rezonans

Xəbər xətti

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb



ANALİZ

...

Qarabağ düyünü dolaşır: Moskva kimə daha çox inanacaq?

Tarix 06.06.18, 20:06

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan ordusu Ermənistan sərhədlərinə doğru irəliləyir, DQR-də isə (mətndə bu cürdür-red.) “inqilab” yetişir


Barış şansları yox olur. Deyirlər ki, “hamısının günahkarı Lavrovdur”.

KİV-lərin məlumatına görə, Azərbaycan xüsusi təyinatlı qoşunları Ermənistan hərbçilərinin nəzarətindəki bir neçə yüksəkliyi tutub.

Bakı və İrəvanda Azərbaycan ordusunun münaqişə zonasında strateji yüksəklikləri “götürdüyü” haqda söz-söhbət səngimir. Azərbayan KİV-lərinin məlumatına görə, Naxçıvanda əlahiddə ümumqoşun birləşmələrinin xüsusi təyinatlı qoşunu neytral zona boyu irəliləyib və Ermənistan ordusunun 1992-ci ildən nəzarət etdiyi bir neçə yüksəkliyi azad edib. Nəticədə Bakı İrəvan-Gorus-Laçın yoluna nəzarət imkanı əldə edib. Tərəflərin hərbi idarələri bu haqda anlaşıqlı bir xəbər vermir –  yalnız eyhamlar, ya da “qismən təkziblər”. Lakin sosial şəbəkələrdə Azərbaycanın həqiqətən də bir neçə yüksəkliyi geri qaytardığı və bir neçə kəndi özündə saxladığından xəbər verən fotoşəkillər geniş yayılıb.

Erməni hərbi eksperti Arkadi Qriqoryanın məlumatına görə, azərbaycanlılar, doğrudan da, “bir-iki yüksəkliyi” tutublar, amma bu, qüvvələr bölgüsünü dəyişmir. “Novosti – Armeniya” ekspertdən sitat gətirir: “Əsas hakim yüksəkliklər Ermənistan SQ-dədir”.

Amma ermənilər bu sakitləşdirici ritorikaya inanırlarmı? Axı İrəvan 2016-cı ilin aprelində dördgünlük müharibə nəticəsində işğal edilmiş ərazilərin bir qismi üzərində nəzarəti artıq itirib və çoxları bunu devrilmiş Serj Sərkisyana bağışlamadılar. Yeni lider Nikol Paşinyana bağışalayacaqlarmı? Çünki cəhbədə sıx atışmalar nəticəsində o cümlədən erməni hərbçiləri də həlak olurlar.

Hazırda münaqişə zonasında baş verənlər düşüncə doğurur ki, Azərbaycan ərazilərin step by step (ingiliscə: mərhələli-red.) qaytarılması strategiyası və taktikası yürüdür, halbuki Ermənistanda və tanınmamış Dağlıq Qarabağda köhnəlmiş münaqişənin tənzimlənməsi yolunun aydın görünüşü yoxdur. Və başlıcası – qarşı tərəflə, habelə Rusiya ilə konsensus əldə edilməsinə siyasi iradə yoxdur. Sonuncu ilə qarşılıqlı münasibətlər və Qarabağ münaqişəsindəki rolu haqda aşağıda danışılacaq.

Ermənistanın öz hökumətini aşkarca əsasən russevməz “Soros uşaqlarıya” (bəziləri hətta RF və prezidentinin ünvanına ədəbsiz ifadələrlə seçiliblər) formalaşdıran yeni baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsini tələb edir ki, tanınmamış respublikanın təmsilçiləri ona qatılsınlar. Bakı bununla qətiyyən razı deyil. Bütün bunlar danışıqlar prosesinin davamına güclü ziyan vurur.

Bu fonda Qarabağda inqilabi durum yetişir: görünür, burada İrəvandakı may hadisələrini təqlid etməyi qət ediblər. Stepanakertdə (Xankəndində-red.) mitinqçilər yolları bağlayıb, yüksəkvəzifəli paqonluların vəzifədən uzaqlaşdırılmasını tələb ediblər. Tanınmamış respublikanın müəyyən dairələrində prezident Bako Saakyanın  istefası məsələsi də aktuallaşıb. “Rəsmən” isə hər şey iyunun əvvəlində doqquz nəfərin qatıldığı  davadan başlanıb – ikisi DQR (mətndə bu cürdür-red.) Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxıb. Qurbansız ötüşülüb, amma ziyan çəkənlər var. Dağlıq Qarabağın Müdafiə Nazirliyi (mətndə bu cürdür-red.) mitinqçiləri daxili durumu süni şəkildə kəskinləşdirən və respublikanın təhlükəsizliyini təhdid edən “təhlükəli addımlar”dan çəkinməyə çağırıb.

Qarabağın hərbi məmurları hesab edirlər ki, mitinq fəallığı münaqişə zonasında və respublika sərhədlərinin yanında duruma mənfi təsir edəcək.

Bütün ermənilərin Katolikosu İkinci Qaregin də Stepanakertdəki (Xankəndi-red.) hadisələrlə bağlı daxili sabitliyə təhdid haqda bəyan edib. Onun sözlərinə görə, güzəştsiz mövqelər yolverilməzdir, çünki Qarabağda sülhü dişbatar edə bilər. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da əsasən hərbi vəziyyətdə olan respublikada kütləvi etirazların fəlakətə dönüşə biləcəyi haqda danışıb. O, Paşinyan, Sərkisyan və digər keçmiş prezident Robert Köçəryanı (sonuncu iki nəfərin – “Qarabağ qəbiləsi” deyilənlərin DQR-də böyük nüfuzu var ) durumu sabitləşdirməkdə yardıma çağırıb. Ter-Petrosyanın fikrincə, MTX və Qarabağ polisi rəhbərlərinin istefası” təhlükəsizliyə zamin olan bu qurumlara ağır zərbə olacaq, düşmənlərimiz bundan yubanmadan istifadə edəcəklər”.

Ermənistan hələ 1993-cü ildə özünü DQR-in təhlükəsizliyinin zamini elan edib, belə ki, belə, ya elə, qarışmaq lazım gələcək. Lakin “müstəqil” respublikanın əhalisi Ermənistanın keçmiş və indiki hökumətinə kəskin cavab verə bilər: “Sizə pis rəhbərlərdən qurtulmaq icazəsi verilib, bizə yox?” Burada nəyə etiraz etmək olar? Heç nəyə, çünki qarabağlılarda özünü qorumaq instinkti işə düşüb. DQR hökuməti problemi hələlik etiraz hərəkatının qeyri-formal liderlərilə danışıqlarla müstəqil həll etməyə çalışır.

Düzdür, Paşinyan yenə də pərəstiş bəslədiyi Facebook-da Stepanakertdə etirazları dayandırmağa və məsələləri “uzlaşma şəraiti”ndə həll etməyə çağırıb. Amma o, səmimidirmi? Qarabağın keçmiş baş nazir Serj Sərksiyana yaxın fiqur sayılan lideri Bako Saakyandan yaxa qurtarmaq istəmirmi? Axı Ermənistanın siyasi “havası” birbaşa DQR-dəki siyasi “iqlim”dən asılıdır. “Mitinqçilər əsas məqsədlərinə çatıblar, – Paşinyan deyib, – və hakimiyyət öz vədlərini ən yaxın vaxtlarda yerinə yetirməsə, yenidən küçələrə çıxmağın mənası var”.

Yəni baş nazir öz inqilabi təcrübəsindən çıxış edərək qarabağlılar üçün inqilabi imkanlar “pəncərəsi”ni bağlamayıb, amma Ter-Petrosyan DQR-də “Ermənistan ssenarisi”nin yolverilməzliyini bildirib.

Dövlət səviyyəsində özünüqoruma instinktindən söz düşmüşkən. O, sanki Ermənistanın yüksək dövlət postunu tutaraq russevməzdən russevərə olmasa da, hər halda Ermənistan-Rusiya münasibətlərinin sarsılmazlığı tərəfdarına çevrilən yeni baş nazirində işə düşüb. Bu həm respublikanın KTMT və Avrasiya Birliyi kimi “Moskva” təşkilatlarına üzvlüyü və “rus bazası”nı  Gümridən qovmağa çağırışların olmamasıdır. Lakin o, Azərbaycana “bir qarış torpaq da” qaytarmamağa çağırandan sonra Ermənistan-Azərbaycan tənzimlənməsinə münasibətdə mövqeyini dəyişibmi? Çox güman ki, xeyr, çünki Stepanakerti (Xankəndi-red.) danışıqlar prosesinə qoşmağa təkidli tələb Ermənistan və Azərbaycanın birinci şəxslərinin Qarabağ üzrə danışıqlar perspektivini təxirə salır. O bu halda kimə, ya nəyə ümid edir? Ehtimal ki, Moskvanın Ermənistan nazirlər kabinetinin tərkibi haqda aydın təsəvvürü formalaşıb və güman etmirəm ki, Paşinyan “Qərbyönlü” olmadığına onu inandıra bilsin: “Sorosun qulaqları” Ermənistan hökumətinin, az qala, hər bir kabinetindən boylanır. Və Moskva bu halda kimə daha çox inanacaq – Paşinyana, ya Əliyevə? “Top” indiki halda Azərbaycanın “meydan”ında olacaq. Lakin bu, Moskvada heç də hamını qane etmir. Bu isə bildirir ki, Rusiya və Azərbaycanı təcili dalaşdırmaq lazım gəlir. Buna görə də Rusiya XİN-də çox ciddi erməni lobbisinin varlığını bildirən və ya eyham vuran Rusiyanın və başqa analitiklərin səs-küylü çıxışları təsdadüfi görünmür.

Bundan savayı, Azərbaycanın Rusiya xarici siyasət idarəsinin təmsilçilərinin ifadələrinə iddiaları sıxlaşıb. Azərbaycanın Haqqin nəşrinin yazdığı kimi, RF XİN “Qarabağ tənzimlənməsində önrəyçi mövqe və ikili standartlar sərgiləyir” və ümumiyyətlə, “Rusiya diplomatlarına Ermənistanı tənqid etmək yasaqlanıb”. Lakin burası da var ki, İrəvanda da – özü də müntəzəm şəkildə – Lavrovun idarəsini və RF Müdafiə Nazirliyini Azərbaycanın maraqlarını yeritməkdə şübhəli bilirlər. Lakin niyə praktik olaraq sual yaranmır ki, Qarabağ birbaşa ABŞ-dan maddi yardım alan sovetsonrası məkanda yeganə tanınmamış dövlətdir?

Bir sözlə, kim kimi dəstəkləyir – demək çətindir. Çox ehtimal ki, Rusiya öz maraqlarını yeridir, amma bu, tez-tez olduqca yöndəmsiz və səmərəsiz edilir. Maraqlıdır, Lavrovun Ermənistan XİN-in yeni başçısı Zöhrab Mnatsakanyanla iyunun 7-ə Moskvada nəzərdə tutulan görüşü nəylə bitəcək?  Danışıqların ayrıntılarının “ictimaiyyətin geniş zümrələrinə”, heç olmasa, təxminən məlum olacağını gözləmək lazım gəlmir. Lakin aydındır ki, tərəflər Qarabağ müşkülünü müzakirə edəcəklər – özü də Stepanakertdə (Xankəndi-red.) son olaylar nəzərə alınmaqla.

Hansı rakursdan – məsələ bundadır.

Bakı tənzimlənmə prosesində irəliləyiş üçün “substansiv” danışıqların keçirilməsinə hazır olduğunu əvvəlcədən bildirib. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu cür danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin AR-in işğal edilmiş ərazilərindən çıxarılması  və məcburi köçkünlərin öz evlərinə qayıtması təmin olunmalıdır. Belə variant İrəvanı qane etmir – o sövdələşəcək. Amma hansı kozırla? Yalnız Stepanakertin (Xankəndinin-red.) danışqılar prosesində iştitrak etmədiyi bəhanəsilə ondan çıxmaqla. İkincisi, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq iqtidarında olduğuna eyhamla (Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanıması siyasi spekulyasiyalar üçün münasib şansdır). Lakin, çətin ki, məsələ bundan uzağa gedər, əks halda bu, Azərbaycanla çox yaxın müharibəni bildirəcək. Paşinyanın sələfi  – Sərkisyan bunu yaxşı anlayırdı. Düşünmək olar ki, Ermənistan baş naziri siyasi məsələlərdə səriştəsiz olsa da, ona məxsus müxalif statusunda ritorikaya, çətin ki, uysun. Bununla belə, hansısa bir müddətdə buna əməl edəcək, çünki onu Ermənistan siyasi Olimpinə məhz bu “yüksəldib”.  Yəni, çox ehtimal ki, bir cür danışıb, başqa iş görəcək, vaxtı uzadıb, açılışı gözləyəcək, özünü nə Rusiyaya, nə də Qərbə qarşı qoyacaq. Bir sözlə, Sərkisyanın etdiyi kimi, mümkün qədər dolab gələcək.

Beləliklə, Ermənistana yeni hakimiyyətin gəlişilə tənzimlənmədə “yeni düşüncə”yə ümid etməyinə, çətin ki, dəysin. Çox ehtimal ki, nazir Mnatsakanyan (ARKA agentliyi ondan sitat gətirir) sıradakı şəkildə “aydın gerçəkliyi” izləyəcək: “münaqişənin adı “Dağlıq Qarabağ münaqişəsidir”, uyğun olaraq DQR “tənzimlənmədə həlledici səsə malikdir”… Dağlıq Qarabağ dəqiq, ehtiyatla belə deyək, öz ərazisi, əhalisi, strukturu, dövlət sistemi ilə, çətin ki, etinasızlıq ediləsi vahiddir”.

Görünür, Lavrovu erməni həmkarından məhz bunu eşitmək gözləyir. Yəni gözlənildiyi kimi, dalandan çıxmaq üzrə olan tənzimlənmə (Sərkisyan dönəmində bu haqda ehtiyatlı eyhamlar var idi) möhkəm şəkildə ilişib. Lakin Azərbaycan öz ərazilərinin “sürüşkən” qaytarılmasını davam etdirsə, hər şey bir anda dəyişilə bilər.

İrina Corbenadze

rosbalt.ru, 06.06.2018

Tərcümə Strateq.az-ındır.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru