Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ gələn il Çempionlar Liqasında qruplara qalacaqmı?


Avrokuboklarda 2017/18 mövsümü Azərbaycan üçün başa çatıb


Apasport.az saytının məlumatına görə, arxada qoyduğumuz bu mövsüm tarixi uğurla yadda qalıb.
 
Futbolumuz tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında Azərbaycan təmsilçisi də yer alıb. “Qarabağ”ın bu tarixi nailiyyəti futbolumuzda yeni səhifədi.
 
Amma klublarımızın qarşısında bu uğurun təsadüf olmadığını sübut etmək, ölkəmizi Çempionlar Liqasının əbədi sakininə çevirmək məsuliyyəti durur. Necə ki, bunu Avropa Liqasında gerçəkləşdirmişdik.
 
2012/13 mövsümündə qrupa düşən ilk komandamız kimi tarixə düşən “Neftçi”nin uğuru bir illik fasilədən sonra təkrarlansa da, ikinci dərəcəli turnirdə yerimiz möhkəmlənmişdi. Ardıcıl 5 turnirdən dördündə, üç müxtəlif klubumuz ümumilikdə 6 iştiraka imza atmışdı. 3 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ”, 1 dəfə “Neftçi”nin yer aldığı bu turnirin qrupunda Azərbaycanın təsadüfi qonaq olmadığı təsdiqlənmişdi.
 
İndi eyni təsdiqi daha güclü turnirdə - Çempionlar Liqasında gerçəkləşdirmək lazımdı. Ehtiyatda 1 oyunu və 3 xallıq üstünlüyü olan “Qarabağ” və ya izləyicilərinin çempionluğu bayram etməsindən asılı olmayaraq, qitənin ən nüfuzlu turnirindəki təmsilçimizi çətin, məsuliyyətli və eyni zamanda ölkənin şərəfi qorumaq kimi sınaq gözləyir.
 
Premyer Liqadakı duruma baxsaq, böyük ehtimalla “Qarabağ”ın, ya da “Qəbələ” ilə “Zirə”dən birinin bu vəzifənin öhdəsindən gəlməsinin çətin olacağı deyilir. Avrokuboklardakı format dəyişikliyindən sonra qrupun bizim üçün daha uzaq olduğu, çempionumuzun işinin ağırlaşacağı bildirilir.
 
Çempionlar Liqasının 2018/19 mövsümünün formatına nəzər salıb, ehtimal olunan rəqiblərin kimliyinə baxmaqla qrup perspektivinə müəyyən mənada aydınlıq gətirmək mümkündü.
 
Yeni mövsüm əvvəlki qaydada 32 komandanın qrupda mübarizəsi ilə təşkil olunacaq. Bu klublar da yenə üç yolla əsas raunda çıxacaq. Amma bu yollardakı bölgü dəyişdirilib.
 
Qrupa birbaşa yüksələn komandaların sayı 22-dən 26-ya çatdırılıb. Bununla da təsnifatdan gələnlərin sayı 10-dan 6-ya enib.
 
Əvvəl bu komandalardan 5-i Çempionlar, 5-i Qeyri çempionlar yolu ilə gəlirdi. İndi sonunculara cəmi 2, Azərbaycanın da təmsil olunduğu Çempionlar yoluna isə 4 vəsiqə veriləcək.
 
Bizə də məhz bu 4 vəsiqə uğrunda mübarizə maraqlıdı.
 
Çempionlar Liqası tarixində ilk dəfə yarış təsnifat mərhələləri deyil, ilkin mərhələ ilə başlayacaq. Avropanın ən zəif 4 çempionatının qalibi olimpiya sistemi, kobud dildə desək, yarımfinal və final oyunları ilə təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək.
 
İlkin mərhələ
Cəbəllütariq
Andorra
San-Marino
Kosovo
 
Zəiflərin ən xoşbəxti I təsnifat mərhələsindən mübarizəyə qatılacaq 33 komandaya qoşulacaq. Azərbaycan çempionu da artıq bu raundda oynamalı olacaq. Bu 33 komandadan 14-ü də artıq bəllidi. Burada Azərbaycan çempionuna başağrı ola biləcək “Astana” da, BATE də var, Danimarka, Şotlandiya, Kipr və İsrail təmsilçisi də. Lakin “Qarabağ”ın da, “Qəbələ”nin də UEFA reytinqi belə düşünməyə əsas verir ki, ilk raundda təmsilçimiz səpələnmiş olacaq və çətinliklə üzləşməyəcək.
 
I təsnifat mərhələsi
İlkin mərhələnin 1 qalibi
Danimarka
BATE (Belarus)
“Malmö” (İsveç)
İsrail
Şotlandiya
Kipr
“Rusenborq” (Norveç)
Bolqarıstan
Serbiya
“Astana” (Qazaxıstan)
Sloveniya
Slovakiya
Macarıstan
“Şerif” (Moldova)
“Valyur” (İslandiya)
HİK (Finlandiya)
Albaniya
“Kork Siti” (İrlandiya)
Bosniya və Herseqovina
“Torpedo” (Gürcüstan)
“Spartak” (Latviya)
Makedoniya
“Flora” (Estoniya)
Monteneqro
Lüksemburq
Şimali İrlandiya
“Suduva” (Litva)
Malta
Uels
“Vikinqur” (Farer adaları)
 
II təsnifat mərhələsi Azərbaycan klubu üçün ilk ciddi sınaq ola bilər. Çünki əvvəlki mərhələnin 17 qalibinə, daha 3 ölkənin çempionu qoşulacaq. Bu 20 kollektiv arasında səpələnmiş olmaq ehtimalı olsa da, bunun əksi də istisna deyil. Bir sözlə, artıq II təsnifat mərhələsində güclü və ya təxminən eynisəviyyəli rəqiblə duel mümkündü.
 
II təsnifat mərhələsi
I təsnifat mərhələsinin 17 qalibi
Avstriya
Xorvatiya
Rumıniya
 
III təsnifat mərhələsində cəmi 12 komanda oynayacaq. Əvvəlki raundun 10 xoşbəxtinə Hollandiya və Yunanıstan çempionları qoşulacaq. Təsəvvür edin ki, sonuncu iki ölkəni “Olimpiakos”, “Feyenoord”, “Ayaks” kimilər təmsil edəcək. Bu 12 klubun səbətlərə bölünməsində səpələnmək ümidləri çox aşağıdı. Təbii ki, bura qədər irəliləmək mümkün olsa.
 
III təsnifat mərhələsi
II təsnifat mərhələsinin 10 qalibi
Hollandiya
Yunanıstan
 
Pley-off kimi tanınan təsnifatın IV mərhələsində cəmi 4 cütlük olacaq. Bura əvvəlki raundun 6 qalibi və Çexiyayla İsveçrənin çempionları qoşulacaq. “Bazel”in gücünü, çexiyalıların bizim üçün əlverişsiz rəqib olduğunu nəzərə alsaq, bu raund əvvəlkilərdən də çətin olacaq. Bu mərhələdə kifayət qədər güclülərin toplaşacağını nəzərə alsaq, səpələnmişlər səbətinə düşmək heç real görünmür. Digər səbətdə olmaq güclü rəqib vəd edir. Amma yazılan tarixi davam etdirmək, qazanılan uğurun təsadüf olmamasını isbatlamaq üçün nə “Olimpiakos”dan, nə də “Bazel”dən çəkinməməliyik. Əgər ortabab imicini saxlamaq istəyiriksə, belələri ilə döyüşməyə hazır olmaq lazımdı.
 
Pley-off
III təsnifat mərhələsinin 6 qalibi
Çexiya
İsveçrə

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar