Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın evlilikdən yorulmuşdu...

PİA.AZ Şərif Ağayarın yeni yazdığı “Rəngli karandaşlar” adlı qısa hekayəni təqdim edir


Cemal Süreyaya ithaf edirəm
 
Qadın evlilikdən yorulmuşdu, kişi ailəsindən yenicə ayrılmışdı...
 
Qadının evlilikdən yorulduğu, kişinin ailəsindən ayrıldığı vaxt təsadüfən sosial şəbəkədə tanış oldular.
 
Qadın bu il məktəbə gedən oğlundan, kişi skripka çalan qızından danışdı, bir-birinə uşaqların fotolarını atdılar.
 
Darıxdılar bir-birindən ötrü, aydan-ulduzdan, dağdan-dərədən, ən çox da uşaqlarından danışmağa ehtiyac duydular.
 
Günlərin birində görüşmək qərarına gəldilər.
 
Budur, axşamın ala-toranında sakit parkların birində yanaşı oturublar. Göz-gözə gəlməkdən utanırlar. Danışmağa söz tapmırlar. Kişi nəhayət boğazını arıtlayır:
 
- Oğlun necədir?
 
Qadının üzündə xoşbəxt təbəssüm dolaşır, gözləri gecə fənərlərini həyat eşqiylə əks etdirir:
 
- Ona çoxlu karandaşlar almışam...
 
Əlini irəli uzadıb barmaqlarını havada oynadır:
 
- Naxışlı... Uzun... Rəngbərəng...
 
Udqunub duruxur, gözləri xəfifcə yaşarır, səsi titrəyir:
 
- Heyif, bu gün birini məktəbdə itirib.
 
Araya yenə sükut düşür. Bütün bildiyi sözləri unudurlar. Uzun səssizliyin ardınca kişi özündən asılı olmadan soruşur:
 
- Hansı rəngi itirib?..(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar