Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin “S-400“lə ərəb padşahlarını bir-birilə necə dalaşdırır...

Hərbi ekspertlər Rusiyanın hazırladığı S-400 SAM-ını “dünyanın ən qabiliyyətli və öldürücü uzunməsafəli hava müdafiə raket sistemi” adlandırırlar


 “Growler” ləqəbi almış bu portativ silah sistemi ballistik raketlərdən və görünməz döyüş təyyarələrindən tutmuş pilotsuz uçuş aparatlarına qədər istənilən hava vasitəsini 400 km-ə qədər məsafədə hədəfə ala bilər. Məşhur “American Patriot” sistemi onun əlinin tozu da deyil.

Buna görə də, rusların hətta Türkiyədə alıcı tapması təəccüblü sayılmamalıdır. Türklər 2,5 milyard dollarlıq bir razılaşmaya imza atıblar.

Türkiyə NATO-nun əsas üzvüdür və Ankaranın Rusiya ilə sövdələşməsinə dair fikir ABŞ siyasətçiləri qıcıqlandırır. ABŞ Senatı 100 “F-35” döyüş təyyarəsinin türklərə satılması barədə müqaviləni “öldürməyi” düşünür, sanksiyalarla təhdid edir.

“Growler” üçün teatr

Türklər ABŞ-ın təhdidlərindən təsirlənməyiblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeonun “”S-400” prosesini başa saldıq, bu iş tamamlanıb” açıqlamasına cavab verib: “Əgər “satın alsanız, sanksiyalar tətbiq edəcəyəm” hədəsi Türkiyəyə təsir etməyəcək”.

Yaxın Şərqdə “S-400”ü satın almaq istəyənlər növbəyə düzülüb: Misir, İraq və ərazisində vətəndaş müharibəsi davam edən Suriya. Bir sözlə, “Growler”ın qabiliyyətlərini və bir çox keyfiyyətini nümayiş etdirmək üçün mükəmməl teatr yaranıb. Gördükləri şeylərdən ən çox təsirlənənlər arasında səudilər də var. Bu mənada, regional hegemoniya uğrunda bir-birinə meydan oxuyan Tehranla Riyad arasında gedən gərginlik nəzərə alınmalıdır.

Ötən ilin oktyabrında kral Salmanın Moskvaya səfəri zamanı, “S-400” də daxil olmaqla, bir sıra silah sistemlərinin satın alınması üçün anlaşma memorandumu imzalanıb və bu, Səudiyyə müdafiə sənayesində texnoloji inkişafa imkan yaradacaq.

Amma amerikalılar prezident Donald Trampın 2017-ci ilin may ayında Riyada səfəri zamanı açıqlanan böyük müqavilələrə istinadla, hələ də həmin sövdələşməyə şərh verməyiblər. Onlar ABŞ-ın müdafiə sənayesinin 10 il ərzində 350 milyard dollar qazanacağına əmindirlər.

Səudiyyə və blokadaya alınmış Qətər

Bu arada rusların Yaxın Şərqdə “S-400” satma işi hələ başa çatmayıb. Yanvar ayının sonlarında Qətər Moskvadakı səfiri vasitəsilə sistemin satın alınması üçün müqavilə bağlamaq naminə yola çıxdıqlarını açıqlayıb. TASS-a danışan səfir Fəhəd bin Məhəmməd əl-Attiyə “mövzuyla əlaqədar görüşlər inkişaf mərhələsindədir”, – deyib.

Bu, bir ildən çoxdur ki, Qətərlə mübarizə aparan Səudiyyəni təhqir etmək üçün kifayət olub. Ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir, Qətərin “Müsəlman Qardaşlar”a dəstək verdiyini iddia edərək, ona quru, hava və dəniz blokadasını tətbiq edib, “Əl-Cəzirə”nin yayımı dayandırılıb.

Qətərlilər qətiyyət və qərarlılıqlarını sübut ediblər. Onların iqtisadiyyatı mühasirəyə alınıb və iki tərəf arasında yaranan təbliğat müharibələrində davamlı olaraq nüfuzlarını artırırlar.

Fransanın “Le Monde” qəzetinin xəbərinə görə, kral Salmanın prezident Emmanuel Makrona göndərdiyi məktubda Rusiyanın Qətərə “S-400” satmaması üçün Moskvaya təzyiq göstərmək xahiş edilib. “Le Monde”-un iddiasına görə, kral “dərin narahatlıq” ifadə edib. Məktubda satışın həyata keçildiyi təqdirdə, Qətərə qarşı hərbi əməliyyat təhdidi var.

Qətərlər, mövcud raket əleyhinə müdafiə sisteminin təkmilləşdirilməsi üçün təxminən 200 milyon dollar sərf etmək niyyəti ilə, silah xərclərini artırıblar. Mart ayında açıqlanan ABŞ-la müqavilə də bura əlavə olunmalıdır. Buna görə də, “S-400” müqaviləsinin niyə Səudiyyə Ərəbistanının qəzəbinə səbəb olması dolaşıqdır.

Diplomatik sükut

Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman əl-Sani deyib ki, Səudiyyə Ərəbistanının müqaviləni bloklamaq cəhdləri ölkənin suverenliyinə hücumdur və Qətər Səudiyyə Ərəbistanı üçün heç bir təhlükə törətmir. “Əl-Cəzirə”yə danışan əl-Sani bildirib: “Qətər bu məsələyə qanunsuz blokadaya ilə eyni şəkildə davranacaq, bu davranışın təkrarlanmamasını təmin etmək üçün bütün beynəlxalq forumlara müraciət edəcəyik”.

Makronla olduğu kimi, Vaşinqton və Londona digər təşviqlər oxşar diplomatik sükutla qarşılanıb. Səudilərin ruslara təzyiq etməyə çalışması və başqalarının mədəd umması çox təəccüblüdür. Görəsən, niyə birbaşa Moskvaya müraciət etməyiblər?

Bəlkə də səudilər bu işi ediblər və müqaviləni pozmaq üçün təhdid də səsləndirilib. Əgər belədirsə, ruslar ən azı qorxmamış görünürlər. Onlar bilirlər ki, Səudiyyə Ərəbistanının “S-400”ə ehtiyacı var. Xüsusilə də, Trampın İranın nüvə sazişini ləğv etməsindən sonra Tehranın atom silahı əldə etmək istəyi nəzərə alınmaqla.

Qətərə silah satışı “pişiyi göyərçinlər arasında qoymaq” vəziyyətidir. Bu ruslar üçün yalnız yaxşı biznes deyil, həm də Körfəz dövlətlərinin ziddiyyətli və bölücü siyasətinə müdaxilə etmə imkanıdır.

Körfəzin düşmənçilik mühitini saxlamaqla, Vladimir Putini İranı daha da gücləndirir. Buna qədər proseslərdə yeganə qalib iranlılardır. Təhlükələrə qarşı hərbi ittifaq olmalı Körfəz Əməkdaşlıq Şurası parçalandıqdan sonra onlar kimə desən barmaq silkələyə bilir. Odur ki, bu, Putinin yeni qələbəsidir.

Rusiyanın iştirakının genişlənməsi

Suriya prezidenti Bəşər Əsədi Suriyada labüd məğlubiyyətdən xilas edərək, İrana bu ölkədəki ambisiyalarını həyata keçirməyə imkan verərək, Putinin Körfəz düşmənlərinə milyardlarla dollarlıq silah satmağı bacarıb. Bu proseslə o, Rusiyanın bölgədəki mövcudluğunu böyük ölçüdə artırıb. “S-400”ü Qətərə satma böyümə və inkişafın davamına sübutdur.

 Bill Lou

“Middle East Eye”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar