Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ böyük güclərin gündəminə nə vaxt gələcək?


Vasitəçilərin növbətçi bəyanatları, sülhə çağırışlar sülhü yaxınlaşdıra bilməz; azərbaycanlı hərbi ekspertdən ilginc təklif: “Serj Sərkisyanı, Bako Saakyanı da “Spayk” raketləri ilə vurmaq lazımdır...”


Qarabağ konflikti zonasında vəziyyət mürəkkəb olaraq qalır. Bir sıra yerli və xarici analitiklərə görə isə vəziyyət hər an partlaya bilər. Ona görə ki, sülh danışıqları faktiki dayanıb. 

Bunun bir səbəbi də ATƏT-in Minsk Qrupunun əsas həmsədr dövlətləri olan RusiyaABŞ-ın başının başqa regional problemlərə qarışması, eyni zamanda öz aralarında yaşanan mürəkkəb münasibətlərdır. Odur ki, neçə vaxtdır ara-sıra yalnız sülhə ümumi çağırışlar eşitməkdəyik.

Bunlar isə sözsüz ki, nizamlama prosesini yerindən tərpətmək üçün yetərli ola bilməz. Prosesi irəli aparmaq zərurəti isə indi heç vaxt olmadığı qədər aktuallıq kəsb edir. Çünki təmas xəttində gərginlik günbəgün artır və sülhə xidmət edən təcili addımlar olmasa, ötən ilin aprelindəki kimi böyük hərbi toqquşma baş verə bilər. Keçən ilki aprel toqquşmasını dayandırmaq mümkün oldu. Kim zəmanət verə bilər ki, bu dəfə də mümkün olacaq və daha geniş miqyaslı müharibə olmayacaq?

***

Bu arada ATƏT Minsk Qrupunun turist həmsədrləri yaydıqları bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarını pisləyərək tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar. Sənəddə zərbələrin obyektləri, habelə qurbanlar və zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir. Məlumata görə, vasitəçilər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə informasiyalar toplamaqda davam edirlər.

Qeyd edək ki, həmsədrlərin məhz Laçının işğalının 25-ci ildönümü günü belə bir bəyanat verməsi və işğal faktını gözardı eləməsi Azərbaycan XİN-nin haqlı narazılığına səbəb olub. “Həmsədrlərin bu bəyanatı simptomatik xarakter daşıyır”. Musavat.com-un xəbərinə görə, bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN sözcüsü deyib ki, Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-nə yaxın Laçın sakini 25 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus ”OSA" zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib. Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur... Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. Bu hər kəsə çox yaxşı məlumdur", - deyə o vurğulayıb.
Yada salaq ki, bir neçə gün öncə cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

***

Avropa Birliyinin (AB) “Avropa Qonşuluq Siyasətinə baxış həyata keçirilməsi haqqında” dərc edilən hesabatında da Qarabağ münaqişəsi ilə bağlı narahatlıq doğuran qeydlər yer alıb. “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və bu, qısa müddətdə beynəlxalq hüquqa uyğun olaraq siyasi həll tələb edir”, - deyə sənəddə bildirilir. Hesabatda həmçinin vurğulanır ki, postsovet məkanının AB ilə 5 şərq tərəfdaşı ölkəsindən 4-ü münaqişəyə məruz qalıb (Bunlar Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadır).

Image result for <a href=ATƏT">

Avropa birliyi status-kvonun dayanıqlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir” - hesabatda vurğulanır. Sənəddə habelə münaqişə tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqları davam etdirməyə çağırılır. “Avropa Birliyi xüsusi nümayəndəsinin regiona tez-tez səfər etməsi Minsk qrupu həmsədrlərinin səylərinə dəstəkdir. Bu, həm də AB-nin uzun sürən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərir”, - deyə hesabatda qeyd edilir.

***

Ancaq aydın məsələdir ki, nə Avropa Birliyinin Qarabağa dair səyləri, nə də həmsədrlərin növbətçi bəyanatları növbəti hərbi toqquşmanın qarşısını almaq üçün yetərli deyil. AB isə ümumiyyətlə, konfliktin həllinə ABŞRusiya qədər görəvli deyil. Yəni BMT-nin müvafiq mandatına sahib deyil. Bununla belə, aydındır ki, təşkilat Azərbaycanla Ermənistanı da öz sıralarına götürməkdə maraqlıdır. Bundan ötrü isə Dağlıq Qarabağ ixtilafının tezliklə həllinə ehtiyac var.

Problemin çözümü isə düyünə düşüb. Bunun bir səbəbi, Ermənistanın təxribatçı-maksimalist mövqe tutması ilə əlaqədardısa, digər əsas səbəbi isə əlbəttə ki, işğalçı ölkənin öz himayədarı və işğal şəriki Rusiyaya arxayın olub ədalətli sülhdən yayınmasıdır. Kreml isə konfliktin həllində maraqlı görünmür. Bəzi iddialara görə, bu, onunla bağlıdır ki, Moskva Azərbaycandan hələ istədiyini ala bilməyib.

Söhbət yəqin ki, Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşmaqdan və Dağlıq Qarabağa Rusiya sülhməramlıların yerləşirilməsindən gedir. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ məsələsində real irəliləyiş olmayınca bu məsələ gündəmə gəlməyəcək.

***

Beləcə, konflikt ətrafında qeyri-müəyyən, eyni zamanda olduqca təhlükəli durum davam edir. Nəzərə alsaq ki, artıq hərbi əməliyyatlar üçün ən əlverişli olan yaz-yay dövrü başlayıb, sülh danışıqlarının ləngiməsi ilə müharibə riskinin qat-qat artdığını söyləmək olar. Bəs Dağlıq Qarabağ məsələsi böyük güclərin gündəminə nə vaxt gələcək? Siyasi və hərbi ekspertlər müharibə riskinin aradan qaldırması üçün Ermənistanın ağla gəlməsini birinci vacib şərt hesab edirlər.

Ermənistanda ciddi təşviş var. Təbii ki, bu məsələdə "OSA" zenit raket kompleksinin (ZRK) vurulması əsas rol oynayıb. Həmçinin Azərbaycan ermənilərə işləyən casus şəbəkəsini zərərsizləşdirib ki, bu da onların Azərbaycana qarşı diversiya imkanlarını aşağı salıb. Buna görə də çox narahatdırlar, itkilərini ictimaiyyətə izah edə bilmirlər". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib (istipress).

Image result for "OSA" zenit raket kompleksi

Onun sözlərinə görə, düşmən tərəf olayı nə qədər gizlətməyə çalışsalar da, Ermənistanda ciddi çaxnaşma yaradıb: “Aprel döyüşlərindən sonra ermənilər ordunu gücləndirmələri, Azərbaycan ordusunun hər addımını nəzarətdə saxlamaları barədə çox basıb-bağlayırdılar. OSA ZRK-nın vurulması bu təbliğatın üzərinə su səpdi”, - deyə hərbi ekspert vurğulayıb.

Ü.Cəfərova görə, Ermənistanda çaxnaşma o qədər böyük olub ki, ilk diversiya kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov xüsusi mətbuat konfransı keçirərək Azərbaycanı birdəfəlik məhv etməyə çağırıb. O, Azərbaycan ordusunun daha yaxşı təchiz olunduğunu da gizlətməyib: “Biz həmişə onlardan pis silahlanmışıq. Onların neft dollarları hesabına disbalans davam edir. O həmişə olacaq, çünki türklər varlıdır. Mən, ümumiyyətlə bu dövləti məhv etməyə, parçalamağa çağırıram”, - deyə Vartanov Azərbaycan barədə xam xəyallarını açıqlayıb.

Üzeyir Cəfərov OSA zenit-raket kompleksinin yüksək dəqiqliklə məhv edən Azərbaycanın “Spayk” raketlərindən daha effektiv istifadəsinin vacibliyini vurğulayır: “Azərbaycan bəzi erməni liderlərinə qarşı cinayət işi qaldırıb. Amma tutduqları vəzifə sayəsində onları həbs edə bilmir. Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan, elə Serj Sərkisyan özü Xocalı soyqırımının əsas cinayətkarlarındandır. Bu cinayətkarları Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində "Spayk" raketləri ilə vurmaq lazımdır. Azərbaycan Qarabağın hər qarışını nəzarətə götürməli və beynəlxalq birliyə göstərməlidir ki, bura öz ərazisidir".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar