Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz Universiteti ilə bağlı qərar Azərbaycanda etirazla qarşılandı


Kamran Əsədov: “Bu, hər iki dövlətin qoşulduğu beynəlxalq konvensiyalara zidd addımdır”; Fazil Mustafa: “Biz Türkiyə hökumətini dəstəkləyirik, ancaq bu cür qərarları doğru saymırıq”


Türkiyənin Təhsil Şurasının qərarı Azərbaycanda da etirazla qarşılanıb.

 Belə ki, qardaş ölkədə Qafqaz Universiteti ilə bağlı gözlənilməz qərar verilib. Şura sözügedən universitetin diplomlarının Türkiyədə tanınmayacağı barədə qərar qəbul edib.

Qeyd edək ki, qərara əsasən Qafqaz Universitetində təhsil alan türkiyəli tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi də məlumat yayıb.

Məlumatda bildirilir ki, 12 yanvar 2017-ci il tarixində “Yeni Şafak” qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.

“Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq”, - deyə məlumatda bildirilir.
Ekspertlər bu qərarın yanlış bir addım olmasını bildirirlər.

Təhsil eksperti  Kamran Əsədov “Yeni Müsavat”a bildirib ki, Türkiyə Yüksək Təhsil Şurası tərəfindən irəli sürülən bu məsələ qanunvericiliyə tamamilə ziddir: “Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq təşkilatların üzvünə çevrilib və bir sıra layihələrə qoşulub. Bunlardan biri də Venesiya Konvensiyasıdır ki, 1996-cı ildən Azərbaycan buna qoşulub. Müvafiq orqanın bütün dünyada qəbul olunmuş tələblərinə görə öz ölkəsində fəaliyyət lisenziyası almış ali təhsil müəssisələrinin sənədləri digərində problem olmadan tanınır və qəbul edilir. Bundan başqa, Azərbaycanın ilk müstəqilliyini tanıyan ölkə Türkiyə Respublikasıdır. 1991-ci ildən bu günə qədər hər iki ölkənin hökumət başçıları, prezidentləri səviyyəsində qarşılıqlı səfərlər olub. Bu səfərlər zamanı hər iki dövlət arasında çoxsaylı sənədlər, müqavilələr imzalanıb. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Türkiyə Yüksək Təhsil Şurası tərəfindən irəli sürülən bu məsələ qanunvericiliyə tamamilə ziddir”.

IImage result for Təhsil eksperti  Kamran Əsədov

Kamran Əsədov bu qərarı humanizm prinsiplərinə də zidd hesab edir: “Haaqa və Venesiya konvensiyalarında göstərilir ki, ölkələrin təhsil sənədləri bir-birinin ərazisində qeyd-şərtsiz tanınmalıdır. Hətta hər hansı bir dövlət beynəlxalq arenada siyasi status almasa belə onun sənədi hüquqi sənəd kimi tanına bilər. Məsələn, buna Kipri misal göstərmək olar. Həmin ada dünyada dövlət kimi tanınmasa belə, orada yerləşən bütün universitetlər dünyada tanınır. Qafqaz Universiteti də ölkədə və dünyada istehsalata buraxdığı kadrların sayı, keyfiyyəti ilə kifayət qədər nüfuz qazanmış bir universitetdir. Tədrisi və təhsili kifayət qədər yüksəkdir. İndi birdən-birə ortaya atılıb ki, 20 ildən artıqdır xidmət göstərən universitetin diplomları tanınmasın. Bu, beynəlxalq qanunvericiliyə ziddir. Əlbəttə ki, Türkiyə tərəfindən həyata keçirilən bu addım FETÖ terror təşkilatının rəhbəri ilə bağlıdır. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi üçün biz onu bir dövlət kimi tanımırıq. Amma sovet dövründə Ermənistanda təhsil almış şəxslərin diplomlarını tanıyırıq. Yəni, ərazi münaqişəsi baş verən 1992-ci ilə qədər Ermənistanda diplom alanlar bu gün Azərbaycanın bütün qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında çalışırlar. Əgər biz düşmən mövqeyindən yanaşsaydıq, deyərdik ki, Ermənistanda təhsil alanların diplomları tanınmasın. Bu, həm də humanizm prinsipinə ziddir. Hesab edirəm ki, hər hansı bir siyasi qərar ali təhsil müəssisələrinə şamil edilməməlidir”.

Ekspert hesab edir ki, bu qərar Qafqaz Universitetinin nüfuzuna ciddi şəkildə zərbə olacaq: “Bilirsiniz, 2015-ci ilə qədər Qafqaz Universitetini hər il azı 3-4 min nəfər bitirib. Bu qərarla onlar həmin 54 min insanın taleyi ilə oynayırlar. Bu, yanlış addımdır. Bu gün PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan həbsdədir. Amma Türkiyə bütün kürdləri terrorçu elan etmədi. Bir qurumun rəhbəri, bəzi üzvləri barəsində olan bir nəsnə bütün quruma aid edilə bilməz. Bu qərar Qafqaz Universitetinin nüfuzuna ciddi şəkildə zərbə olacaqdır”.


Milli Məclisin deputatı Fazil Mustafa da qərarı tənqid edənlərdəndi: “Türkiyə miqyasında dövlət çevrilişinə cəhd edənlərin hamısının cəzalandırılması lazımdır. Orada səsləndirildiyi kimi, FETÖ üzvlərinə, çevrilişə cəhd edənlərə cəza verilməsi vacibdir. Bu cəza həm də ona görə vacibdir ki, insanlar artıq müqəddəs təhsil işindən yayınaraq orduya adamlar yerləşdirməklə siyasi hakimiyyət uğrunda mübarizə aparmağa çalışıblar. İndi görsünlər ki, bu hərəkətin nəticəsi belə acınacaqlı olur. Bu başqaları üçün də müəyyən qədər dərs olar. Hər halda bu şəbəkənin təhsillə bağlı fəaliyyəti kifayət qədər faydalı nəticələr vermişdi. Ancaq siyasətə bulaşmaları, siyasi hakimiyyəti ələ keçirmək cəhdləri onların yaxşı işlərini də kölgədə buraxdı. Lakin bütövlükdə Qafqaz Universitetinin məzunlarının hamısının diplomlarının şübhə altına alınması doğru deyil. Əgər siz onlara diqqət etsəniz, 90-95 faizi dinə aidiyyatı olmayan insanlardır. Sadəcə Qafqaz Universiteti rüşvət olmayan, normal təhsilin verildiyi ali məktəb olduğuna görə, yüksək bal toplayanların böyük əksəriyyəti oraya daxil oldu. Təsəvvür edin, kifayət qədər intellektual hazırlığa sahib olan nə qədər Azərbaycan gənci müəyyən yarlıq altında, töhmət altında buraxıldı. Bu məntiqli bir qərar deyil. Ola bilər ki, indiki siyasi situasiyada bu kiminsə xoşuna gələ bilər. Hesab edərlər ki, bununla müəyyən qüvvələr zərərsizləşəcək. Amma terrorçunu, yaxud terror şəbəkəsini zərərsizləşdirərkən, minlərlə günahsız insanı incitmək lazım deyildi”.

Deputatın fikrincə, Azərbaycan tərəfinin bunu qəbul etməsi də doğru deyil: “Bizdə bu universitet dövlətin tam nəzarəti altında olub. Türkiyədə arzu olunmayan şəxslərin hamısı universitetdən uzaqlaşdırılıb. Bunun tələbə və məzunlara nə dəxli var? Mən bunun məntiqi izahını tapa bilmirəm. Bu qərarın vətəndaşlarımıza vurulan bir zərbə olduğunu düşünürəm. Türkiyədə bu qərarı qəbul edənlərlə müəyyən soyuqqanlı danışıqlar aparılmalıdır ki, bu yanlış qərara yol vermək olmaz. Belə çıxır ki, bizim hansı ölkə ilə münasibətimiz pozulsa, həmin ölkədə təhsil alanların diplomunu tanımayacağıq?! Biz Türkiyə hökumətini dəstəkləyirik, ancaq bu cür qərarları doğru saymırıq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar