Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin daha iki ən yeni qırıcısı Hmeymimə endi


Rusiyanın beşinci nəsil daha iki Su-57 qırıcısı Suriyadakı Hmeymin aviabazasına enib


 Virtualaz.org xəbər verir ki, bu barədə ərəb mənbələri bildirir. Təyyarələr ötən gün axşam saatlarında Rusiyanın Suriyadakı hərbi hava bazasına enərkən görüntülənib. Bununla da Hmeymim bazasındakı Su-57 qırıcılarının sayı 4-ə çatıb. Rusiya rəsmi qaynaqları Su-57 qırcılarının Hmeymin aviabazasında yerləşdirilməsini şərh etmir.

Fevralın 22-də iki Su-57, 4 Su-35S və 4 Su-25M olmaqla Rusiyanın iri aviaqruplaşması Hmeymim bazasına göndərilib. Bu, prezident Putinin qoşunların Suriyadan çıxarılmasına dair ötən ilin dekabrında verdiyi əmrdən cəmi iki ay sonraya təsadüf edib və “Vagnerin ordusu” kimi tanınan rus muzdlu qüvvələrinin fevralın 7-də Deyr əz-Zor əyalətində neft-qaz emalı zavodunu kürdlərdən almaq cəhdi zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsi fonunda baş verib. Həmin uğursuz hücum cəhdi zamanı yüzlərlə rus muzdlusu öldürülüb.

Su-57 qırıcıları hələ Rusiya ordusunun silahlanmasına daxil edilməyib, təyyarənin uçuş-texniki sınaqları bu yaxınlarda başa çatıb. Bu, saatda 2600 kilometrə qədər sürət yığan, yüksək manevr qabiliyyətli, “stels” texnologiyalarına əsaslanan və müxtəlif tipli raketlərlə silahlanmış ən yeni döyüş təyyarəsidir. Təyyarənin taktiki-texniki göstəriciləri məxfi saxlanılır. 12 təyyarədən ibarət ilk Su-57 partiyası 2018-2019-cu illərdə Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verilməlidir.

Rusiya Dövlət Dumasının hüquq təminatı komissiyasının rəhbəri Vladimir Qutenyev Su-57 təyyarələrinin Suriyaya göndərilməsi barədə xəbərləri şərh edərkən bildirib ki, bu qırıcılar “Suriya ərazisində müntəzəm olaraq uçuşlar keçirən” bəzi dövlətlər üçün çəkindirici amil olacaq.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun aparıcı elmi əməkdaşı Vasil Kaşin isə “National İnterest” dərgisinə açıqlamasında ehtimal edib ki, Su-57 təyyarələrinin Suriyaya yerləşdirilməsinin əsas məqsədi təyyarələrin radiolokasiya avadanlıqlarının döyüş şəraitinə yaxın şərtlər altında sınaqdan keçirilməsidir.

F-22 "Raptor"

Lakin bir çox analitiklər hesab edirlər ki, Rusiyanın məqsədi Suriyada ABŞ-a güc nümayişidir. Su-57 təyyarələri ABŞ-ın Suriya səmasında müntəzəm uçuşlar keçirən beşinci nəsil F-22 “Raptor” qırıcıları ilə müqayisə olunur. İstisna deyil ki, Su-57 qırıcıları Amerika aviasiyasının Suriyadakı məsuliyyət zonasına daxil olub “Raptor”ları sıxışdırmağa çalışacaq. Onsuz da ABŞ-la Rusiya arasında gərginlik getdikcə artır, "Vagnerin ordusu" ilə bağlı baş verənlərdən sonra isə iki superderjava arasında birbaşa hərbi toqquşma riskləri daha da artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar