Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin iki dovşanı bir güllə ilə vurmaq cəhdi”


Onun “silahı” Suriyada çox yaxşı işləyir


Rusiya Soyuq Müharibənin qurtarmasından sonra dənizdə ən geniş miqyaslı hərbi hazırlığa başlayıb. Hələb şəhərinin mühasirəyə alınmış şərq hissəsinə həlledici zərbənin vurulmasına hazırlıq görür”.

 “AzPolitika.info”nun məlumatına görə, bu fikirlər Böyük Britaniyanın “The Telegraph” nəşrində dərc olunan “Suriyanın xilası üçün iki həftə” başlıqlı məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: “Belə hesab olunur ki, Rusiyanın endirəcəyi zərbələr yaxın iki həftə ərzində vəziyyəti Əsəd rejiminin xeyrinə dəyişəcək.

Kreml özünün Şimal donanmasını, yeganə aviadaşıyanını və həmçinin Baltik donanmasını Hələb şəhərindəki səkkiz min nəfərlik müxalifətçi döyüşçünün müqavimətini qırmaq üçün səfərbər edib.
Hücum üçün vaxt təsadüfən seçilməyib. Amerikadakı prezident seçkilərinə hələ üç həftə qalır. ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri İŞİD-in İraqdakı son qalası olan Mosul şəhərini geri qaytarmaq üçün cəmləşiblər.Vladimir Putin, “iki dovşanı bir güllə ilə vurmaq üçün” yaranmış bu vəziyyətdən istifadə etmək qərarına gəlib. O,Suriyada qələbə qazanmaq və ABŞ-ın səriştəsizliyini nümayiş etdirmək istəyir.

Mosul əməliyyatı çox böyük əhəmiyyət daşıyır. Şəhər uğrunda döyüş, Obama tərəfindən irəli şürülmüş xarici siyasət doktrinasının həyata keçməsi baxımından ABŞ adminstrasiyası üçün lakmus kağızıdır. Həmin doktrinaya görə, ABŞ dünya jandarmı rolu oynamdan, əməkdaşlıq etdiyi tərəflərə göstərdiyi yardımlarla münaqişələri həll etməlidir.
Obamanın strategiyasının İraqda uğur əldə etmək şansı var.Suriyada isə bu strategiya faktiki olaraq, uğursuzluğa düçar olub. Hələbin şərq hissəsinin Əsədin nəzarətinə keçməsi isə Obamanın doktrinasının əhəmiyyətini tamimlə hec edə bilər.

Əsəd rejimi Rusiyanın köməyi ilə Hələb şəhərini məşhər gününə salınmış səhraya döndərib. Burada hərbi cinayətlər artıq gündəlik işə çevrilib. Demək olar ki, hər gün heç nəyə məhəl qoymadan humanitar yardım karvanlarına, məktəblərə, uşaq baxçalarına, xəstəxanalara və digər mülkü infrastruktur obyektlərinə avia zərbələr endirilir.

Çox az vaxt qalıb. ABŞ-ın şəhər üzərində uçuşsuz zona tətbiq etməsi üçün cəmi iki həftəsi var. Şərqi Hələbə nəzarət edən müxaliflər tələb edir ki, ABŞ arxadan və ya kənardan komandanlıq etmək əvəzinə,vəziyyəti tam nəzarətə götürsün. Əsəd rejiminin və onun müttəfiqlərinin kütləvi qırğınına qarşı müqavimət göstərsin.

Rusiya Suriyadakı münaqişəyə pul xərcləməkdə xəsislik etməyəcək. Llakin onun iqtisadiyyatı zəifdir. Bu üzdən də Putin Hələb səmasında ABŞ-la birbaşa qarşıdurmaya girməkdə maraqlı deyil. Təhdidən p ya na keçə bilməz. Hansı ki, Qərb gücləri Slobadan Miloşeviçə qarşı hərbi güc tətbiq edərək, Kosovodakı genosidə son qoyanda və ya Türkiyə sərhəddini pozan Rusiya təyyarəsi vurulanda da, Kreml belə təhdidlərə baş vurmuşdu.
Kremlin təhdidləri Rusiyanın düşmənlərini müdafiə mövqeyi tutmağa və hərəkətsiz halda qalmağa məcbur etmək üçün həyata keçirilən prafilaktik silahdır. Və hələlik bu “silah” Suriyada təəccüblü şəkildə çox yaxşı işləyir.

Əgər hökumət artq öz əhalisini ona vurulan zərbələrdən müdafiə etməyi arzulamırsa və ya bunu etmək iqtidarında deyilsə,onda məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür. Bu gün qəddar diktatora qarşı xalqın qanuni üsyanını yalnız uçuşsuz zona xilas edə bilər. Digər tərəfdən isə uçuşsuz zona,regiondakı müttəfiqləri və Əsədə qarşı çıxanlar arasında ABŞ-a olan inamı da geri qaytarar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar