Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QAT-çılar Sosonun konsert salonuna girib “rədd ol” dedilər



Bu gün axşam radələrində Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirldiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçriblər


Bu barədə musavat.com məlumat verən QAT sədri Akif Nağının sözlərinə görə, polis aksiya iştirakçılarını sıxışdıraraq ərazidən uzaqlaşdırıb. 

Lakin QAT üzvlərindən 10 nəfər 15 AZN-dən bilet alaraq tamaşaçı kimi konsert salonuna daxil ola bilib. A.Nağının dediyinə görə, gürcü müğənni ifasına başlayan kimi QAT üzvləri səhnəyə yaxınlaşmağa cəhd göstərib.
Onlar “Rədd olsun ermənipərəst Soso!” şüarları səsləndiriblər, eyni məzmunda plakatlar qaldırıblar. Polis və daxili mühafizə xidmətinin əməkdaşları QAT üzvlərini saraydan çıxararaq Nəsimi rayon 22-ci polis bölməsinə aparıb. A.Nağının dediyinə görə, hazırda QAT üzvləri Qələndər İsmayılov, Paşa Dadaşov, Solmaz Alıyeva, Nəzrin Quliyeva, Cəfər Həşimov, Mehriban Abdullayeva, Elşad Əliyev, Teymur Muradov, Sədrəddin Rüstəmov polis bölməsindədir.
Qeyd edək ki, S.Pavliaşvili qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Bundan sonra gürcü ifaçının Azərbaycan ərazisinə girişinə icazə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar