Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın xoşbəxtliyi...

Seymur Baycanın hekayəsi


Seymur Baycanın “Qadın xoşbəxtliyi” hekayəsini təqdim edirik
 
(məişət hekayəsi)
 
Tiflis. Bazar günü. Saat təxminən on. Uzaqbaşı on birin yarısı. Narın yağış tökürdü. Şəhəri başdan-ayağa nəmişlik bürümüş, kül rəngli ağır buludlar az qala evlərin damına qədər enmişdi. Evdə üç nəfərik. Mən, otaq yoldaşım və qonağımız,  peterburqlu qız, Yana. O, yaşına görə çox sadəlövh idi. Həyatdan heç başı çıxmırdı. Yəqin o, qırx yaşında da həyatı bilməyəcəkdi. Belə adamlar, adətən, bütün ömürləri boyu uşaq olub qalırlar. Yananın sifətinin quruluşu üçbucağa bənzəyirdi. Çənəsi nazik, alnı isə genişdi.
 
Mən qarşılıqlı nəzakət qaydaları haqqında kitab oxuyurdum. Bəzi cümlələrin altından qırmızı qələmlə xətlər çəkilmişdi. Kimsə bu cümlələri oxuyanda düşünmüş, başqalarının da bu cümlələri oxuyanda düşünməsini istəmişdi. Vərəqlərinin üstündə qəhvə fincanının izləri olan kitabı oxuduqca  o vaxtacan heç ağlıma gəlməyən qaydalardan xəbər tuturdum, yeni-yeni şeylər öyrənirdim. Sən demə, şorba tamam səssiz-səmirsiz içilməlidir. Özü də qaşığı ağıza yan tərəfdən yox, uc tərəfdən aparmaq lazımdır. Yeməyin sousunu boşqabdan çörəklə təmizləmək, qaşığı, çəngəli yalamaq qəbahət sayılırmış. Şorbanı soyutmaq üçün üfürməyi ağlına gətirməməlisən, bunun üçün boşqabdakı qaşığı yavaşca dala-qabağa hərəkət etdirməyə icazə verilir. Həmin günlər çətin bir hekayə yazırdım. Çətin mətn yazanda yüngül, yazdığın mövzuya heç dəxli olmayan kitab oxumaq fayda verir.  
 
Yana nəhəng bir fincanda çay içirdi. Fincanın üstündə ikimərtəbəli, qırmızı rəngli avtobus şəkli vardı. Şəklin altına isə “Old London” yazılmışdı. Yana məndən nə oxuduğumu soruşdu. Barmağımı kitabın arasına qoyub kitabın üz qapağını Yanaya göstərdim. Bu yaşda qarşılıqlı nəzakət qaydaları haqqında kitab oxumağım Yanaya təəccüblü gəldi. Həm də deyəsən, o daha ciddi bir kitab oxuduğumu güman edirdi. Otaq yoldaşım divanda uzanmışdı. O, tavana baxır, arada ürəkdən gərnəşirdi. Çoxlu dost-tanışı olsa da, deyəsən, hara gedəcəyinə, gününü necə keçirəcəyinə qərar verə bilmirdi. Otaq yoldaşım növbəti dəfə bərkdən gərnəşib, gözlərin iştahla ovuşdurub maraqla Yanaya baxdı.
 
Otaq yoldaşım: Yana sənə bir sual vermək istəyirəm.
 
Yana: Buyur.
 
Otaq yoldaşım: Sən həyatdan nə istəyirsən?
 
Yana: Bu, çox geniş sualdır. Bir az sualı konkretləşdirsən, bəlkə cavab verə bildim.
 
Mən: Uzanmısan Oblomov kimi divanda, gərnəşə-gərnəşə səhər tezdən adama ağır sual verirsən. 
 
Yana: Tamamilə doğrudur. 
 
Otaq yoldaşım: Yana, bax sən ölkələr, şəhərlər gəzirsən. Adamlarla tanış olursan. Mən bilmək istəyirəm, sən nə axtarırsan? Sən həyatdan nə istəyirsən? Sən Allah, bircə onu demə ki, qadın xoşbəxtliyi axtarırsan. 
 
Yana: Müxtəlif xalqların mətbəxi, adət-ənənələri ilə tanış olmaq mənim üçün maraqlıdır. 
 
Mən: Yana, istəyirsən, sənin əvəzinə bu ağır suala mən cavab verim. 
 
Yana: Bununla mənə böyük bir yaxşılıq etmiş olarsan. 
 
Mən: Yana istəyir ki, onun mehriban ailəsi, tərbiyəli, ağıllı uşaqları, yaraşıqlı əri olsun. 
 
Yana: Düzdür, niyə gizlədim, istəyirəm. Əsl qadın arzusudur. Çox yaxşı dedin.  
 
Mən: Elə bir ər ki, daima Yananı sürprizlərlə təəccübləndirsin, Yananı darıxmağa qoymasın. Həmişə Yanaya xoş sözlər desin. Daima Yananın qayğısına qalsın. Bütün bayramlarda Yanaya hədiyyə bağışlasın. Tez-tez Yananı konsertə, kinoya, teatra aparsın. Bir sözlə, Yana həyatda təlxək axtarır.
 
Təlxək sözü birdən ağzımdan çıxdı. Sözü deyən an artıq peşman oldum. Yananın inciyəcəyindən qorxurdum, lakin Yana incimədi, əksinə bərkdən  güldü. Mən və otaq yoldaşım da ona qoşulduq. Biz üçümüz də o qədər güldük ki, canımızı bürümüş tənbəllik canımızdan tamam çıxdı, gümrahlaşdıq  və bizdə şəhərə çıxıb gəzmək, restoranda oturub doyunca yeyib-içmək həvəsi yarandı. Otaq yoldaşım divandan qalxdı. Biz geyindik və evi tərk edib şəhərə çıxdıq. (kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar