Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsi BMT-nin diqqətində - Avropanın təhlükəsizliyi üçün...


Qarabağ münaqişəsinin həllində BMT-nin rolunun artması müsbət effektlərin yaranmasına yol aça bilər?


Keçmiş xarici işlər naziri: “BMT-nin Baş katibinin bəyanatı onu göstərir ki,  BMT-nin mövqeyi dəyişməyib və digər illərdə olduğu kimi, vasitəçilik rolunu ATƏT-ə həvalə edib və bu siyasət davam edəcək”.

“İşğalçılıq siyasəti həyata keçirən Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur və inanmıram ki, lazımi təzyiq də olsun”.

Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov BMT-nin 2018-ci il üçün 12 əsas istiqaməti içində Dağlıq Qarabağ münaqişəsinin də yer almasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, BMT-nin Baş Katibi Antoni Qutteriş bu beynəlxalq təşkilatın 2018-ci il üçün 12 əsas istiqamətini müəyyənləşdirib. A.Quterres Baş Assambleya üzvlərinə müraciətində baş katib vəzifəsində işlədiyi il ərzində bəşəriyyətin sülhə doğru addım atmadığını xatırladıb. Onun sözlərinə görə, üzərində məşğul olmaq lazım gələn əsas problemlər Yaxın Şərqdəki münaqişələrin və Avropadakı “dondurulmuş” münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin həlli, eləcə də Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsidir. 

Avropadakı “dondurulmuş” münaqişələrdən bəhs edən Antoni Qutteriş hər iki dünya müharibəsinin məhz Avropadan başlandığını vurğulayaraq, Avropa sərhədlərindəki “dondurulmuş” münaqişələrin həllinin Avropa və dünyada sülhün olması üşün vacib olduğunu deyib. BMT-nin Baş katibi qeyd edib ki, “mövcud vəziyyətləri həll etmək üçün təhlükəli millətçilik dalğasına müqavimət göstərmək və müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və “Dnestryanı üzrə 5+2” prosesini canlandırmaq lazımdır”. 

Ümumiyyətlə, Qarabağ münaqişəsinin həllində BMT-nin bu günə qədər rolunu konstruktiv hesab etmək olarmı? Həmçinin nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin üçü də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, o zaman münaqişənin həlli yolunda BMT-nin rolunun artması hansısa müsbət effektlərin yaranmasına yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun fikirlərini öyrənib.

Картинки по запросу tofiq zülfüqarov

Tofiq Zülfüqarov: “Qarabağ münaqişəsinin həllində formatın dəyişməsi məsələsində o qədər də optimist deyiləm”.


Münaqişənin həlli çərçivəsində nə ATƏT, nə də BMT tərəfindən Ermənistana təzyiq olunacağının gözlənilmədiyini ehtimal edən politoloq Tofiq Zülfüqarova görə, BMT baş katibinin bəyanatı münaqişənin həllində hansısa müsbət dəyişikliyin olmayacağını biruzə verir:

“Öncəliklə qeyd edim ki, BMT vasitəçilik rolunu ATƏT-ə tapşırıb. Hər il BMT Baş Asembleyasında xüsusi qətnamə qəbul olunur və bu qətnamə çərçivəsində digər beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdən keçirilir. Bu qətnamədə BMT-nin ATƏT-lə bağlı  əməkdaşlığı və xüsusən də Ermənistan-Azərbaycan konfliktinə vasitəçilik missiyasını həyata keçirmək barədə məsələlər nəzərdən keçirilir, bəyanat verilir. BMT-nin Baş katibinin bəyanatı onu göstərir ki, BMT-nin mövqeyi dəyişməyib və digər illərdə olduğu kimi, vasitəçilik rolunu ATƏT-ə həvalə edib və bu siyasət davam edəcək. 

Düzünü desəm, Qarabağ münaqişəsinin həllində formatın dəyişməsi məsələsində o qədər də optimist deyiləm. Çünki  həmsədrlər BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üvlərindən üçünü təmsil edirlər. Bu baxımdan həmin nüfuza həm BMT, həm də ATƏT-də malikdirlər. Əgər onların mövqeyi dəyişməsə və istər ATƏT, istərsə də BMT çərçivəsində Ermənistana lazımi səviyyədə təzyiq göstərilməsə, heç bir dəyişiklik ola bilməz. 

Təəssüflər olsun ki, işğalçılıq siyasəti həyata keçirən Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur və inanmıram ki, lazımi təzyiq də olsun”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar