Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “pul qarmağına” keçən siyasətçilər - Ross, Şröder, Bler…


Oliqarxlar və keçmiş dövlət başçıları Putinin başına yığışırlar. Məsələ bundadır ki, onun və yaxınlarının pulu var. Qalaq-qalaq pul. Siyasətçilərin etikası haqda yenidən qızışan mübahisəyə səbəb olan bir sıra sənədlərin şahidlik etdiyi kimi, pul isə müəyyən dairələrdə əxlaqdan yüksək dəyərləndirilir


Söhbət Rusiyadan düşərkən Amerikanın ticarət naziri Uilbur Ross qeyri-etik davranışda şübhəli bilinən yeganə adam deyil. O, rəsmi şəxs kimi Krımın ilhaqı və Ukraynanın şərqinə müdaxilə ilə bağlı Rusiyaya qoyulmuş sanksiyalara əməl edilməsini sayıqlıqla izləməlidir. 

Lakin milyarder və özəl fiqur kimi özünü tamamilə başqa cür aprır. Məsələn, Ross milyardlıq sərvətinin bir hissəsini Rusiyadan qaz daşıyan tankerə yatırıb. Şirkətin adı “Navigator Holdings Ltd”-dir. Müştəriləri Vladimir Putinin yaxın çevrəsinə aid olan bu müəssisənin səhmlərinin düz 30%-i bu yaxınlara qədər digər şəxslərlə əməkdaşlıqla Rossa məxsus idi. Ross ticarət naziri olarkən, həmin həftə dərc edilmiş bir sıra sənədlərin xəbərinə görə, öz maraqlarının heç də hamısından olmasa da, olduqca böyük qismindən imtina edib.

Və budur, çoxlarının verdiyi suala yenidən qayıdırıq. Doğrudanmı, bəzi siyasətçilərdə ümumiyyətlə əxlaq yoxdur? Ya nağd puldan önəmli heç nə yoxdur?

“Cənnət dosyesi”

Bir sıra tənqidçilərin sözlərinə görə, “Cənnət dosyesi” (Paradise Papers) deyilən bu sənədlər Rossun, onunla yanaşı başqalarının “əxlaq” haqda baxış nöqtəsinin zəruri yönünü vurğulayır. Bu gün hansı papağı qoyduğunuzun fərqi var. Yaxud çoxdan rəhmətə getmiş estrada müğənnisi Osvald Helmutun sözlərilə desək, işinizlə bağlı qeyri-etik sayılası nədəsə sizi yaxalayanda “başlıcası – sifətin uyğun ifadə almasıdır”.

Bununla bağlı isə Rossun problemi yoxdur. O, fevralda prezident Donald Trampın administrasiyasına daxil olarkən hesab edirdi ki, etik xarakterli bütün məsələləri çözüb. Onun öz sözlərinə görə, məhz “Navigator Holdings Ltd”-dəki payından savayı, biznesinin böyük qismini satıb. Lakin göründüyü üzrə, onun bu firmadakı maraqları o qədər müəmmalı sxemlərin arxasında gizlədilib ki, Rossun namizədliyini təqdir etməli olan senatorlar bunu duymayıblar.



Yatırımçı milyarder Uilbur Ross

Putinin kürəkəni Kirill Şalamova və Amerika sanksiyalarına düşən bir neçə oliqarxa, o cümlədən Gennedi Timçenko və Leonid Mixelsona məxsus Rusiya “Sibur” qaz şirkəti “Navigator Holding Ltd”-nin ən böyük müştəriləri içindədir. Amma Ross Rusiyaya münasibətdə ikili əxlaqla ictimaiyyətin gözü qabağında duran yeganə adam deyil.

Keçmiş siyasətçilər

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin də eyni problemləri var. O, Almaniya kansleri olarkən Rusiyaya münasibətdə sərt siyasət yürütmək gərəkdiyi duruma tez-tez düşüb. Bu gün Şröderin sərvəti yüz milyonlardan çoxdur, özü isə, hamısından savayı, Rusiyanın “Qazprom” şirkətinin böyük layihələrinin  – “Şimal axını-1” və “Şimal axını-2”nin başında durmaq xoşbəxtliyinə malikdir.Sentyabrda “Rosneft” neft şirkətinin idarə heyətinn başında durmağa razılaşmaqla Putinlə münasibətləri daha möhkəmləndirdiyinə görə son zamanlar tənqidə məruz qalır.

Və yaxud Böyük Britaniyanın Rusiyaya münasibətdə Şröder kimi eyni durumda olan və yeni özəl müşavir rolunda dünyanın ən kədərli, məşhur rejimlərinə işləyən keçmiş baş naziri Toni Bleyerə diqqət yetirmək olar.

Trampın kampaniyasının keçmiş rəhbəri Pol Manafort da eyni durumdadır. O, Rusiyaya xidmətiylə milyonlar qazanıb, amma indi buna görə ittihama məruz qalır. Çünki Kipr bankları vasitəsilə pul yuduğu  xüsusunda şübhələr meydana çıxıb.

Özəl iqtisadi maraqlarını siyasi nüfuzla qarışdırmağa görə tənqid edilən keçmiş siyasətçilərin siyahısı böyükdür. Keçmiş hökumət başçıları və varlı yatırımçılar Rusiya və onun kimi ölkələrə bir neçə səbəbdən pul yatırmaq üçün doğrudan da növbəyə düzülüblər: bu ölkələrin dövriyyəsində çoxlu pul var və bir qayda kimi, yatırım və ya bu rejimlərə görülən iş üçün vergilər üzrə istisnalar edilir.



Şröder və Putin Svetloqorskda görüş zamanı

Ross və başqaları qanunsuz nəsə ediblərmi? Manafort istisna olmaqla heç biri nədəsə ittiham olunmayıb, çünki kriminal nəsə baş verməyib. Axı ruslara işləmək nə Bleyerə, nə də Şröderə qadağan edilib. Ross isə Senatın təqdirini alıb, amma yeni məlumat meydana çıxdıqdan sonra  amerikalılar bunun qanuni olub-olmadığı haqda mübahisə də edirlər. Ancaq siyasətçilərin fəal siyasi fəaliyyət göstərdiyi zamanlarda şəxsi maraqların rəsmi mövqeyə üstün gəlməsi onların nüfuzuna yaraşıq gətirmir.

Almaniya parlamentinin xarici işlər üzrə komitə sədri Norbert Röttgen Şröderin “Rosneft”də vəzifəyə təyin edilməsini “tamamilə qəbuledilməz” adlandırır. Röttgen “Şröder keçmiş kansler rütbəsindən yetərincə sərbəst şəkildə istifadə edir və bundan gəlir qazanır” deyir və bu ifadə ilə almanların ümumi narazılığını ifadə edir ki, keçmiş kansler Rusiya ilə bağlı bizneslə məşğul olur və praktik olaraq 2005-ci ildə öz vəzifəsini tərk edən kimi ruslar tərəfindən işə götürülüb.

İkili əxlaq

Bleyer də keçmiş baş nazir postu və məsələn, Qazaxıstan rejimi kimi indiki müştəriləriylə bağlı ikili əxlaq bəlirlədiyinə görə bu cür tənqidin hədəfi olub. Bleyeri kütləvi nümayişlə bağlı neft şəhəri Janaözendəki qırğından sonra nüfuz “ziyanı”nı cüziləşdirməyə yardım etdiyi müşavir roluna görə tənqid ediblər. Neft sahəsinin işçiləri əmək şəraitini yaxşılaşdırmağı tələb etdikdən sonra iğtişaşlarda, ən azı, 14 nəfər öldürülüb.

Bleyeri həm də ona görə tənqid edirlər ki, özünün müşavirlik fəaliyyəti üçün yeni şəxsi müştərilər hazırlamaqda Yaxın Şərqdə BMT, AB, RusiyaABŞ-dan ibarət kvartet deyilən rəsmi elçi vəzifəsindən istifadə edib. Buna görə də siyasi rəqibləri həm Şröderi, həm də Bleyeri bunda qınayırlar ki, indiki və keçmiş rəsmi səlahiyyətlərdən faydalanaraq özlərinə milyonlarla sərvət toplayır və nəticədə etik baxımdan məqbulun kənarında balanslaşırlar.

Britaniyanın “The Daily Telegraph” qəzeti də 2016-cı ildə yazıb ki, Bleyer rejimin Janaözendəki qırğını ictimaiyyətə necə təqdim etməli olduğu haqda bir sıra məsləhətlərə görə Qazaxıstan hökumətindən 5 milyon funt tələb edib. Bleyer qəzetin əlinə keçən məktubda yazıb ki, qırğın “Qazaxıstanda baş verən çox böyük tərəqqini” kölgədə buraxmamalıdır. Bleyer Qazaxıstanda xeyli milyonlar qazanıb. Özü şəxsən pul aldığını inkarlayaraq iddia edir ki, bundan yalnız bölgədəki bəzi müşavirlərinə pul ödəmək üçün istifadə edib.

Bleyerin neçə milyonu olduğu məlum deyil. Britaniya nəşrlərinin çoxu yazır ki, onun sərvəti, haradasa, 800 milyon Danimarka kronu (təxminən, 125 milyon dollar-tərc.) təşkil edir. Onun özü bu məbləğin gerçəkliyə uyğun olduğunu inkar edərək Şröder kimi öz fəaliyyətinə bəraət qazandırır və deyir ki, şübhəli rejimləri daha demokratik yöndə inkişafa itələmək qəsdilə ölkədə yaxşı idarəçilik sistemi qurmaq üçün adamlara yalnız məsləhət verib.

Şröder və Bleyer özlərinə milyonlarla sərvət toplamaq üçün indiki və keçmiş rəsmi səlahiyyətlərindən istifadə zamanı əxlaqi məsuliyyətsizlik timsalı olublar. Rossla bağlı durum da siyasətdə ikili əxlaqın hökm sürdüyünün sübutu rolunu oynaya bilər.(strateq.az)

Kristian Mouritsen
“Berlingske” (Danimarka), 12.11.2017

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar