Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafiyənin qafiyəsi


Birbaşa “Günəşli” sanatoriyasından yazıram. Yaxşı deyiblər, sanatoriya qocalıq əlamətidir. Deyəsən, elə mən də o söz


O gün oğlum deyir, ata sən get-gedə babama oxşayırsan. Oğullar  getdikcə atalarına bənzəyirsə, deməli,  qocalırlarmış... Axırıncı sözün ucundakı  nəqli keçmiş zaman şəkilçisini, yəni “mış” hissəciyini  hirslə deyirəm. Niyə də deməyim?!
 
Otaq yoldaşımın  85 yaşı var. Otaqda mənlə heç  danışmır.  Sakitcə gözlərini yumub çıxır xəyalların ovuna. Elə ki sanatoriyanın  həyətində yanımıza beş-altı qoca arvad gəldi, kişi dönür aslana. Nə deyirəm, qabağıma kötük yumalayır. Özü də yekəsindən.  Guya bu kişi hər şeyi bilir. Aslana dönsə də, səsi xırıltılı və zəifdir.  Amma “höt-hötünü”  əldən qoymur.  Bir sözlə, arvadlar  onu qəhrəmana çevirirlər. Mənsə  dinmirəm,  danışanda da  sözü onun kimi yavaş deyirəm, iti yerişlərimi onun asta yerişlərinə öyrədirəm. Qoy sevinsin, cavan görünsün bir az.
 
İndi oturmuşuq  çayxanada. Sükut içindəyik. Nə kişi dinir, nə mən, nə də qadınlar. Sükutu pozmaq üçün deyirəm, Nazim Hikmət  həyat yoldaşı Pirayə xanıma gözəl bir şeir yazıb. O şeirin sonunda deyir ki... Kişinin  dili açılır, nə açılır.  O saat doqquzluq qoyur qabağıma. Sən allah gör nə deyir?  1970-ci illərdə İmişli (bilir  ki, İmişlidənəm) avtobazasının  bir direktoru vardı, Əli müəllim, onun bacısı oğlu  Bəybala  müəllim hərbi prokurorluqda  şöbə müdiridir. Qudamla kirvədilər.  Qardaşı da Gəncə  Dəmir Yol İdarəsinində   baş mühasibin köməkçisidir.  Ay balam, heç dəxli var. Yenə susuram. Kişi daha dinmir. Yaşlı  arvadın biri göyçaylıdır. Girəvə düşmüşkən deyirəm ki,  şair Əli Kərim də göyçaylıdır, qəbrini  Göyçayda ziyarət eləmişəm. Söz ağzımdan çıxmamış sanki kişi  mənə “şah” deyir.  Elə bil, mənimlə  şahmat oynayır. Gör nə deyir? 80-ci illərdə  Göyçay xəstəxanasının  baş həkiminin sürücüsü vardı – üzünü göyçaylı qadına tutub - tanımırdınız? İmişli Pambıq Təmizləmə Zavodunun  direktorunun  qabaqkı arvadının   dayısı oğlunun  nəvəsidir. Get-gəlimiz  var. Bu gün-sabah yanıma gələsidir.
 
Qadınlar susur. Sanki kişi mənim növbəti gedişimi gözləyir ki,  yenə mənə “şah” desin.  Sağa baxıram, sağa baxır, hara çevrilirəmsə, o da mənimlə eyni hərəkəti edir. Keçirəm rus ədəbiyyatına.
 
Professor Qrosman F. Dostoyevski haqqında   monoqrafiya yazıb. Həmin  kitabda  yazır ki, Dostoyevski elə də sakit insan olmayıb. Yeyib-içən, səfil, qumarbazın biri...
 
Kişi  cümləni  bitirməyimə imkan vermir, alır başımın üstünü. Mən 60-cı illərdə  Krasnyarski  (qafiyəyə bax) şəhərində  3 il milis serjantı olmuşam. Krasnyarski şəhərinin bölmə rəisi Kürdəmirdəndir.  Bizə qulaq asan  arvadların birinin əsli  Kürdəmir tərəfdəndir.
 
Əhsən dayının ustalığına. Artıq qapıya qolu sərrast vurur. Sonra  üzünü kürdəmirli qadına çevirib deyir, siz Mollakənddən deyilsiniz? Arvad pərt olur. Çünki Mollakənd deyəndə dəlixana yada düşür. Bizim tərəflərdə belə deyirlər, sənin başın xarabdır, gəl səni aparım Mollakəndə. Dəlixana başqa yerə köçürülsə də, kənd hələ də bu adı özündə xatirə kimi saxlayır.
 
Müalicə korpusunda  işləyən həkimlər  xəstələrini adını dəqiq yadda saxlamaqla hamını heyrətləndirməyi bacarırlar. Bəlkə də  bunu qəsdən edirlər. Müalicə üçün bu, əsas diqqətdir. Diqqətə bax... Burda adama ya dayı deyirlər, ya da  müəllim. Məsələn, pərdənin arxasından  məni belə çağırırlar, Qəşəm müəllim, 6–cı otağa gəlin. Bu, gözəl bir hisdi. Adam xoşbəxt olur. Keçirəm 6-cı otağa. Arada pərdə var. Aha, deyəsən pərdənin arxasındakı mənim  otaq yoldaşımdır. Onu cümləsinin quruluşundan tanıyıram. Gör nə deyir: Qaradağ Sement zavodunun anbardarı qudamın oğludur (belə güman etmək olar ki,  bu saat onun  ayaqlarına Naftalan yaxan qadın Qaradağdandır).  Qudamın  o biri oğlu, yəni mənim kürəkənim Azərtikintidə “revizor” işləyir.
 
İstəyirəm, gülüm. Vaz keçirəm. Burda  otaq yoldaşıma “şah” deməliyəm. Mən də  öz həkimimin qubalı olduğunu bilirəm deyə, bir az ucadan   soruşuram: Şair Ələkbər Salahzadənin adını eşitməmiş olmazsan, Qubadandır. Cavab gözləmədən deyirəm: onun belə  bir şeiri var:
 
Hərdən gərək gəlib keçəsən Kürdəmirdən,
Kürdəmir də  hərdən gəlib keçə səndən.
 
Ucadan, aydın səslə deyirəm bu şeiri. Dostum  bir–iki dəfə dərindən öskürür, dediyim şeirin qafiyəsini tapa bilmir – deyə (yəni əks-arqument)  başındakı ağrılardan şikayətlənir. Mən niyə belə etdim? – düşünərək  kədərlənirəm...
  
Qəşəm Nəcəfzadə(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar