Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınların beyni kişilərdən daha aktivmiş

Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər


Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.

Publika.az “Journal of Alzheimer`s Disease” jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar 119 könüllü və 27 minə yaxın beyin travması, şizofreniya, bipolyar affektiv pozuntu, duyğu və qavrama pozuntuları və diqqət əskikliyi kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində araşdırma aparıblar. Ümumilikdə, 128 beyin bölgəsi təhlil edilib. Araşdırma zamanı qadınların beyninin bir çox hissəsinin, xüsusilə fokus və impuls nəzarətlə bağlı prefrontal qabığının və əhvali-ruhiyyə və narahatlıq hissi ilə əlaqəli beynin limbik və ya emosiya sahələrinin kişilərdən daha aktiv olduğu məlum olub. Beynin koordinasiya və vizual mərkəzlərinin isə kişilərdə qadınlardan daha fəal olduğu müşahidə edilib. Həmin müxtəlifliklər qadın və kişilərə fərqli təsir edir. Zərif cinsin nümayəndələrində alzeymer xəstəliyi riski, depressiya, narahatlıq hissi yüksək olduğu halda, kişilərdə davranış problemləri, diqqət əskikliyi və hiperaktivlik riski daha çoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar