Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin bütün problemlərini həll edən oliqarx: Araz Ağalarov

“The Daily Mail” Azərbaycan əsilli milyarderin Rusiya və ABŞ prezidentləri yanındakı nüfuzundan yazdı


“Kiçik Donald Trampı Nataliya Veselnitskaya ilə görüşdürdüyü iddia edilən oliqarx Rusiya liderinin ən çətin layihələrində onun dadına çatan adamdır”.

Musavat.com xəbər verir ki, bu cümlələr Böyük Britaniyanın “The Daily Mail” qəzetinin Araz Ağalarov haqqında yazdığı məqalədə yer alıb.

Qəzet Ağalarovun daşınmaz əmlak sahəsində problem yaradan adam kimi deyil, onu həll edən şəxs olaraq Putinin yanında xeyli hörmətə malik olduğunu bildirir.

Məqalədə bu həftənin ikinci günü isə vəkil Nataliya Veselnitskaya vasitəsilə Hillari Klintoniun nüfuzuna xələl gətirəcək informasyanın kiçik Donald Trampa ötürülməsində Araz və Emin Ağalarovların Kremlin insayderi kimi çıxış etdiyi yazılıb.

“The Daily Mail” qəzetinin müxbiri Uill Stüart keçmişdə spirtli içkilərin satıcısından milyarderə çevrilən Ağalarovun Putinin sağ əli olduğunu yazıb. Qəzet tikinti maqnatının bir çox nəhəng layihələrdə yer almaqla yanaşı, Putinlə Tramp arasında bağlayıcı şəxs olduğunu vurğulayıb:

“Əgər Putinə Vladivostokda universitet açmaq lazımdırsa, Ağalarovun Crocus Group-u bunun öhdəsindən dərhal gəlib. Putin futbol üzrə dünya çempionatının keçirilməsi üçün Kalininqradda və Rostovda iki stadionun tikilməsini tələb edəndə yenə də Sovet Azərbaycanından çıxan bu iş adamı heç bir tender keçirilmədən həmin layihələri öz üzərinə götürüb.

Qəzet Ağalarovun daşınmaz əmlak sahəsində maqnat olduğunu, yüksək mərtəbəli binaların, ticarət mərkəzlərinin, sərgi meydançalarının, konsert zallarının tikintisində ad çıxardığını bildirir.

“Bununla bərabər Donald Tramp və Araz Ağalarovun yaxınlığı Putin üçün lap göydəndüşmə olub”, - məqalədə qeyd olunur.

Müəllif rəyini aldığı qərb diplomatına istinadən rusiyalı milyarderin Trampın ABŞ siyasətindəki yüksəlişini, onun Moskva və Vaşinqton arasındakı münasibətlərin düzəlməsi üçün potensial əhəmiyyətini hər kəsdən öncə gördüyünü bildirir.

“Deyəsən, tikinti maqnatı 2013-cü ildə Putinin “Kainat gözəli” müsaqibəsində iştirakını təmin etməklə onu Trampla da görüşdürməyə nail olub”, - yazıda vurğulanır.

“Görəsən, Kreml iri layihələrdə olduğu kimi, Ağalarov və onun oğluna öz dostlarını seçkilərdə dəstəkləməyi də əmr edibmi”, - məqəalə müəllifi sual verir.

Məqalədə verilən məlumata görə, Böyük Britaniya xarici kəşfiyyat xidməti Mİ-6 –nın əməkdaşı Kristofer Smtin dosyesində göstərilir ki, Araz Ağalarov Donald Tramın Sankt-Peterburqdakı əyləncələri barədə xəbər tutubmuş.

Ən maraqlısı da budur ki, Araz Ağalarovun özü mətbuata son hadisələr barədə açıqlamalar verməkdən boyun qaçırır: “Biz bu mövzu ilə bağlı heç vaxt şərh vermirik”, - onun köməkçisi qəzetə bildirib.

Ağalarov özü isə Hillari Klintonla bağlı kompromatın Trampın seçki qərargahına verilməsindəki rolunu tam inkar edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar