Çin sakini qəribə və gözlənilməz bədbəxt hadisə ilə üzləşib
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Quançjou əyalətində yaşanıb. İki qadın binanın girişinə yaxınlaşarkən qəflətən yuxarıdan it düşüb. Qadınlardan birinin başına düşən it daha sonra müvazinətini düzəldərək qaçıb.
Ancaq üzərinə it düşən qadın ağır kəllə-beyin və boyun əzələlərinin travması aldığından huşunu itirir. Dərhal xəstəxanaya çatdırılan sakin həkimlərin müşahidəsi altındadır. Polis bəzi detalları öyrənmək üçün itin sahibini axtarır.
pia.az