Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qan ağlayan Yaxın Şərq


Azər RƏŞİDOĞLU yazır


Rusiyanın Suriyaya hərbi müdaxiləsi bölgədəki vəziyyətin acınacaqlı olmasını bir daha üzə çıxartdı. Yaxın Şərqdə demokratik təsisatların yoxluğu, vətəndaş cəmiyyətlərinin və sekulyar müxalifətin formalaşmaması ona gətirib çıxartdı ki, bölgədə qanlı vətəndaş və məzhəb savaşları alovlandı. Uzun illər ölkələrində inkişafa yönəlik bircə addım belə atmayan ərəb ölkələri liderləri özləri ilə yanaşı ölkələrini də məhv etdilər.

Neçə müddətdir ki, Yaxın Şərq ölkələrində belə bir fikir formalaşdırılıb ki, “dahi öndər”, “dəmir əl” olmasa daxili çəkişmələr baş alıb gedər. Deməli, belələrinin hakimiyyəti daimi olmalıdır, yoxsa, ölkədə qan tökülə bilər. Amma bunu deyənlər unudurlar ki, tək bir hakimiyyət - Allahın hakimiyyəti daimi olur, qalan hakimiyyətlər isə gəldi gedərdi, hətta diktatorların da ağalığına son qoyulur.

Gəlin, bu “dahi öndər”lərin diktatorluq etdiyi ölkələrə nəzər eləyək. Bu ölkələrin hər birində istehsal tam dayanıb. Bölgə təbii sərvətlərin, narkotika, silah və qadın alverinin hesabına yaşayır. Yox, bu “sərvətlərdən” ölkə əhalisi bəhrələnmir. Bu, diktatorların bazarıdır, onların “şəxsi mülkiyyətidir”.

Budur diktatorların əsil siması. Bu despotlara qarşı çıxmağa isə Yaxın Şərqdə az qala ümummilli bəlaya çevrilən tənbəllik və düşüncələrə hakim kəsilən mühafizəkarlıq imkan vermirdi. Cəmiyyətin inkişafının tam qarşısını alan belə meyllərin islam dininə bir aidiyyəti yoxdur. Hətta birmənalı “ərəb layihəsi” belə deyil. Bu, hər cür təşəbbüsdən məhrum edilmiş cəmiyyətin simasıdır. Uzun müddət bu diktatorları bəsləməklə ABŞ məhz “islam bu qədər anti-insanidir” fikrinin düşüncələrə hakim olmasına çalışıb.

Yaxın Şərq ölkələrinin korrupsiyaya uğramış liderlərinin başı tək öz xalqlarını qarət etməyə qarışmayıb, onlar həm də bir-biri ilə çəkişməklə məşğuldurlar. Odur ki, bu bölgə həmişə “barıt çəlləyini” xatırladıb.

Göründüyü kimi, sivil ideologiyaya söykənməyən siyasi xadimlərin sonu acınacaqlı olur. Bunu indi həyatda yaşayan diktatorlar da dərk etməlidirlər. Diktatorlar ayrı-ayrı ölkələrdə yaşasalar da, ayrı-ayrı ənənələri daşısalar da, hamısı bir-birilərinə bənzəyir. Demokratiyanın vətəni olmadığı kimi, diktatorların da vətəni olmur. Onları ancaq qaniçən və insanlığa nifrətlə dolu olan əməllərindən tanımaq olar. 

Dünyanın hər yerində insanlar ölkələrini illərdir dəmir yumruqla idarə edən diktatorların devrilməsinə sevinir. Ümumbəşəri dəyərləri məhdudlaşdıran, onları hər addım başı pozan liderlər yalnız öz ölkələrində deyil, dünyanın dörd bir yanında bir eyni adla tanınır.

Təbii, həyatda olan tiranları da digər despotların taleyi gözləyir. İnsan haqlarına düşmən kəsilən tiranlar Allah və tarix qarşısında gec-tez cavab verməli olublar. 20-ci əsrin məşhur diktatorlarının bəzilərinin taleyinə nəzər salınası, öyrəniləsi və ibrət alınası tarixdir. Bu, insanları zombiləşmiş kütləyə, sürüyə çevirənlərin tarixidir. İkrahdoğurucu olduğu qədər də, öyrənməyə məhkum olduğumuz tarixdir.

Bu gün dünyada diktatorlar yıxılır. Lakin onlarla bərabər ölkələri də yıxılır. Bu gün Avropa ölkələri inkişaf edib. Əhalisi yüksək imtiyazlarla təmin edilib, Yaxın Şərq əhalisi isə dilənçi vəziyyətindədir. Normal seçki, siyasi və iqtisadi islahatlar olmayan yerdə ölkənin sonu elə Suriya kimi olur... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar