Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağda hesabat yığıncağı keçirib


PİA.AZ xəbər verir ki, dekabrın 1-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının hesabat yığıncağı keçirilib


Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova,  QMƏVŞAİB-in sədr müavini Ariz Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Mikayıl Zeynalov və rayonda fəaliyyət göstərən ictimai təşkilat rəhbərləri və filialın üzvləri  iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları  rayonun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında  Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarlarını  ziyarət ediblər.

Yığıncaqdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində  Ulu öndərin həyat və yaradıcılığını əks etdirən muzeylə tanış olublar.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış, Ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədri Maqsud Heydərov hesabatla çıxış etmişdir. O, çıxışında hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı çıxış etmiş, dövlətin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi qayğıdan danışmışdır. Müharibə veteranı Mikayıl Zeynalov, müharibə əlilləri Mehman Hüseynov, İlqar Qayıbov,  Bəhmən Qurbanov və Azər Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Təhməz Abbasov  çıxış edərək rayon filialının fəaliyyətindən danışmışlar. Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova çıxış edərək rayonda yaşayan müharibə statuslu insanlara göstərilən diqqət və qayğıdan danışmış və onların problemlərini daim rayon rəhbərliyinin diqqət mərkəzində olmasını bildirmişdir. QMƏVŞAİB-in sədr müavini filialın işini qənaətbəxş hesab etmiş və gələcək işlərində filiala uğurlar arzulamışdır.   Tədbirdə filialın fəaliyyətində fəal iştirak  edən şəxslərə  Fəxri Fərmanlar təqdim olunub.

Tədbirin sonunda 3 dekabr - Beynəlxalq əlillər günü münasibətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialı tərəfindən  müharibə əlilləri arasında stolüstü oyunlar üzrə keçirilən rayon turnirinin qaliblərinə diplom və hədiyyələr təqdim edilib. 

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar