Xəbər xətti

29 İYUN

14:38 Dövlətin jurnalistlərə ev verməsi nə qədər doğrudur? - Sorğu

14:35 Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu

14:30 İşdən çıxarılanların müavinəti bu cür veriləcək

14:25 Rusiya Azərbaycana daha 15 “Tank qatili” göndərəcək

14:20 Suriyada rəqabət güclənir

14:12 ABŞ məhkəməsi Azərbaycan Beynəlxalq Bankını dəstəklədi

13:49 Almaniya səfirindən iqtisadi islahatlara bağlı tövsiyyələr

13:44 Ermənistan Qarabağ məsələsində Rusiyaya güvənmir

13:39 “Petya” virusunun yayılma mənbəyi məlum oldu

13:21 Azərbaycan antiterror siyahısını genişləndirdi

13:16 Fransa nəşri Rakka “xilaskarları”nın əsil simasından yazır

13:12 Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...

13:08 Sabah hava necə olacaq?

13:04 Bakı Zooparkında yenidənqurma işləri başlayır - Fotolar

12:59 Riqada Latviya-Azərbaycan biznes-forumu keçiriləcək

12:54 “Siyasətə qayıtmağımla bağlı suala cavab vermək istəmirəm”

12:49 Azərbaycan müğənnilərinin avtomobil markaları və qiymətləri – Siyahı

12:44 “Əzab çəkirəm, ölüm cəzası verin” - 6 tələbənin ölümünə səbəb olan sürücü

12:39 Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini dayandırdı

12:34 Qazaxıstan Beynəlxalq bankdan pulunun 50 milyonunu qaytarıb - 220 milyondan

12:34 Millimizin baş məşqçisi müəyyənləşib

12:29 ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

12:24 Dünyada fəaliyyət göstərən və dövlətlərə hökm edən özəl ordular

12:20 Saçları onlayn rəngləmək üçün əlavə yaradıldı

12:14 Azərbaycan prezidenti türkmənistanlı həmkarının yubileyini təbrik edib

12:09 Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

12:07 Əkrəm Həsənov: “Onların hamısı öz əməllərini ört-basdır edirlər” - Müsahibə (II Hissə)

12:05 Məşhur qrupun solisti vəfat etdi

12:00 Natiq Əliyevi nazir postunda kim əvəz edir?

11:56 “Düşünmürlər ki, savadlı olmaq lazımdır”

11:51 Arif Məmmədov və Elnur Nağızadə rəsmi axtarışa verildi

11:46 Endi Uorhollun əsəri 7.7 milyon dollara satıldı

11:42 “Bu, son deməkdir” - Elton

11:37 “Məktəblərdə şagird sıxlığı ilə bağlı vəziyyət həqiqətən gərgindir”

11:33 Bunun anası-bacısı yoxdur?

11:29 Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

11:25 Ağdaşda ağır qəza: ölən var

11:21 Qətər yeni cavab həmləsinə hazırlaşır

11:16 Dollar 9 aylıq minimuma enib

11:11 15 yaşlı “Miss Baku” və uşaqların üzərində qurulan biznes - Sorğu

11:07 İŞİD İraqın şimalına hücum etdi

11:03 Bakıda iki qız itkin düşüb

10:59 Qafiyənin qafiyəsi

10:54 Mustafanın toy tarixi bəlli oldu

10:49 Suriyalı qaçqınların Türkiyədə sayı açıqlandı

10:45 “Qara bazar”da dolların satışı bahalaşdı

10:41 Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

10:37 Hərbi xidmətdən möhlət hüququ veriləndən sonra magistraturaya qəbul olunanların sayı artıb

10:33 Bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı

10:29 “Birlikdə işləyin ki, nüvə fəlakətindən qaçmaq mümkün olsun!”

10:25 Braziliya prezidenti G-20 sammitində iştirak etməyəcək

10:21 “Daxili siyasi və ictimai proseslərinə təsir etmək məqsədilə əməliyyatlar keçirilir”

10:17 Xanım çempionumuz faciəvi şəkildə öldü

10:13 İnşaatçılar prospektində yerləşən dairə ləğv edilib

10:09 Rotşildlər-Rokfellerlər ixtilafı, 1979-cu il rəngli İran inqilabı, Qətər böhranı...

10:04 Təhsil İdarəsi: “Məktəblərdə daxili və yekun qiymətləndirmələrin nəticələri üst-üstə düşmür”

10:00 Bayramdan sonrakı məzənnə açıqlandı

9:57 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

9:53 Abşeronda polislər bıçaqlanan şəxsləri ölümdən xilas etdilər - Video

9:50 KXDR rəhbərliyi Cənubi Koreyanın keçmiş prezidentini edam etmək istəyir

9:47 MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayişinə münasibət

9:43 ABŞ-dan altı ölkə vətəndaşlarına vizaların verilməsində yeni meyarlar

9:40 Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu

9:37 Polis qaydanı niyə pozur? - Video

9:34 Masallıda ana və oğlu qəzada ölüb, üç nəfər ağır xəsarət alıb

9:30 Venesuelanın baş prokuroruna qadağa - Ölkəni tərk edə bilməz

9:27 Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb

9:23 ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

9:20 Uşağa hansı adları qoymaq məsləhətdir?

9:17 Sumqayıtda qız üstündə qanlı dava: öldürüb qamışlığa atdılar

9:14 Klublarımız Avropa Liqasında mübarizəyə başlayır

9:10 Azərbaycan istehsalı olan velosipedlər satışa çıxarılır

9:07 İŞİD İraqın şimalına hücum edib: ölənlər var

9:03 Azərbaycan nefti bahalaşdı

9:00 Braziliya prezidenti G-20 sammitində iştirak etməyəcək

8:58 Bu gün bürcünüz nələr vəd edir?

28 İYUN

23:58 Hindistanlı aktyor: “Bu qədər sevgi qarşısında sözüm yoxdur”

23:43 Putin terrorçu qruplaşmalardan danışdı

23:37 Azərbaycanlı deputatın hazırladığı sənəd Avropa Şurasında

23:24 “Azərbaycan mənbə və tranzit ölkəsi rolunu oynayıb”

23:11 Almaniya: “Bəşər Əsədlə mütləq danışmalıyıq”

23:04 BMT missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər

22:57 Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi

22:49 “Əl-Qaidə” BMT diplomatını girov götürdü

22:36 ÇL-in oyunları “Feysbuk”da canlı yayımlanacaq

22:23 “Bazar həyat üçün təhlükəli qarpızlarla doludur”

22:15 SOCAR-ın qayığı qəzaya uğrayıb

22:08 Bu qanuna ciddi dəyişiklik ediləcək

22:00 “Whatsapp”da yenilik olacaq

21:52 “Qəbələ” klubu şotlandiyalı futbolçunu icarəyə götürdü

21:45 Qlobal kiber hücumdan ən çox Ukrayna ziyan çəkib

21:38 Suriya yenidən bombalandı: 40 ölü

21:31 İsrail kimsəsiz adaların Səudiyyə Ərəbistanına verilməsində niyə maraqlıdır?

21:26 Almaniyanın İstanbuldakı Baş konsulluğunda ajiotaj

21:19 Aygün Kazımova: “Həyatımın konsertinə hazırlaşıram”

21:11 Rusiya XİN: “Cavab tədbirləri hazırdır”

21:04 Milyarderlərin yaşadığı 15 şəhər - Siyahı

20:56 3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib

20:50 Qazaxda bir nəfər çayda boğulub

20:44 Marsda insan sümüyü tapıldı

20:39 “ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib”

20:33 Yaşayış binasının pilləkənində meyit tapılıb

20:24 Liviya ordusundan uğurlu əməliyyat –Bir neçə rayon terrorçulardan azad edilib

20:18 “Moskva Avropa Birliyinə qarşılıq verə bilər”

20:12 Qazaxda bir nəfər çayda boğulub

19:55 Bakıda məşhur hind aktyoru ilə görüş keçirilib

19:40 Azərbaycandan xaricə turlar bahalaşıb

19:33 “İyun ayında ən azı 173 nəfər öldürülüb” –BMT-dən İŞİD-lə bağlı hesabat

19:12 “Balamın ölümünə səbəb olanlar cəzasını çəkəcək”

19:05 Saatlıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

18:43 “Ya biz, ya Qətər…” –Ərəb ölkələri dünyanı təhdid edir

18:33 Azərbaycanda radikal islam güclənir - Təhlil

18:24 ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb

18:18 İŞİD-in işğalındakı kənd vuruldu –30 mülkü şəxs həlak oldu

18:12 Prezidentin Polşaya səfəri başa çatdı

17:55 ETSN: Sosial şəbəkədə təhrif olunmuş video görüntü yayılıb

17:40 “Avropa qəbul etdiyi 3 milyon qaçqının məsələsini müzakirə edir, halbuki…”

17:33 “Suriyaya birgə zərbə endiriləcək“

17:25 “AŞPA insanları köçkün salan səbəblərə qarşı mübarizəni gücləndirməlidir”

17:20 Ağ Ev “qaz inqilabı“nın başlandığını elan etdi!



ANALİZ

...

Putin və “Batka” yenə “iqtisadi” müharibə həddindədir

Tarix 12.01.17, 10:44

Font ölçüsü : - / +
bitmap-img6


Minsk Avrasiya İttifaqına niyə məhəl qoymur?


Belarusla Rusiya arasında münasibətlər dünya mediasının diqqət mərkəzindədir. 

İki ölkə arasında münasibətləri xarakterizə edən Almaniyanın "Deutsche Welle” qəzeti yazır ki, ötən ilin ikinci yarısından etibarən Rusiya-Belarus münasibətləri yeni "iqtisadi” müharibə həddindədir və bu gərginliyi ilin sonuna kimi həll etmək mümkün olmayıb. İlin əvvəlində isə ən şok qərar bu oldu ki, belaruslar Rusiya neftinin Avropaya tranzitinə görə tətbiq etdikləri qiymətləri qaldırıblar.

Rusiya tərəfi də əvəzində belaruslu tərəfdaşına verdiyi neftin həcmini azaldıb. Antiinhisar Tənzimlənməsi və Belarusun Ticarət Nazirliyi bəyan edib ki, Rusiya Belarus ərazisi vasitəsilə neft tranziti tarifləri ilə bağlı 2017-ci ildə razılığa gəlməyib. Nəticədə, "ittifaq dövləti”nin iki üzvü, Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqlər 2017-ci ilə iqtisadi cəbhədə düşmən dövlətlər kimi daxil olublar. Nəşr iki ölkə arasında münasibətləri "geosiyasi anomaliya” adlandırıb. Bundan əlavə, Rusiya sağlamlığa zərəri olduğunu əsas gətirərək, Belarusdan gələn süd məmulatlarına qadağanı daha da gücləndirib. Qeyd edək ki, Belarusun əsas ixrac məhsulu süd və süd məmulatlarıdır və bunun üçün əsas bazar Rusiyadır.

Belarus rəsmiləri ölkənin Moskvaya tabe olmadığına görə Rusiyanın Belarusu cəzalandırmaq üçün belə bir addım atdığını deyirlər. Rusiya rəsmiləri isə bunun siyasətlə heç bir əlaqəsi olmadığını desələr də, iki ölkə arasında gərginlik artmaqda davam edir.

Özü də məsələ ondadır ki, tərəflər arasında gərginlik tək iqtisadi sahədə deyil. İqtisadi gərginlik nə qədər dərinləşirsə, siyasi sahədə də fikir ayrılıqları güclənir. Gərginlik Rusiyanın Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziya ilə başlayıb. Kreml Minskdən onların müstəqilliyini tanımaq barədə təzyiq etsə də, Belarus belə bir addım atmayıb. Bundan sonra isə Moskva Belarusa vəd etdiyi 500 milyon dollarlıq krediti verməkdən imtina etdi. Rusiyanın Ukrayna ərazisini işğal etməsi məsələsində də Minsk Moskvaya dəstək vermədi.

Rusiyanın əsas narazılığı bir də odur ki, Belarus tərəfi sərhəddə vahid sərhəd-buraxılış sistemi yaratmayıb. Bu da Rusiyadan çıxmasına qadağa qoyulan Rusiya vətəndaşlarının bu ölkəyə sərbəst getməsinə imkan verir. Rusiya hakimiyyət orqanlarının qənaətincə, Minsk Qərb sərhədində etibarlı "dəhliz” rolunu oynaya bilmir. Və öz ərazisindən sanksiyalara məruz qalan məhsulları və insanları buraxır.

Ən ümdə məsələlərdən biri də Lukaşenkonun Gömrük Məcəlləsinin işçi variantına imza atmamasıdır. Belarus lideri heç bir əsas olmadan hələ də bu sənədə imza atmayıb. Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçuk ötən gün söyləyib ki, Belarus prezidenti Avrasiya İqtisadi İttifaqının Gömrük Məcəlləsini imzalamayıb. O, Lukaşenkonun bu sənədlə bağlı danışıqların aparılmasına izn verdiyini bildirib: "Bəzi KİV-lər bu informasiyanı doğru çatdırmayıblar. Biz bu sənəddə müəyyən korrektələrin olunmasını istəyirik”. Korrektə nədən ibarətdir – bax, buna cavab tapılmır ki, tapılmır.

Ən qalmaqallı hadisə isə Rusiya nəşrləri ilə əməkdaşlıq edən üç belaruslu barədə Minskin qaldırdığı cinayət işidir. Onlar irqi, milli, sosial gərginlik yaratmaqda günahlandırılıblar.

Ən qalmaqallı xəbər isə Belarus hakimiyyət orqanlarının qəbul etdikləri növbəti qərardır. Bu da sözsüz ki, Rusiyanın qəzəbinə tuş gələcək. Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı və Birləşmiş Ştatlar da daxil 80 dövlətin vətəndaşlarına ölkədə vizasız olaraq 5 gün qalmaq imkanı verən fərman imzalayıb. "Xarici vətəndaşlar üçün Belarusa vizasız giriş və çıxış qaydası haqqında fərman” bir aydan sonra qüvvəyə minəcək. Xəbər verilir ki, bu hüquqdan ölkəyə yalnız Minsk hava limanından gələnlər istifadə edə biləcəklər. Yeni qaydalar xarici vətəndaşlara Belarusda vizasız olaraq yalnız 5 gün qalmaq hüququ verir. Lukaşenkonun mətbuat xidməti bildirib ki, vizasız rejim ölkəyə bizneslərin və turizmin cəlb olunmasına xidmət edəcək.

Məlumatda deyilir ki, yeni qaydalar Minskdən Rusiyaya uçmağı planlaşdıranlara şamil edilmir. Öz növbəsində beşgünlük vizasız rejimdən Belarusa Rusiya şəhərlərindən gələnlər də istifadə edə bilməzlər. Bundan əvvəl Belarusa 1 illik viza avropalılara 150 avroya başa gəlirdi.

2017-ci ildən vizanın qiyməti 60 avroya endirilib. Belarus hökuməti 2016-cı ildən başlayaraq xaricilərə Polşa ilə Belarusu birləşdirən Avqustov kanalına, Qrodno şəhəri və Qrodno vilayətinə baş çəkən xaricilərə vizasız gəliş hüququ vermişdi.

Belarusa vizasız səfər rejimindən Avropanın 39 ölkəsi, habelə Braziliya, İndoneziya, ABŞ və Yaponiya vətəndaşları istifadə edə biləcəklər. Vizasız gəliş-gediş qaydaları qonaqlardan üstlərində günə 20 avro hesabından nağd pul olmasını tələb edir. Vyetnam, Haiti, Qambiya, Honduras, Hindistan, Namibiya, Çin və Livan vətəndaşlarının Belarusa vizasız gəlməsi üçün onlarda Avropa İttifaqının və ya Şengen vizasının olması tələb edilir.

ABŞ və Avropa İttifaqı ölkələri də son illərdə Belarus rəhbərliyinə olan münasibətlərini radikal şəkildə dəyişiblər. Avropa İttifaqı 2016-cı ilin fevralından Belarus üzərindəki bütün sanksiyaları ləğv edib. Əksinə, ABŞ 2016-cı ilin iyununda Lukaşenko barəsində sanksiyaları daha 10 il müddətinə uzadıb. Buna baxmayaraq, Belarus lideri Vaşinqtonla yaxşı münasibətlərə can atdığını bildirir. A.Lukaşenko deyib ki, "Birləşmiş Ştatlarla normal münasibətlər olmadan tammənalı xarici siyasət ola bilməz”. Rusiyanın bununla bağlı narazılığına gəldikdə, Belarusun xarici işlər nazirinin müavini İqor Fisenko bildirib ki, qəbul edilən qərarla bağlı Minsk Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşı olan Moskvaya hər hansı bir hesabat verməli deyil. Ekspertlər Minskin atdığı addımları Qərblə yaxınlaşma və eyni zamanda Rusiyadan uzaqlaşma ilə əlaqələndirirlər. Bir sıra rusiyalı analitiklərin tənqidlərinə cavab olaraq Aleksandr Lukaşenko bunu ölkəsinin xarici siyasətinin çoxvektorluğu, eləcə də, Belarus iqtisadiyyatının Aİ ilə əməkdaşlığının vacibliyi ilə əlaqələndirir. O bildirir ki, Qərblə münasibətləri Rusiya ilə inteqrasiyaya ziyan vurmur. Rusiya ekspertləri isə bildirirlər ki, Minskin atdığı addımlar başadüşülən deyil. Onlar hesab edirlər ki, Lukaşenko seçimini müəyyən etməlidir.

“Kaspi” qəzeti

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Natiq Əliyevi nazir postunda kim əvəz edir?

bitmap-img3

Rakurs

Maşın qiymətinə semest imtahanı – Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?

bitmap-img3

Seçmələr

Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru