Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ üçün BMT fürsəti


“Yük” yerindən tərpənəcəkmi?


Ermənistan XİN başçısının gizli danışıqlar getdiyi barədə anonsu - təbliğati gediş, yoxsa blef? İrəvan Bakı ilə dil tapmaq zorundadır, çünki...; erməni katolikosundan acı etiraf: “Gəlin, realist və səmimi olaq, Ermənistan boşalır, diaspora zəifləyir”.

Dağlıq Qarabağ münaqişəsinin uzanması şübhəsiz ki, ən çox işğalçı Ermənistana, onun iqtisadiyyatına və əhalisinin durumuna ağır zərbədir. Ən azı ona görə ki, həll olunmamış konflikt ucbatından təcavüzkar ölkənin izolyasiyası davam edir və bu da onun xarici aləmlə normal iqtisadi əlaqələr qurmaq, böyük layihələrə qatılmaq və əhalisinin normal yaşayışını təmin etməyi mümkünsüz edir. Üstəlik, dünya okeanına çıxışının olması Ermənistanın durumunu daha da ağırlaşdırır, ölkə ildən-ilə daha sürətlə boşalır.

Düşmən ölkənin hakimiyyət rəsmiləri, hökuməti sözsüz ki, vəziyyəti də, neqativ tendensiyaları da əla bilir. Lakin hakimiyyətdə məhz “müharibə partiyası”nın, kriminal “Qarabağ klanını”nın olması problemin həllinin tezləşdirilməsini əngəlləyir - hərçənd təkrar edirik, bu tezləşmə ən əvvəl erməni xalqının, Ermənistanın özünə lazımdır ki, iqtisadi-sosial və siyasi bataqlıqdan çıxa bilsin.

*****    

Maraqlıdır ki, bu arada Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Qarabağa dair hansısa məxfi danışıqların getdiyinə və ərazilərin qaytarılmasının da müzakirə predmeti olunduğuna işarə vuran açıqlama verib.

Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində ”Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir". Bunu bazar ertəsi günü E.Nalbəndyan İrəvanda bildirib. “Ərazilərin qaytarılması ilə əlaqədar söhbət təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir” - erməni nazir deyib. “Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə, danışıqlar uğursuzluğa düçar olar”, - deyə o qeyd edib.

Nalbəndyan ictimai reaksiyalardan çəkinərək, detalları açmasa da, aydındır ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon, yaxud ilk mərhələdə heç olmasa, 5 rayon qeyd-şərysiz boşaldılmayınca, Azərbaycan heç bir halda Qarabağ məsələsində anlaşmanı yaxına buraxmayacaq. Deməli, müharibə riski də yüksək olaraq qalacaq. Böyük müharibə üçün isə Ermənistanın nə insani, nə də maliyyə-iqtisadi potensialı yetərli deyil. Kasıb Ermənistan növbəti Qarabağ savaşından sadəcə, çıxmaya bilər - hətta Rusiyadan hansısa yardım alsa belə. Bunu son vaxtlar bir sıra erməni ekspertləri də açıq bilirirlər. 

Bu xüsusda Kilikiya katolikosu 1-ci Aramın İrəvanda açılan Ermənistan-Diaspora forumunda etdiyi çıxışı zamanı dilə gətirdiyi bəzi etiraflar diqqət çəkir və ən önəmlisi, erməni toplumunda və diasporadakı bədbin ovqatı yaxşı əks etdirir. 

Musavat.com-un AzadlıqRadiosunun erməni redaksiyasına istinadən verdiyi məlumata görə, katolikos öz həmvətənlərinə xitabən deyib: “Gəlin, realist və səmimi olaq. Ermənistan boşalır. Diaspora da zəifləyir. Belə bir təhlükəli reallıq qarşısında təsadüfi təşəbbüslər bizim problemləri həll edə, yaralarımızı sağalda bilməz. Mən prezidentin dediyi kimi, emiqrasiyanı azaltmaq və Ermənistan əhalisinin sayını artırmaq üçün təxirəsalınmaz addımlar atılmasına ciddi zərurət olduğuna əminəm. Biz ehtiyatlı olmalıyıq. Əgər Ermənistan iqtisadiyyatının inkişafı ləng getsə və durğunluqla mübarizə aparmaq çətin olsa, başqa yandan, əgər adamların həyat səviyyəsi düzəlməsə, o zaman emiqrasiya eyni templərlə davam edəcək, yoxsulluq isə istənilən sosial və mənəvi bəlanın qaynağı olaraq qalacaq”.

*****

Ancaq məsələ ondadır ki, katolikosun ərz elədiyi kimi, həm Ermənistan iqtisadiyyatının inkişafı, həm də ermənilərin həyat səviyyəsinin normallaşması və yoxsulluğun aradan qalxması birbaşa Qarabağ ixtilafının həllinə və Azərbaycanla, Türkiyə ilə işğalçı ölkənin münasibətlərinin qaydaya salınmasına bağlıdır. Yəni əsas səbəb aradan qalxmayınca, nəticələr heç vaxt öz-özlüyündə yox olub getməyəcək. Başqa sözlə, Ermənistanın və onun olan-qalan əhalisinin nicatı - status-kvonun saxlanmasında deyil, tezliklə Azərbaycanla dil tapılmasındadır.

Dağlıq Qarabağ problemi isə acı bağırsaq kimi uzanmaqdadır. Əlbəttə ki, bunda Rusiyanın “xidməti” də böyükdür. Bəlkə də Ermənistanla bir an öncə anlaşmaq mümkün olardı, di gəl, Moskva hazırda hər hansı Qarabağ anlaşmasında maraqlı deyil. Çünki Kremlin əsas hədəfi bu iki Cənubi Qafqaz respublikasının barışması yox, konflikt vasitəsi ilə onları öz orbitində saxlamaqdır.

Rusiyanın ABŞ-la, NATO ilə münasibətlərinin daha da gərginləşməyə üz tutduğu dönəmdə Moskvanın Qarabağ düyününü açmaq istəyi, ümumiyyətlə, görünmür. Hərçənd Nalbəndyan hansısa gizli danışıqların getdiyini deyir. Lakin bu, sırf ictimai rəyə hesablanmış təbliğati bir gediş də ola bilər.

*****

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması haqqında yeni heç nə deməyib. Bəziləri bu xəbərdən sensasiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidləndirməyək. Onsuz da ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər”.

Politoloq Elxan Şahinoğlu bu barədə özünün facebook səhifəsində yazıb. “Nalbəndyan ”Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması" ifadəsini işlədib. Bu o deməkdir ki, İrəvan Şuşa, LaçınKəlbəcəri boşaltmağı düşünmür. Digər tərəfdən, İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdılar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində “müstəqilliklərini” legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir? 5 rayonun boşaldılması əvəzinə Dağlıq Qarabağı tamamını itirə bilərik" - politoloq qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, Nalbəndyan erməni cəmiyyətinə münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı hansısa rayonları boşaldacaqlarını eşitdirib: “Əslində açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan prezidenti Serj Sərkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib”.

*****

Hər halda, baxaq görək, sabah açılacaq BMT Baş Məclisinin növbəti sessiyasında Qarabağ mövzusunda hansı gəlişmələr və təmaslar olacaq. Qeyd edək ki, AzərbaycanErmənistan prezidentləri də sessiyada iştirak eləmək üçün Nyu-Yorka gəliblər.

Bütün hallarda bu da bir fürsətdir ki, Qarabağ “yükü” heç olmasa, bir azca yerindən tərpədilsin - baxmayaraq ki, ümid çox simvolikdir. Həm də o səbəbə ki, Ermənistan xeyli dərəcədə Rusiyadan asılıdır, Rusiya isə ABŞ-ın məsələdə önə keçməsini əsla istəmir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar