Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT-lərlə bağlı banklara göstəriş verildi


Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında görüş keçirilib


MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov “APA-Economics”ə bildirib ki, Palata rəbərliyinin təşəbbüsü ilə keçirilən görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə olunub.
 
Görüşdə QHT rəhbərləri üzləşdiyi çətinliklərə toxunaraq qeyd ediblər ki, bəzi banklar 5000 manatdan artıq vəsaiti nağdılaşdırmağa icazə vermir. Bundan başqa, Palata rəhbərliyinin diqqətinə çatdırılıb ki, vəsaitin nağdılaşdırılması zamanı tutulan 1% komisyon haqq yüksəkdir. QHT rəhbərləri digər texniki məsələləri də MBNP rəhbərliyinin diqqətinə çatdırıb.
 
Çıxış edən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə sözügedən qanunun vacibliyinə toxunaraq qeyd edib ki, sənədin qəbulu iqtisadiyyatın şəffaflaşdırılması baxımından olduqca önəmlidir.
 
R.Aslanlı əlavə edib ki, rəhbərlik etdiyi qurum tərəfindən banklara məktub ünvanlanıb və bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5000 manatdan çox vəsaitin nağdılaşdırılması qadağandır. Banklar isə bunu yanlış anlayıb və qrantların nağdılaşdırmasına qadağa və limit tətbiq edib. R.Aslanlı görüş iştirakçılarının nəzərinə çatdırıb ki, artıq bununla bağlı banklara müvafiq göstəriş verilib və problem aradan qaldırılıb. Beləliklə, QHT-lər 15 000 manata qədər olan vəsaiti nağdılaşdıra biləcək.
 
QHT rəhbərləri bu addımı müsbət qarşılayıb. Bundan başqa, görüş iştirakçıları qeyd edib ki, nağdılaşdırılmasına icazə verilən 15 000 manat məbləğində limit azdır. Buna cavab olaraq R.Aslanlı qeyd edib ki, bu, qanundan irəli gələn məsələdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar