Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən mühüm Ankara etirafı - Qarabağ Fələstin deyil, ancaq...


Rusiya lideri ərəb-İsrail münaqişəsinin həllinin BMT qərarlarına əsaslanmalı olduğunu bəyan elədi, bəs Qarabağa dair qətnamələr? Moskvanın “ikili standart” yanaşması dəyişə də bilər, əgər...; Kremlin arxasında durduğu işğalçı Ermənistanın isə xarici borcu artır..


Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri bir sıra maraqlı detallar və mühüm məqamlarla yadda qaldı. 

Hansılar ki, dolayısıyla Azərbaycan kontekstində də əhəmiyyətli hesab oluna bilər. Onlardan biri də Kreml başçısının ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləməsi haqda qərarına türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla eyni mövqe sərgiləməsi oldu.       

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bununla bağlı deyib: “Rusiya hesab edir ki, ərəb-İsrail nizamlanması müstəsna olaraq və bütünlüklə əvvəllər BMT çərçivəsində qəbul edilmiş qərarlar çərçivəsində həyata keçməlidir. Qüdsün konkret statusu isə Fələstin-İsrail birbaşa danışıqlarının predmeti olmalıdır... ABŞ-ın qərarı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək”.

*****

Qeyd edək ki, əsas problem də elə BMT Təhlükəsizlik Şurasının 1949-ci ildə Fələstin ərazisində iki dövlətin yaradılması  və Qüdsün iki paytaxt üçün iki yerə bölünməsi (1967) haqda qətnamələri ilə bağlıdır. Ancaq on illərdir bu sənədlər İsrail dövləti tərəfindən icra olunmur. Fələstin dövlətinin yaradılması da bu və digər səbəblərdən yekunlaşa bilmir.

Təbii ki, məsələdə dünyanın 1 nömrəli supergücü ABŞ-ın İsrailin əsas müttəfiqi olması faktı həlledici önəm daşıyır. Prezident Donald Trampın ötən həftə Qüdslə bağlı elan elədiyi qərar isə bir daha əminlik yaradır ki, münaqişə (“xəmir”) hələ çox “su” aparacaq. Həm də o səbəbə ki, nə ABŞ-ın NATOAvropa Birliyi (AB) üzrə müttəfiqləri, nə də digər əksər ölkələr Trampən qərarını dəstəkləyir.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahunun bu məqsədlə 22 ildə ilk dəfə Avropa Birliyinə elədiyi səfər nəticəsiz bitib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, Avropa Birliyi rəsmiləri Netanyahunun təşkilata üzv dövlətlərin də ABŞ kimi öz səfirliklərini Qüdsə köçürmək və Qüdsü İsrailin paytaxtı kimi tanımaq xahişini geri çevirərək, onu ümidsiz yola salıblar. Bununla bağlı AB diplomatiyasının başçısı Federika Moqerini deyib: “Hesab edirik ki, İsraillə Fələstin arasında konfliktin yeganə real həlli iki xalq üçün iki dövlətin yaradılması və Qüdsün həm İsrailin, həm də Fələstin dövlətinin paytaxtı olması ola bilər”.

*****

İslam dünyasının, Türkiyənin, Rusiyanın ardınca Avropa Birliyinin də faktiki şəkildə eyni mövqe bildirməsi Dağlıq Qarabağ məsələsi üçün də prinsipial əhəmiyyət kəsb edir. Çünki məsələdə sövq-təbii BMT qətnamələrinin önəmi artmış olur. Hansı təşkilat ki, Dağlıq Qarabağa, erməni işğalına dair də analoji sənədlər qəbul edib.

Təəssüf ki, İsrail-Fələstin münaqişəsinin həllində BMT sənədlərinin vacibliyindən danışan Vladimir Putin (“Dil çaşıb düzünü deyər”) Qarabağ məsələsinə gələndə nədənsə BMT qətnamələri yadına düşmür, “tərəflər razılıq əldə eləsin, biz qarant duraq” kimi şablon bəyanatlar səsləndirir. Yaxud da Rusiya rəsmiləri separatçılığa, işğalçıIığa don geydirmək üçün “üç prinsipli həll”i (ərazi bütövlüyü, güc işlətməməklə hədələmə, öz müqəddəratı təyinetmə) Azərbaycana sırımaq istəyirlər.

Bu yöndə daha da qabağa gedən Rusiya XİN başçısı, erməni kökənli Sergey Lavrovun canfəşanlığı xüsusi diqqət çəkir - hansı ki, bu ilin əvvəllərində “Dağlıq Qarabağda əməliyyatlar Azərbaycanın daxili işi deyil” deməklə həm də ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına almağa çalışıb.

Odur ki, Azərbaycan bundan sonra da Qarabağ məsələsi ilə bağlı beynəlxalq sənədlərdə məhz ərazi bütövlüyü və suverenliyin əks olunmasını özünün əsas prioritetlərindən biri hesab eləməli, erməni işğalı ilə bağlı “ikili standart” yanaşmasına imkan verməməlidir. Necə ki, Bakı AB-nin son Brüssel sammitinin yekun bəyannaməsində buna nail oldu. Xüsusən də Rusiyanın, Putinin Dağlıq Qarabağ məsələsinə “ikili standart” yanaşmasından uzaqlaşdırmaq üçün qardaş Türkiyənin Rusiyaya, Ərdoğanın isə Putinə getdikcə artan təsirləri mühüm rol oynaya bilər. 

Trampın Qüds qərarından sonra baş verənlər də bir daha göstərdi ki, BMT qətnamələri nə qədər dişsiz sayılsa da, yeri gələndə onlar yada düşür, hələ o yana da keçir - üstündən 70 il ötməsinə rəğmən. Biz də Putinin dilindən tutub, onu Qarabağ məsələsində də BMT sənədlərinə sayğılı olmağa çağırmalıyıq. Eləcə də digər vasitəçi dövlətlərin rəsmilərini...                               

*****

Bu arada məhz “ikili standart” yanaşması üzündən həlli uzanan Qarabağ münaqişəsi nəticəsində Ermənistanın - Rusiyanın arxasında durduğu işğalçı ölkənin xarici borcu artmaqdadır. “Yeni Müsavat” erməni nəşri “Joxovurd”a istinadən xəbər verir ki, təkcə noyabr ayında borc 108 milyon dram (62 milyon 700 min dollar) artaraq 6 milyard 404 milyon 700 min dollara çatıb. Məlumatı ölkənin Maliyyə Nazirliyi  yayıb.

Nəşr qeyd edir ki, Ermənistanın ümumi dövlət borcunda xarici borc 5 milyard 115 milyon, daxili borc isə 1 milyard 289 milyon dollar təşkil edır. Aydındır ki, bu da son göstərici deyil. Ermənistanın izolyasiyası davam etdikcə, iqtisadi inkişaf üçün şərtlər əlçatmaz olduqca, ən əsası, İrəvan Moskvanın Güney Qafqaz siyasətinin yedəyində getdikcə, təcavüzkar ölkənin durumu ildən-ilə daha da pisləşəcək.      

Əlavə edək ki, Ermənistanın  xarici borcu ölkənin ümumi illik büdcəsindən (2.63 milyard dollar) az qala, iki dəfə artıqdır və bu fərq də ildən-ilə böyürür.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar