Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb


Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb


Azərbaycan Respublikası Prezidentinin "2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında" 2017-ci il 10 yanvar tarixli 2588 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilmiş, o cümlədən Bakı şəhərində "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda mötəbər beynəlxalq konfrans keçirilmişdir. 

İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb etmişdir.

İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik dini olması mədəniyyətlərarası və dinlərarası münasibətlərin hazırkı dövründə bu qəbildən tədbirlərin davamlı təşkilinə xüsusi aktuallıq qazandırır.

Sərəncamda qeyd edilir ki, "İslam Həmrəyliyi İli"nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar