Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ üçün mərhələli həll planı nədir? – Ekspert rəyi


Şahin Cəfərli: “Rusiyanın mərhələli həll təklif etməsi hələ Bakı ilə Moskvanın mövqelərinin üst-üstə düşməsi demək deyil”


“Dörd günlük müharibənin əsas siyasi nəticəsi budur ki, Qarabağ məsələsi beynəlxalq gündəmdə öz yerini alıb və münaqişənin həlli aktuallaşıb”

Bu sözləri politoloq Şahin Cəfərli  Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağ probleminin həllində Rusiyanın mərhələli həll planı barədə dediklərini  PİA.AZ  şərh edərkən deyib.

Xəbər verdiyimi kimi üç gün əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşün yekunlarına dair mətbuat konfransı keçirdib. Konfransda Məmmədyarov  bildirib ki, Rusiya da Qarabağ münaqisəsinin həlli ilə bağlı mərhələli planı dəstəkləyir.

Məmmədyarovun bu bəyanından belə bir nəticəyə gəlmək olarmı ki, münaqişənin həllində RusiyaAzərbaycanın mövqeləri üst-üstə düşür? Ümumiyyətlə son zamanlar aparıcı Qərb ölkələrindən münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyinin dəstəkləyən bəyanatlar səsləndirilməkdədir. Son iki həftə ərzində isə Kerri Dağlıq Qarabağ münaqişəsini Lavrovla iki dəfə müzakirə edib. Bu onu deməyə əsas verirmi ki, 4 günlük müharibədn sonra Dağlıq Qarabağ münaqişəsi Ukrayna və Suriyadan sonra beynəlxalq siyasətin gündəm məsələsinə çevrilib və elə hesab etmək olarmı ki, Dağlıq Qarabağ münaqişəsi Qərblə Rusiya arasında yeni mübarizə meydanına çevrilir?

Bu mövzularla bağlı PİA.AZ-a danışan politoloq Şahin Cəfərli bildirib ki, Rusiyanın mərhələli həll təklif etməsi hələ Bakı ilə Moskvanın mövqelərinin üst-üstə düşməsə demək deyil. Əsas məsələ təkliflərin mahiyyəti və məzmunudur. Biz hələ bu təkliflərin nədən ibarət olduğunu bilmirik:



Şahin Cəfərli : “Qərb münaqişənin həllini artıq uzun müddətdir ki, Rusiyanın öhdəsinə buraxıb və Moskvanın bu məsələdə dominant rol oynamasından narahat deyil”


Rusiyanın mərhələli həll təklif etməsi hələ Bakı ilə Moskvanın mövqelərinin üst-üstə düşməsi demək deyil. Əsas məsələ təkliflərin mahiyyəti və məzmunudur. Biz hələ bu təkliflərin nədən ibarət olduğunu bilmirik. Nazirin açıqlamasında mənim diqqətimi cəlb edən bir cümlə var. O, Rusiyanın maraqlı təkliflər irəli sürdüyünü söylədikdən sonra “...amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”, - deyib. Bu cümlədən anlaşılır ki, Azərbaycan heç də Rusiyanın təkliflərindən tam məmnun deyil. 

Sergey Lavrovun son açıqlamalarına nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, Rusiya (eləcə də digər həmsədr ölkələr) hazırkı mərhələdə təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını və etimad artırıcı tədbirlərin həyata keçirilməsini istəyir. Bu, ilk baxışdan sülhməramlı və məsum təklif kimi görünür, lakin onun arxa planına nəzər saldıqda, Azərbaycanın mənafeyinə cavab verməyən ideya olduğunu anlamaq çətin deyil. Hesab edirəm ki, insidentlərin araşdırılması mexanizminin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin əlini-qolunu bağlaya bilər. Məlumdur ki, Azərbaycan ordusu son aylarda yeni bir taktika seçib və təmas xəttində yeri gəldikcə, işğalçıya lokal zərbələr endirir. Bu taktika işğalçını daim gərginlikdə saxlayan, onu ciddi narahat edən, enerjisini tükədən bir taktikadır. Sözügedən mexanizmin qurulması isə bizim ordunu bu imkandan məhrum edə bilər. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi də belə bir mexanizmin qurulmasını şərt kimi irəli sürüb. 

Şahin Cəfərli: “Lavrovun son açıqlamalarına nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, Rusiya (eləcə də digər həmsədr ölkələr) hazırkı mərhələdə təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını və etimad artırıcı tədbirlərin həyata keçirilməsini istəyir”


Etimad artırıcı tədbirlər deyəndə isə əsasən snayperlərin ön xətdən geri çəkilməsindən söhbət gedir. Elmar Məmmədyarovun açıqlamalarından mən belə anladım ki, Azərbaycan bu təkliflərə isti baxmır. Çünki bu təkliflər problemin həllinə yönəlməyib. Bizim problemimiz atəşkəsin pozulub-pozulmaması deyil, bizə problemin köklü həlli lazımdır. Münaqişənin səbəbi nədir? İşğal. Məhz bu səbəbin aradan qaldırılması yönündə addımlar atılmalıdır. Atəşkəs münaqişənin nəticələrindən biridir. Səbəb aradan qaldırılsa, nəticələr də avtomatik ortadan qalxacaq. Ona görə də, Azərbaycan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz azad olunmasında israr etməlidir. Ən böyük etimad artırıcı tədbir o olar ki, işğalçılar ən azı 5 rayondan çıxsın. Məhz bundan sonra problemin həlli üçün münbit zəmin yaranmış olar.    

Dörd günlük müharibənin əsas siyasi nəticəsi budur ki, Qarabağ məsələsi beynəlxalq gündəmdə öz yerini alıb və münaqişənin həlli aktuallaşıb. Son həftələr Kerri-Lavrov telefon danışıqlarında bu mövzunun da Suriya və Ukrayna problemləri ilə birlikdə müzakirə olunması müsbət hadisədir. Lakin Ukraynadan fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi Qərblə Rusiya arasında rəqabətin getdiyi bir sahə deyil. Qərb münaqişənin həllini artıq uzun müddətdir ki, Rusiyanın öhdəsinə buraxıb və Moskvanın bu məsələdə dominant rol oynamasından narahat deyil. Onlar Rusiyaya deyirlər ki, “bacarırsansa, bu münaqişəni həll elə, biz qarışmırıq”. Hələlik Cənubi Qafqazda Qərb üçün prioritet ölkə Gürcüstandır”.

Nərminə UMUDLU
pia. az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar