Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam qaçqını özünü “Qaçqınkom“un qarşısında yandırdı - Yeniləndi


Ağdam rayonundan məcburi köçkün olan 1961-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Nəsibov üzərinə yanacaq tökərək özünü yandırıb


Hadisə Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 A ünvanında qeydə alınıb. 

Həmin ünvanda isə "Qaçqınkom"un Sabunçu rayon şöbəsi yerləşir.

S.Nəsibov III dərəcəli yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

* * *

Özünü yandıran qaçqın “Qaçqınkom”dan ev istəyib, amma...

Bu gün “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib İsmayıl oğlu Nəsibovun sol tərəfi yanıb.

Bu barədə virtualaz.org saytına açıqlamasında Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, Sahib Nəsibovun sol əli, baldırı və ayağı yanıb: “Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hələlik heç kimlə danışmaq istəmir. Lakin həyat yoldaşı hadisə ilə bağlı məlumat verib. Qadının sözlərinə görə, onlar kirayədə yaşayıblar. İmkansızlıqdan “Qaçqınkom”a müraciət ediblər. Komitədən isə onlara ev verilməyəcəyini deyiblər. Buna görə də Sahib üstünə benzin tökərək yandırıb. Biz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişik”.

Qaçqınkom”un Sabunçu rayon şöbəsindən isə virtualaz.org saytına deyiblər ki, “Qaçqınkom”un nümayəndəsi Akif Rufullayev Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət edilib: “Akif Rufullayev icra hakimiyyətində iclasdadır. Gələndən sonra özü məlumat verə bilər. Amma saytlar yalan yazıb, heç kim özünü yandırmayıb. Jurnalistlərdir də...”

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə məxsus telefonlara cavab verən şəxs də hadisə haqqında məlumatsız olduğunu dedi: “Mətbuat xidmətinin əməkdaşları işdə yoxdur. Mən də başqa şöbədə çalışıram. Sizin suallarınızı cavablandıra bilmərik”.

Komitəyə məxsus digər telefonları cavablandıran şəxs isə “Gündə bir qaçqın özünü yandıracağı ilə hədələyir. Nə bilim nə baş verib”-deyə cavab verdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar