Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ qaziləri sayt açdı


Bu gün “Qarabağ qazilər” birliyinin qaziler.az saytı fəaliyyətə başlayıb


Bu barədə təşkilatın sədri Ehtimad Əsədov məlumat verib.

Təşkilat sədri belə bir saytın fəaliyyətə başlamasının çoxdan planlaşdırıldığını deyib: “Çoxdan özümüzün mətbuat orqanımızı yaratmaq istəyirdik. Biz 1995-96-cı illərdə “Zaman” qəzetinin həmtəsisçisi, 1997-2001-ci illərdə isə hamıya yaxşı məlum olan “Əlillər” adlı qəzetin təsisçisi olmuşuq. Sonrakı illərdə imkanımız olmadığına görə qəzetin fəaliyyətini davam etdirə bilmədik. İndi həm öz, həm də döyüşçü dostlarımızın köməyi ilə bu saytı yaratdıq. Saytın baş redaktoru Azərbaycanda kifayət qədər tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğludur. İnşallah, uğurlu, düşərli olar”.

Qaziler.az saytının məqsəd və məramından danışan E.Əsədov bunları deyib: “Biz bu saytda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhid olanların, onların ailə üzvlərinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında geniş məlumatlar, dövlətin bu qəbildən olan insanlara yönəlik gördüyü işlər haqqında mütəmadi və sistemli xəbər verəcəyik. Sayt müharibə adamlarının öz hüquq və sosial güzəştləri haqqında daha dolğun məlumat əldə etmələri üçün maarifləndirmə işini də yerinə yetirəcək.

Eyni zamanda, saytda ordumuzun dünəni və bu günü, dövlətin Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar və nəticəsi haqqında vaxtaşırı xəbərlər, analitik yazılar, vətəndaşlarımız, əsasən də gənclər arasında hərbi vətənpərvərlik işinin təbliğ edilməsinə yardımçı olacaq. Bir sözlə, həm döyüşçülərin problemlərindən, ağrı və acılarından, həm də dövlətin bu istiqamətdə gördüyü işlərdən yazılacaq”.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar