Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum

Mirmehdi Ağaoğlu yazır


Bir neçə gün öncə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 yaşı qeyd olundu. Qara Qarayev haqqında hər zaman dəyərli fikirlər eşitmişik, onun adı həmişə Azərbaycan bəstəkarlığı ilə yanaşı çəkilib. Azərbaycan bəstəkarlığı deyəndə Qara Qarayev yada düşüb. Qara Qarayev Azərbaycan bəstəkarlığını modern səviyyəyə, intellektual mərhələyə qaldıran şəxs sayılıb.

Doğrusu yuxarıda səsləndirdiyim fikirlər mənim şəxsi qənaətim deyil. Qara Qarayev haqqında müxtəlif zamanlarda müxtəlif yerlərdə rast gəldiyim sözlərdir, öz adımdan dilə gətirdim.

Bəs mənim üçün Qara Qarayev kimdir?

Açığı bir neçə bəstəsinə, bəzi əsərlərinə qulaq assam da Qara Qarayev mənə çatmayıb. Hər dəfə onun bəstələrini dinləməyə cəhd göstərsəm də özümdə heç bir təsir hiss etməmişəm. Daha dəqiqi; əlbəttə mənə təsir edən bəstələri olub, ancaq bunlar bütövlükdə Qara Qarayev dühasını dərk etmək üçün bəs etməyib. Onun yaradıcılığı haqqında deyilənlərlə onun musiqisindən duyduqlarım arasında müqayisəyə gəlməyəcək dərəcədə fərq olub. Sanki özümlə onun arasında bir baryer hiss etmişəm. Onun yaradıcılığı, dünyası ilə kontakta keçə bilməmişəm. Aramızda dərin uçurum olub.

Bunu təbii ki, özüm üçün böyük naqislik hesab edirəm. Ancaq yeri gəlib deyim; əgər bu naqislikdirsə o zaman Fikrət Əmirovun bəstələrini niyə duya bilirəm, onlar mənə niyə təsir edir?

Mənə elə gəlir, içi özüm qarışıq Azərbaycan xalqı ilə Qara Qarayev yaradıcılığı arasında böyük uçurum var. Onun yüz yaşını qeyd etməyimizə baxmayın, biz ondan dünyasından kilometrlərcə uzaqdayıq.

Qənaətimi dəqiqləşdirmək üçün zövqünə inandığım bir neçə dostumun da fikrini öyrəndim. Onlar da Qara Qarayev musiqisini   bir o qədər anlaya bilmədiklərini dedilər. (Düzdür, arada içimə şübhə düşdü ki, bəlkə səbəb heç bizdə deyil... Sonra gözü çıxmış qardaşlarımdan çəkinib dərhal da fikrimdən daşındım).

Bunu özümüzün faciəmiz hesab edirəm. Hətta bir dəfə eşitmişdim ki, öz dövründə belə Qara Qarayevin musiqisi artıq dünyada modern hesab edilmirdi, keçilmiş mərhələ sayılırdı. İndi gör biz nə gündəyik ki, Qara Qarayevin musiqisi bizim üçün ultramodern hesab olunur, yad gəlir, başa düşə bilmirik.

Görəsən, Qara Qarayev musiqisini anlamaq üçün nə edək?

Hardan başlayaq, nə oxuyaq, nə öyrənək?

Necə edək ki, onu yaxından duya bilək?

Yoxsa elə həmişə belə qalacağıq?

Qara Qarayev öz Everestində, biz öz Marianamızda.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar