Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin əsas adamlarından biri mərcdə bığını kimə uduzub?


Rusiya dövlət başçısının mətbuat katibi Peskovun müxalifəti yox etmək planı onun öz başında çatlayıb


Tanınmış şair, Nobel mükafatı laureatı Aleksandr Brodski vaxtilə Türkiyə barədə alçaldıcı, təhqiredici bir fikir söyləyib: “Türkiyədə bığlardan başqa heç nə yoxdur”.

Neynək. Ağır söhbətdi. Ziyalıya yaraşmayan bu axmaq fikri, müasir Rusiya liberalları indi də təkrarlamaqdan ləzzət alarlar. Ancaq...


Ancaq şükür, çağdaş Rusiyada indi hamı belələrindən deyil. Misal üçün, Vladimir Putinin mətbuat katibi Dmitriy Peskovu dünya mass-mediasına tanıdan həm qısa şərhləridi, həm də qısa bığları.

Peskovun öz bığlarına sədaqəti, heç də Rusiyaya, heç də Putinə sədaqətindən az deyil. Cəmi ikicə dəfə o, bu bığlarına dönük çıxıb həyatında. Süjet belə olub. Peskovun qızı bir gün 2014-cü ilin iyununda atasına deyib, bəs ata, vahid dövlət imtahanımdan uğurla çıxsam, sən necə, bığlarını qırxarsanmı?

Peskov yazıq, bir an qalır od ilə su... bağışlayın, bığı ilə qızı arasında. Axır məcbur qalır qızına laldili “həəə” desin. 

Sabahısı gün o, əhdinə sadiq qalaraq bığlarını dibindən qırxaraq çıxır telekameralar önünə. Bütün Rusiya dəyir bir-birinə bəs, bıy, bu nədi belə? Peskov bığlarını, xeyir ola, niyə qırxıb?

Növbəti dəfə Dmitriy Peskovun bığsız sifətinə mən FETÖ dərbəsi ərəfəsində - 17 iyun 2016-cı il tarixində rast gəldim. Daxilimdə pıçıldadım: “Bu kişi, bığları ilə qumar oynayır, deyəsən. Qızı ilə mərcini bildik. Bəs bu dəfə onu nə vadar edib ki, bığlarını dibindən qırxsın?”

1444686255_peskov.jpeg (12 KB)

***

DOSYE: DMİTRİY PESKOV. 17 oktyabr 1967-ci ildə Moskvada doğulub.

BOYU: 175 sm.

ÇƏKİSİ: 73 kq.

ASTROLOJİ İLİ: Keçi.

VƏZİFƏSİ: Siyasətçi. 2008-ci ildən bəri RF prezidentinin mətbuat katibi.

O, peşəkar, diplomlu türkoloqdu. Lomonosov adına Moskva Dövlət Universitetini əla qiymətlərlə bitirincə, yallah, düşüb atasının yoluna. Bəxtini diplomatiyada sınamaq istəyib. Rusiyanın Ankara səfirliyində sinxron tərcüməçi kimi işə başlayan Peskovu ilk dəfə Yeltsin gözaltı edib, sonra Putin. Hər ikisi türk həmkarları ilə gizli söhbətlərində ancaq bax bu astagəl, ehtiyatlı diplomata etibar ediblər.

Qısası, Dmitriy Peskov “gizli diplomatiya” xətti ilə ilk dəfə karyera pilləkanına sıçrayıb. Uşaqlıq zamanında rus meşələrindəki qarğaların səsindən özünə lazımi nəticələr çıxarıb - dünya, yırtıcıların yığnağıdır. Vaxtında öz fürsətindən istifadə etmədinsə, vəssalam, özündən küs. Künc-bucaqda çürüyüb həyatın ləzzətindən yan ötəcəksən. Həyat məğlubları sevmir.

***

Ruslarda, bizim kimi, öz bığlarını mərcə qırxmaq adəti yoxdu. Mərcə bığ qırxmağı o sözsüz Türkiyədə öyrənib. Görüb, həəə, belə de... türklər ciddi qərarlarına öz bığları ilə cavabdehdirlər. Ərdoğan misal üçün 1999-cu ildə türk generallarının israrlı tələblərinə rəğmən, bığlarını qırxmayıb.

Rusiyanın Ankara səfirliyində təzəcə işə başlayan Peskova o vaxt bir türk generalı məsləhət görür gedib öz bığlarını qırxsın. 

Peskovun “bığsız” türklərə nifrəti, bığlı Ərdoğana simpatiyası məhz bu nöqtədən start götürüb indiyədək davam edir bəlkə də.

224dbe228c7cc22bd1aff901692d35a6.jpg (68 KB)

Tədricən Peskov Türkiyədəki bu “bığlı-bığsızlar qarşıdurması”nın gedir lap dərinliyinə. Görür, yox, ey... bığsız FETÖ-çülər, hərbiçilər Amerikanın dəstəyi ilə Türkiyədə əsl gizli şəbəkə qurublar.

***

Rusiya məxfi qurumlarının gözünü bu məsələyə yönəltmək dönür Peskovun bir saylı vəzifəsinə. Mövzu Kremldə müzakirəyə çıxarılır bir-iki dəfə. Axır Fətullah Gülən ocaqlarının RF ərazisindən qovulması ilə nəticələnir. 2002-ci ilin dekabrında vəziyyət lap ciddiləşir. FTX sədri Nikolay Patruşev məcbur qalır mövzu ətrafında ayrıca brifinq keçirsin. Qəzetlər başlayırlar bir ağızdan eyni sözləri təkrarlamağa: “Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində casusluq fəaliyyəti ilə məşğul olan ”Nurçular" icmasının qarşısını alıb. İcma, öz məxfi fəaliyyətini müxtəlif fondlar, kommersiya şirkətləri, təhsil ocaqları vasitəsi ilə həyata keçirirmiş. Ölkə əhalisi arasında təxribat yönlü dağıdıcı təbliğatla məşğulmuş. Şəbəkə üzvləri, hüquq-mühafizə, ordu sıralarına sızmaq cəhdləri göstərsələr də, vaxtında görülmüş əks-tədbirlər buna imkan verməyib".

***

Deyilənlərə görə, Ərdoğan ilə Putin, bir ara öz aralarındakı söhbətlərin tərcüməsini ancaq Peskova etibar edirmişlər. FETÖ-yə qarşı birgə əməliyyatlar, 2016-cı il 16 iyul hərbi qiyamını önləmək cəhdləri də bax bu üçlük tərkibində həll edilib, biləsiz. Dördüncü bir şəxs olmayıb orda.

Samuraylar, ciddi bir işə başlamazdan öncə saçlarını, bığlarını qırxarmışlar. Dərbəyə düz bir ay qala-qalmaya Peskov eynən bax bu cür götürüb bığlarını tər-təmiz qırxır. Türkiyədəki bığsızlara qarşı görülən bütün əks tədbirləri götürür öz şəxsi nəzarətinə. Öz daxilinə pıçıldayır: “Bu dəfə uduzsaq, bığlarımı daha uzatmayacağam”.

***

Türkiyə mövzusunda Peskovun Kremldən, birbaşa Putindən aldığı ilk qərar beləymiş - “Müasir Türkiyə-Rusiya siyasi həyatındakı oxşar paralellər. Reallıq. Mümkün əməkdaşlıq imkanları”.

Kimsənin indiyədək girmədiyi bu şuma, Peskov öz kotanı... bağışlayın, öz dərin analitik beyni ilə girir. Uzun araşdırmalardan sonra öz nəticələrini yığır bir qovluğa. Bilmirəm Türkiyədəki “bığlı-bığsızların davası”nı orda göstərir, yaxud göstərmir, öz işidi, ancaq bu mövzuda Putinin dərin rəğbətini qazanır, məncə. Ortaq maraqlar mövzusu təsdiqini tapandan sonra Peskov keçir güzgü qarşısına. Əlindəki qayçıyla bığlarının ucunu astaca qısaldaraq güzgüdəki əksini salamlayır.

Dediklərimi zarafat bilməyin. “Peskovun bığları” söhbəti Rusiyada populyar mövzudu. Rusiya virtual dünyasında hətta eyniadlı bir elektron ünvan da mövcuddu.

***

Rusiya-Türkiyə siyasi həyatındakı oxşar paralellər” mövzusu Peskovu axır gör hansı qənaətlərə gətirir: 1. Rusiya ilə Türkiyənin siyasi taleləri eynidi. Hər ikisi, başqa yol yoxdu, öz köhnə imperiya modellərini bərpa etməyə məhkumdurlar. 2. Müasir rəhbərləri, ilk növbədə Ərdoğan ilə Putin, oxşardılar. 3. Lenin-Atatürk münasibətləri Ərdoğan-Putin işbirliyində təkrarlana bilər. 4. Türk-rus liberalları eyni bezin qırağıdır. İkisi də Qərbin 5-ci kolonudur. İkisi də dənlənib zərərsizləşdirilməlidi.

Məruzənin bütün maddələri əvvəl Kremldə təsdiqlənir, sonra Rusiya XİN-də. 4-cü maddədən başqa. Onu bir başqa ünvanda - yəni FSB-də təsdiqləyib başlayırlar icrasına. Peskov bir az da ürəklənir həmin vaxt. İqor Ponamaryovla şəxsi söhbətində gözlənilmədən “quş” buraxır. Deyir: “müxalifətin içalatı, Bolotnı meydanı boyu yerə tökülməlidi”.

Təklif mətbuata sızıb çönür Peskovun baş ağrısına. Liberallar qərara gəlirlər Peskova göz verib işıq verməsinlər. 

Rusiya müxalifəti Peskov ilə öz mübarizəsini fikri-elmi dartışma şəklində qurmur. Qərara gəlir Peskovu rüşvətxorluqda ittiham etsin. Aleksey Navalnının hakerləri Peskovun “axilles dabanını” tezliklə Nikolay Çoulz adlı bir şəxsin elektron ünvanlarında aşkarlayırlar.

***

ŞƏXSİ HƏYATI:

Üç dəfə şəxsi həyatını sıfırlayıb. Birinci həyat yoldaşı Anastaziyadan - məşhur sərkərdə Budyonnının nəvəsindən, Peskovun Nikolay adlı bir oğlu var. Həmin bax bu Anastaziya, Peskova əlvida dedikdən sonra köçüb dumanlı Britaniya adasına. Orda Çoulz adlı birisinə ərə gedib. Nikolay da məhz o vaxt Peskov soyadını Çoulz ilə əvəzləyib. 

Sonradan Moskvaya qayıdan bu dəcəl uşaq tezliklə düşür Navalnının nəzarəti altına. Navalnı görür hə, bu gülbalanın qələtləri bir deyil, iki deyil. Londonda guya iki-üç dəfə qarətə cəhd göstərib. Yoldan keçənləri döyüb, əllərindən bahalı telefonlarını qapıb. Heç adi orta təhsili də yoxdu. Sosial şəbəkələrdə paylaşdığı şəkillərdə ya at belindədir, yaxud bahalı avtomobillərin sükanı arxasında. Nikolay bir dəfə hətta ana nənəsinə - Budyonnının qızına əl də qaldırıb. İl ərzində 116 dəfə yol hərəkət qaydalarını pozub. Cərimələri ödəmir. “Russia Today” telekanalı bir ara istəyib Nikolayı jurnalist etsin. Alınmayıb.

***

2015-ci ilin 1 avqustunda Dmirtiy Peskov məşhur buz üstü idman ustası Tatyana Navka ilə öz toyunu Soçidə, dəbdəbəli “Rodina Grand Hotel & SPA” hotelində keçirir. Otel sahibi Oleq Deribaska toyun bütün xərclərini götürür öz boynuna. İcazə vermir təzə bəy əlini cibinə atsın. Ancaq Aleksey Navalnı həmin toyu sözün əsl mənasında Peskovun burnundan gətirir. Toy şəkillərinə baxıb görür aha, bax budu korrupsiya faktı. Peskovun biləyindəki “Richard Mille” saatının yarım milyon dollar dəyəri var!

Liberalların Peskova qarşı amansız mübarizəsi təkcə elə bu faktla kifayətlənmir. Tezliklə Navalnı Moskva ətrafındakı yüz milyonluq bir mülkün fotolarını mətbuat səhifələrinə yayır. İddia edir bəs guya bütün bunlar Peskova məxsusdu.

Göründüyü kimi, liberalların Putin kadrlarına qarşı mübarizəsi sırf məişət məzmunludur. Yəni Navalnı kimilər belə mövzularda dərin sosioloji araşdırmalara əl atmır, fəlsəfi-nəzəri fikirlər irəli sürmür əsla. Qarşıdurmanı sırf məişət müstəvisinə atırlar. Putin rejimi ilə ideoloji mübarizə səviyyəsinə qalxa bilmirlər.

İndi gülüş-zarafat, kompromat silahı ilə Rusiyada, Türkiyədə su bulandırmaq olar, ancaq hakimiyyətə yiyələnmək yox. Açıq mübarizə artıq hər iki ölkədə özünü doğrultmur. Gizli mübarizə isə həə, gəlin razılaşaq, hələ də nəsə vəd edir hər iki ölkə liberallarına. Türkiyədə müxalifət artıq bu gizli mübarizə yolunu seçib. Dərbəyə əl atıb. Rusiyada bəs nə olacaq?
Türkiyədə indi Qərbin bu 5-ci kolonu siyasətdən silinir. Növbə yavaş-yavaş gəlib çatır Rusiyaya. Proses Peskovun nəzarəti altındadır.

Türkiyə-Rusiya arasındakı paralellər, öncəgörmələrə imkan yaradır. Öz at gedişini Peskov indi də məhz bu müstəvidə atacaq.

***

O, uşaqlıq zamanında rus meşələrindəki qarğaların səsindən özünə lazımı nəticələr çıxarıb - dünya, yırtıcıların yığnağıdır. Vaxtında öz fürsətindən istifadə etmədinsə, vəssalam, özündən küs.

Həyat məğlubları sevmir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Ən çox oxunanalar