Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabığı özündən faydalı meyvə

Sağlam olmaq üçün hər gün birini yeyin


Armud mövsümündə yeyildikdə sağlamlığımız üçün inanılmaz faydalar verir. 

PİA.AZ armudun saymaqla bitməyən faydalarını təqdim edir.
 
Armud qabıqları soyulmadan yeyilməsi lazım olan meyvələrdəndir. Aparılan araşdırmalara görə, armud qabığı ətli qismlərə nisbətən 3-4 qat daha çox qidalandırıcı və faydalı maddələrə sahibdir.
 
Qabığında bol lif var
 
Armud qabığında bolluca lif olduğuna görə həzmə yaxşı təsir edir.
 
İltihabın qarşısını alır
 
Armud qabığının iltihaba qarşı xüsusiyyətləri var. Yeməklərin içərisinə armud qabığı əlavə edərək orqanizmin iltihablanmasının qarşısını ala bilər, bədəninizdə olan iltihabı  ata bilərsiniz.
 
C vitamini qaynağıdır
 
C vitamininin bədənimiz üçün nə qədər önəmli olduğunu bilirsiniz. Armudun tərkibində yüksək miqdarda C vitamini var. Bu halda da armud yaraları sağaldan özəlliyi və həzm sistemini güclü tutması ilə tanınır.
 
Qanın laxtalanmasının qarşısını alır
 
Tərkibində bol miqdarda K vitamini olan armud qanın laxtalanmasına əngəl olur. K vitamini adətən qanın laxtalanmasına qarşı olan bir vitamindir. Eyni zamanda K vitaminini vücudumuzdakı proteinləri hərəkətə keçirmək üçün istifadə edirik.
 
Sümüklərə kömək edir
 
Armud tərkibindəki yüksək miqdarda K vitamini sayəsində həm sümük inkişafına yardımçı olur, həm də diş və diş əti xəstəliklərinin inkişafına mane olur.
 
Antioksidant mənbəyi
 
Armudda olan antioksidant tərkiblər, xərçəngin qarşısını almaq, erkən yaşlanma ehtimalını azaltmaq, dəri sağlamlığını qorumaq və eyni zamanda beynin gücünü və fəaliyyətini artırmağa kömək edir.
 
Ürəyin dostudur
 
Armud ürək və damar sağlığı üçün son dərəcə yararlı bir meyvədir.
 
Mədə qıcqırmasına faydalıdır
 
Həzmi normallaşdıran armud mədə qıcqırmasına qarşı təsirlidir. Qastrit şikayətlərinə də şəfa olduğu isbatlanıb.
 
Soyuqdəyməyə kömək edir
 
Xüsusilə qışda armuddan bolluca istifadə edərək qrip və soyuqdəymədən qoruna bilərsiniz.
 
Damar tıxanıqlığına faydalıdır  
 
Armudun damar tıxanıqlığı olan xəstələrdə damar açıcı təsiri olduğu deyilir.
 
Gündə bir ədəd armud yeyərək orqanizminizə kömək etmiş olursunuz.
 
Bir armudun tərkibində olan qida dəyəri belədir:
 
Potasium: 116 mq
Karbohidrat: 15 q
Pəhriz lifi: 3,1 q
Şəkər: 10 q
Protein: 0,4 q
Kalori: 57 kkal
Ümumi yağ  0,1 q
Xolesterol: 0 mq
Sodium: 1 mq
D vitamini: 0 IU
Piridoksin: 0 mq
B12 vitamini: 0 µg
Magnezium: 7 mq
A vitamini: 25 IU
C vitamini: 4,3 mq
Kalsium: 9 mq
Dəmir: 0,2 mq(ailem.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar