilindiyi kimi, ABŞ Abxaziyanın, Cənub Osetiyanın,  Dağlıq Qarabağın və Dnestryanı bölgənin müstəqilliyini tanımır. Bununla əlaqədar həmin separatçı qurumların ”hakimiyyət orqanları" qanuni deyil və onların verdikləri arayışlar da hüquqi qüvvəyə malik ola bilməz. Müvafiq şəkildə bu regionlarda yaşayan və ya doğulan adamlar ABŞ səfirliklərinin konsulluq departamentindən immiqrasiya vizaları almaq üçün müvafiq sənədləri əldə eləməkdən ötrü Gürcüstanın, Azərbaycanın və Moldovanın suveren hakimiyyət orqanlarına müraciət etməyə borcludurlar “ - deyə keçmiş diplomat qeyd edib.

Lakin onun sözlərinə görə, işlədiyi müddətdə bunun əksini müşahidə edib: “İmmiqrasiya vizaları şöbəsində işlədiyim 7 il ərzində mən konsul zabitlərinin maneəsiz şəkildə Abxaziya və Cənubi Osetiyanın separatçı hökumətləri tərəfindən verilmiş sənədlərin maneəsiz şəkildə və leqal sənədlər kimi tanınmasına dair olduqca çoxlu sayda faktın şahidi oldum. Belə çıxır ki, ABŞ Dövlət Departamenti Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı bölgənin separatçı hakimiyyətlərini tanıyır”.

Keçmiş diplomata görə, eyni vəziyyət ABŞ-ın İrəvandakı İmmiqrasiya Şöbəsində yaşanır. “Dağlıq Qarabağ erməniləri məhz Bakıdakı səfirliyin yox, İrəvandakı səfirliyin immiqrasiya şöbəsinə viza üçün müraciət edir, bu zaman da separatçı rejimin sənədlərini təqdim edirlər. Kimsə deyə bilər ki, Qarabağ ermənilərinə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət eləməsi çətindir. Ancaq bunu qanun tələb edir və onu iqnor eləmək olmaz”, - deyə o vurğulayıb.

*****

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, ötən il rəsmi Moskva Rusiya Ukraynanın şərqindəki qondarma dövlətlər olan “DNR” və “LNR”in verdiyi qanunsuz pasportları tanımaq haqda qərar verib. Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziya və Cənubi Osetiyanı isə müstəqil dövlət kimi tanıyıb, orada böyük hərbi kontingent yerləşdirib.

Ancaq bu - Rusiyadır, qonşu ölkələrə qarşı açıq işğalçı siyasət aparmaqdan çəkinməyən və öz maraqları naminə o ərazilərdə separatçılığı dəstəkləyən, beynəlxalq hüququ vecinə almayan, nəhayət, SSRİ-nin bərpasına çalışan imperiyapərəst Rusiya. Bəs, demokratik dövlət olan ABŞ-a nə gəlib ki, faktiki Rusiya ilə eyni, analoji addımlar atır?

Axı, Azərbaycan Rusiyanın vassalı olan Ermənistandan fərqli olaraq, Amerika ilə, Qərblə səmimi tərəfdaşlıq münasibətindədir və ABŞ üçün, Avropa üçün, NATO üçün qat-qat qiymətli, böyük geosiyasi və energetik potensialı olan mühüm ölkə qismindədir. Paradoks həm də ondadır ki, ABŞ rəsmiləri tez-tez Abxaziya və Cənubi Osetiyanın 2008-ci ildə zəbt elədiyi üçün Rusiyanı işğalçı adlandırır, Krımın ilhaqına görə Moskvaya qarşı 3 ildir sanksiyalar tətbiq edir...        

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar