Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçan dustaqların axtarışı davam edir


Lənkərandan Bakıya etap edilərkən qaçmağa müvəffəq olan iki dustaq – kriminal aləmdə“Qoca”ləqəbli ilə tanınan Etibar Məmmədov və Əli Ağaminin axtarışları davam edir


Sosial şəbəkələrdə məhkumların müəmmalı şəkildə yoxa çıxmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bir qisim şəxslər kənardan kiminsə köməkliyi, dəstəyi olmadan dustağın qaçmasının mümkün olmadığını, qaçırıldığını iddia edirlər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov virtualaz.org saytına açıqlamasında sosial şəbəkələrdə yazılanları şərh etmək istəmədiyini bildirib.

“Hazırda bu işlə bağlı istintaq davam edir. Axtarış tədbirləri həyata keçirilir. Eyni zamanda iş üzrə aidiyyəti şəxslər dindirilir. Bütün bu məsələlərə istintaq aydınlıq gətirəcək”,-deyə polkovnik M.Sadıqov bildirib.

Xatırladaq ki, qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov 2015-ci ildə səs-küylü cinayətin iştirakçısı olublar.

Onlar Şirvan şəhərində 2 nəfərin ölümündən sonra həbs ediliblər. Şirvandakı kriminal “razborka” zamanı Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən ikisi bu gün qaçan məhkumlardır.

Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə və “Etibar Hacıqabulinski” adı ilə, qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Yeri gəlmişkən, məhkumların qaçması ilə bağlı Penitensiar Xidmət rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Hazırda hər iki kriminal aləm üzvü hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Onların necə qaçdığı və ya kimlər tərəfindən qaçırıldığı araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar