Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə görüşdən sonra Tramp Rusiyaya qarşı sanksiyaları dəstəklədi - Səbəb?

Azər Qasımlı: “Qərblə Rusiya arasındakı münasibətləri dalana dirənib. Rusiyanın bu dalandan necə çıxacağı da heç kəsə bəlli deyil”.


Azər Qasımlı: “ABŞ, o cümlədən Tramp Adminstrasiyası  Rusiyaya qarşı sanksiya tətbiq etməklə hansı mövqedə olduqlarını nümayiş etdiriblər”

Bu sözləri REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Ağ Evin Senatın qəbul etdiyi qanun layihəsində Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları qəbul etməsinin səbəblərini və bu qərardan sonra Rusiyanın ata biləcək addımlarını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Ağ Ev Senatın qəbul etdiyi qanun layihəsində Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları dəstəkləyib. Amma prezident Donald Trampın administrasiyası sənədin bəzi müddəalarından narazı olduqlarını bildiriblər və qeyd ediblər ki, sənəddə prezidentin səlahiyyətlərinə məhdudiyyətlər gətirilir. Qanun layihəsinin mahiyyəti isə ondan ibarətdir ki, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini iyunun ortalarında bəyənib. Qanun layihəsinə senatorların böyük əksəriyyəti - 100 senatordan 98-i səs verib. Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur. Sənədin ayrı bəndində həmçinin “Şimal axını-2” qaz kəməri layihəsinin tikintisinə mane olmaq niyyəti ifadə olunub.

Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir. Bundan başqa, layihə ABŞ prezidentinin Rusiyanın ixracat boru kəmərlərinin tikintisinə bir il ərzində beş milyon dollardan daha çox pul xərcləyən, həmçinin boru kəmərlərinə xidmət edən və informasiya dəstəyi göstərən şirkətlər barəsində tədbir görməsini nəzərdə tutur. 

Maraqlıdır ki, Hamburqda Rusiya prezidenti Vladimir Putinlə G20 sammitində görüşündən sonra Tramp Rusiyaİrana qarşı sanksiyaları dəstəkləyib. Bu barədə Tramp administrasiyasının mövqeyinİ Ağ Ev yanında qanunverici fəaliyyət məsələləri üzrə direktor Mark Şort açıqlayıb. “Administrasiya Rusiyaİran üzrə qanun layihəsində olan sanksiyaları tamamilə dəstəkləyir”, - deyə Ağ Evin rəsmisi bildirib. Amma “Vaşinqton Post” nəşri yazıb ki, Ağ Ev prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması kimi baxılan bəndlərə qarşı çıxır. İyulun 9-da prezident Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə G20 sammitində görüşü zamanı sanksiyaları müzakirə etməyib. Bunu ABŞ lideri öz şəxsi “Tvitter” səhifəsində yazıb. Ağ Evin sahibi açıqca bildirib ki, Ukrayna problemi öz həllini tapmayınca Rusiyaya qarşı sanksiyalar qaldırılmayacaq.

ABŞ Senatının bu qərarı Hamburqda Putin və Trampın Suriya, Ukrayna ilə bağlı əldə olunan razılaşmalarına təsir edəcəkmi?  Ümumiyyətlə Putin Senatın qərarına cavab olaraq hansı addımları ata bilər?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının fikirlərin öyrənib.



Azər Qasımlı: “Rusiya özünün geopolitik projelərində, yəni Avrasiya İqtisadi İttifaqında, Gömrük Birliyində Azərbaycanın üzv olması üçün öz təzyiqlərini genişləndirə və intensivləşdirə bilər”.


Rusiyanın bilavistə Avropaya, ABŞ-a iqtisadi və siyasi nöqteyi nəzərdən təsir etmək imkanları yox dərəcəsində olduğun qeyd edən politoloq Azər Qasımlı əlavə edib ki, Rusiyanın iqtisadi vəziyyətinin nə yerdə olduğu çoxlarına məlumdur. Buna görə Rusiya iqtisadi cəhətdən nə Qərbə, nə ABŞ-a təsir göstərəcək gücündə deyil:

“Təbii ki, Senatın Rusiya ilə bağlı qəbul etdiyi qərarın Hamburqda əldə olunan razılaşmaya təsiri olacaq. Amma onu da qeyd edim ki, sanksiyalarla bağlı qərarın qəbul ediləcəyi gözlənilən idi. Yəni sanksiyaların Hamburq sammiti ilə heç bir əlaqəsi yoxdur. Çünki Hamburq görüşündən əvvəl də bilinirdi ki, sanksiya layihəsi Senata gəlib və həmin layihə müzakirə olunub qərar qəbul olunacaq. Gözləntilər də oldu, yəni Senat Rusiyaya qarşı yeni sanksiya tətbiq edəcək və köhnə sanksiyalar da uzadılacaq. Buna görə də Suriya və Ukrayna hadisələrinin sanksiyalarla əlaqəsi yoxdur. 

Amma sanksiyaların Krımla çox ciddi şəkildə bağlantısı var. Çünki Rusiya Krım və Ukrayna məsələsində geri çəkilsəydi üzərində olan sanksiyalar geri götürülə bilərdi. Amma təbii ki, bu hadisə baş vermədi və bunun baş verməsin də heç kəs gözləmirdi. Bu hadisə də Qərblə Rusiya arasındakı münasibətləri bir dalana gətirib çıxardı. Rusiyanın bu dalandan necə çıxacağı da heç kəsə məlum deyil. Amma dünyada gedən proseslərdə, ilk növbədə də Suriya məsələsində Rusiya əsas oyunçulardan biridir. Qərb də bu reallıqla barışmaq və müzakirələri də Putinlə aparmaq məcburiyyətindədir. Mən düşünürəm ki, ABŞ, o cümlədən Tramp Adminstrasiyası  Rusiyaya qarşı sanksiya tətbiq etməklə hansı mövqedə olduqlarını nümayiş etdiriblər. 

Rusiyanın hansısa addım atması üçüm əlində güclü riçaraqları olmalıdır. Yəni bu gün ABŞ və Qərbə qarşı Rusiyanın əlində hər hansı iqtisadi təsir imkanları yoxdur. Rusiyanın iqtisadi vəziyyətinin nə yerdə olduğu çoxlarına məlumdur. Buna görə Rusiya iqtisadi cəhətdən nə Qərbə, nə ABŞ-a təsir göstərəcək gücdə deyil.  Rusiyanın ABŞ-a siyasi təsiri də mümkünsüzdür. Çünki Rusiyanın hər hansı beynəlxaq təşkilatda böyük rolu yoxdur. Rusiyanın güclü təsiri olan yeganə təşkilat BMT-nin Təhlükəsizlik Şurasıdır. Bildiyimiz kimi Rusiya o təşkilatın daimi üzvüdür. Daimi üzvü olduğuna görə də veto haqqı var. Buna görə də BMT-nin Təhlükəsizlik Şurasına Ukrayna və Suriya ilə bağlı hər hansı məsələ gəlsə, Rusiya həmin məsələni bloklaya bilər. Yəni Rusiyanın bu şəkildə imkanı var. 

Azər Qasımlı: “Rusiya iqtisadi cəhətdən nə Qərbə, nə ABŞ-a təsir göstərəcək gücdə deyil”.


Rusiyanın bilavistə Avropaya, ABŞ-a iqtisadi və siyasi nöqteyi nəzərdən təsir etmək imkanları yox dərəcəsindədir. Rusiyanın ABŞ-a hərbi müdaxiləsi Baltikyanı ölkələrin sərhəddinə qoşun yığması və bunu hərbi təhdid kimi çatdırması ola bilər. Amma aydındır ki, Rusiyanın bu addımı təhdidən o tərəfə keçməyəcək. Aydındır ki, Rusiya Baltikyani ölkələrin bir addım belə torpağına girə bilməz. Rusiya əgər bu addımı atsa, qarşısında NATO-nu, ABŞ-ı görəcək. Buna görə də mən fikirləşirəm ki, Rusiyanın ABŞ-a hər hansı təsir edəcək gücü yoxdur. Hətta Rusiya Latın Amerikasında da əvvəlki gücün itirməkdədir. Məsələn Rusiyanin Kuba və Venesuella ilə münasibətləri var idi, amma həmin ölkələr də indi yaxşı durumda deyillər. Yaxın zamanlarda isə Rusiya İranla gah dost olur, gah da düşmən.

Ola bilsin ki, Rusiya İran, Hindistan və Çinlə yenidən daha sıx əlaqələr qurmağa qərar versin. Çünki Rusiya bu ölkələrlə əməkdaşlığı sıxlaşdıra bilər. Amma Rusiyanın bu addımına qarşı təbii ki, Qərbin təsir edə biləcək imkanları var. Onu da qeyd edim ki, Rusiya ənənəvi olaraq postsovet məkanına, ilk növbədə də Azərbaycana təzyiqlərini çoxalda bilər. Yəni böyük ehtimalla Rusiya özünün geopolitik projelərində, yəni Avrasiya İqtisadi İttifaqında, Gömrük Birliyində Azərbaycanın üzv olması üçün öz təzyiqlərini genişləndirə və intensivləşdirə bilər. Bununla bağlı da ölkəmizə təzyiqlər göstərə bilər. O cümlədən də Rusiya Orta Asiya ölkələrinə təsir göstərə bilər. Rusiya maksimum bunları edə bilər. Yəni Rusiyanın bundan başqa imkanları yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar