Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ üçün ağlabatan təklif


Alman deputatdan münaqişənin həll edləməsilə bağlı yeni təklif


Almaniya Bundestaqının deputatı, "Almaniya - Cənubi Qafqaz" dostluq qrupunun sədr müavini Katrin Kunert Dağlıq Qarabağ münaqişəsinin nizama salması ilə bağlı maraqlı açıqlama verib.

Almaniya federal hokümətini "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Rusiyanın son səylərini dəstəkləyib: "Bu ilin avqustunda atəşkəs rejiminin kobud şəkildə pozulması tərəflərarasında tammiqyaslı müharibəyə gətirib çıxarmadı. Bu, xüsusilə Rusiyanın xidmətidir."

Onun sözlərinə görə, iki ölkə arasında sülh danışıqlarının səmərəli şəkildə davamı üçün ATƏT-in Minsk qrupuna təcili surətdə maliyyə və kadr potensialını artırmaq üçün yeni işçi strukturu lazımdır.

O deyib ki, ümumiyyətlə, Cənubi Qafqazdakı dövlətlərarası münaqişələr sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Qarşı tərəflər bunun üçün güzəştlərə hazır olmalı və hərbi ritorikadan imtina etməlidirlər. İlk mərhələdə Ermənistan Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycan ərazilərində hərbi işğalını dayandırmalıdır və təqribən 610 min azərbaycanlı məcburi köçkünün doğma yurduna qayıdışı təmin edilməlidir.

Bundestaq üzvü söyləyib ki, Azərbaycan, öz növbəsində, Dağlıq Qarabağın erməni sakinlərinin təhlükəsizliyi ilə bağlı hüquqi zəmanət verməlidir. Beləliklə, müharibənin yenilənməsinin təhlükəsi minimuma yaxınlaşacaq və burada yaşayan əhalinin hər iki qrupunun iştirakı ilə demokratik şəkildə Dağlıq Qarabağın siyasi statusu müəyyənləşəcək.

Deputat Almaniya hökumətini ATƏT-in Minsk qrupunun üzvü kimi, bu istiqamətdə səylərini artırmağa, bunu konkret addımları ilə təsdiqləməyə çağırıb.(anspress)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar