Lənkəranda qətl hadisəsi törədilib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.
Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
pia.az