Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qambiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyir

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana işgüzar səfəri çərçivəsində Qambiyanın xarici işlər naziri Ousainou Darboenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


N-dən verilən məlumata görə, tərəflər Azərbaycan və Qambiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib.

 BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əməkdaşlıq etdiyini bildirən nazirlər ikitərəfli əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu bildiriblər və bu xüsusda qambiyalı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almaları və ixtisaslarının artırılması imkanlarını müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov ADA Universiteti haqqında danışaraq Azərbaycan tərəfindən İƏT və Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrılması barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verən nazir Elmar Məmmədyarov Qambiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini bildirib.

Qambiyalı nazir ölkəsi tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əsasda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qanunsuz işğalı ilə bağlı ölkəmizə qəti dəstək göstərildiyini diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar