Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ məsələsində “böyük qardaş” dəyişir?


Azərbaycan Ermənistanla Putinin yaradacağı vahid hərbi-siyasi birlikdə olmayınca Kreml “Qarabağ açarı”nı cibindən çıxarmayacaq; bəs Rusiya zəifləsə və ya çöksə, Qərb daha ədalətli arbitr ola biləcəkmi, Bakı qəfil “rotasiyaya hazırdırmı?


Qarabağ danışıqlarında ümidlər indi də prezidentlərin Paris görüşünə bağlanıb. Bəzi təhlilçilər bu görüşü Qərbin uzun illər durğunluq dövrü yaşayan nizamlama prosesində nəhayət, təşəbbüsü öz əlinə almağın və Rusiyanın həll prosesinə təsir imkanlarını azaltmağın yeni fürsəti kimi təqdim edir. Belə qənaətlər də mövcuddur ki, hazırda Rusiya iqtisadi-maliyyə cəhətdən çətin dövrünü yaşadığı və getdikcə bu sahədə durumu daha da pisləşəcəyindən, ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsinin - ABŞ və Fransanın təşəbbüsü ələ alması tədricən asanlaşa bilər.

Lakin skeptik analitiklərin ehtimallarına görə, Rusiyanın mövqeyinin bölgədə və dünyada zəifləməsi ilə problemin ədalətli həlli sürətlənməyə də bilər. Səbəb münaqişədən digər qlobal güclərin də ilk növbədə öz maraqları üçün istifadə eləməsidir. 

Məsələn, Rusiyadakı Konstruktiv Siyasət Fondunun direktoru Abdul Nağıyeva görə, Qarabağ münaqişəsi müxtəlif tarixi mərhələlərdə həmişə regionda oynanılan “erməni kartı”nın tərkib hissəsi olub" (vesti.az). Kremlin konfliktin həllinə yanaşmasına toxunan politoloq deyir: “Heç kimə sirr deyil ki, Rusiya hərbi-siyasi əməkdaşlıq müqavilələri əsasında Ermənistanın təhlükəsizliyinin qarantıdır. Bu da danışıqlar prosesinə və İrəvanın Qarabağ məsələsində mövqeyinə təsir edən aparıcı elementdir”.

Ekspertin qənaətincə, Moskva münaqişənin həllini Ermənistanla bahəm, Azərbaycanlın da daxil olduğu vahid hərbi-siyasi birlik çərçivəsində görür: “Hazırda isə hadisələrin belə inkişaf variantı nəzərdən keçirilmir və o səbəbə Kremldən ”Qarabağ açarı"nə cibindən çıxaracağını gözləməyə dəymir".

Bundan ötrü isə təbii ki, Azərbaycan Putinin Avrasiya layihələrinə, ilk növbədə də Gömrük İttifaqına üzvlüyə “dobro” verməlidir. Lakin ekspert rəsmi Bakının belə bir qərar verəcəyinə şübhə edir: “Qərbdə Gömrük İttifaqını Rusiyanın patronajlığı altında MDB ölkələri arasında müttəfiqlik əlaqələrinin dərinləşməsində hansısa aralıq mexanizm kimi baxırlar. Azərbaycanla Ermənistanın bir ittifaqda olması onlara nə verəcək? Əlbəttə ki, yenidən ”böyük qardaş" peyda olacaq və ümumi ailədə problem olmaması üçün necə yaşamağı diktə edəcək".

Maraqlıdır ki, Ermənistanda da bu ölkənin Avrasiya İqtisadi Birliyinə rəsmən qoşulması ilə Dağlıq Qarabağ probleminin həllinin sürətlənəcəyini düşünənlər, demək olar, yoxdur. Əksinə, tanınmış erməni politoloqu, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri və Dağlıq Qarabağ üzrə prezidentin keçmiş xüsusi nümayəndəsi David Şahnazaryan əmindir ki, sülh prosesi olduqca mürəkkəb duruma düşəcək və qəlizləşəcək: “Kreml danışıqlar prosesini bütünlüklə öz əlinə almağa çalışır. Ermənistan əlindən gələni eləməlidir ki, beynəlxalq format kimi ATƏT-in Minsk Qrupu saxlansın və üçlük tərəfindən irəli sürülmüş, İrəvanın qəbul elədiyi, Bakının isə tərəddüd elədiyi prinsiplər əsasında onun işində ciddi uğur əldə edilməsinə yardımçı olsun”.

***
Bu arada iki əsas vasitəçi dövlətdən biri olan Rusiyanın yaxın gələcəyi ilə bağlı bədbin təxminlər artıb. “Neftin ucuzlaşması Rusiya büdcəsində defisit yaradır ki, bu da Putinin devrilməsi ilə nəticələnəcək”. Belə bir açıqlamanı ukraynalı siyasətçi, sabiq baş nazir Yuliya Timoşenko verib. O, Putin rejiminin son çatdığını bildirib: “Putin ya bizi azad buraxmalı və öz yuvasına getməli, ya da birdəfəlik hakimiyyətini itirəcək. Hətta bu zaman Rusiyanın öz stabilliyini qoruyub saxlamaq sualını da vermək gərək deyil. Bu gün Putin geri çəkilməyə məcburdur. O, maksimum iki ay gözləyə bilər”.

İqtisadi analitiklər isə sanksiyaların təsiri altında Rusiyanın maliyyə-iqtisadi böhrana girməsinə dair müxtəlif tarixlər səsləndirirlər - 2, maksimum 4 il. Söhbət sanksiyaların hazırkı səviyyəsinin qalması və neftin ucuzlaşması tendensiyası fonunda verilən proqnozlardan gedir. 
***  
Ancaq qeyd edildiyi kimi, bu, heç də o anlama gəlmir ki, Rusiyanın zəifləməsi avtomatik şəkildə Qarabağ probleminin həllini sürətləndirəcək. Əfsus ki, nikbin təxmin üçün əsaslar ciddi görünmür. Yəni arbitrin dəyişməsi avtomatik ədalətli sülh anlamına gəlməyəcək. Bu, ilk növbədə asılı olacaq Qərbin Azərbaycana və Ermənistana, ordakı hakimiyyətlərinə münasibətindən, Bakı və İrəvanın öz siyasi oriyentasiyanı nə dərəcədə çevik dəyişib demokratik dünyanın dostuna çevrilmə bacarığından. Üstəgəl, erməni lobbisi faktoru. 
Təəssüflər olsun ki, bu istiqamətdə də Azərbaycan Ermənistandan ləng tərpənirmiş kimi görünür. Hər halda, təkcə xristian amilinə görə deyil, ümumbəşəri dəyərlərə sayğı və bəzi başqa amillər səbəbindən də hiss olunur ki, Qərb Ermənistanı Azərbaycandan daha tez “doğmalaşdırmaq” niyyətindədir və bunu edəcək.

Rəsmi Bakı belə perspektivi indidən ciddiyə alıb real kontur-tədbirlər görmək barədə düşünməlidir ki, sonra gec olmasın. Unutmayaq ki, Avropa və Amerika Ermənistanı heç vaxt işğalçı ölkə kimi barmaqla göstərməyib. Halbuki, Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində Qərb qeyd-şərtsiz, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanı isə açıq şəkildə təcavüzkar adlandırır. Azərbaycana gələndə isə, üstəlik, Bakıya Qarabağ separatçıları üçün öz müqəddəratı təyinetmə haqqı tanıtmaq istəyir.     
       
Doğrudur, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti konfliktlə bağlı kifayət qədər ədalətli və obyektiv qətnamələr çıxarıb. Ancaq onların hamısı BMT-nin Qarabağa dair qətnamələri kimi hələ də kağız üzərində qalır. Çünki Qərbi təmsil edən əsas dövlətlər obyektiv arbitr olmağa tələsmirlər. Tələsdirmək isə həm də Bakıdan asılıdır.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar