Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və “Batka” yenə “iqtisadi” müharibə həddindədir


Minsk Avrasiya İttifaqına niyə məhəl qoymur?


Belarusla Rusiya arasında münasibətlər dünya mediasının diqqət mərkəzindədir. 

İki ölkə arasında münasibətləri xarakterizə edən Almaniyanın "Deutsche Welle” qəzeti yazır ki, ötən ilin ikinci yarısından etibarən Rusiya-Belarus münasibətləri yeni "iqtisadi” müharibə həddindədir və bu gərginliyi ilin sonuna kimi həll etmək mümkün olmayıb. İlin əvvəlində isə ən şok qərar bu oldu ki, belaruslar Rusiya neftinin Avropaya tranzitinə görə tətbiq etdikləri qiymətləri qaldırıblar.

Rusiya tərəfi də əvəzində belaruslu tərəfdaşına verdiyi neftin həcmini azaldıb. Antiinhisar Tənzimlənməsi və Belarusun Ticarət Nazirliyi bəyan edib ki, Rusiya Belarus ərazisi vasitəsilə neft tranziti tarifləri ilə bağlı 2017-ci ildə razılığa gəlməyib. Nəticədə, "ittifaq dövləti”nin iki üzvü, Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqlər 2017-ci ilə iqtisadi cəbhədə düşmən dövlətlər kimi daxil olublar. Nəşr iki ölkə arasında münasibətləri "geosiyasi anomaliya” adlandırıb. Bundan əlavə, Rusiya sağlamlığa zərəri olduğunu əsas gətirərək, Belarusdan gələn süd məmulatlarına qadağanı daha da gücləndirib. Qeyd edək ki, Belarusun əsas ixrac məhsulu süd və süd məmulatlarıdır və bunun üçün əsas bazar Rusiyadır.

Belarus rəsmiləri ölkənin Moskvaya tabe olmadığına görə Rusiyanın Belarusu cəzalandırmaq üçün belə bir addım atdığını deyirlər. Rusiya rəsmiləri isə bunun siyasətlə heç bir əlaqəsi olmadığını desələr də, iki ölkə arasında gərginlik artmaqda davam edir.

Özü də məsələ ondadır ki, tərəflər arasında gərginlik tək iqtisadi sahədə deyil. İqtisadi gərginlik nə qədər dərinləşirsə, siyasi sahədə də fikir ayrılıqları güclənir. Gərginlik Rusiyanın Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziya ilə başlayıb. Kreml Minskdən onların müstəqilliyini tanımaq barədə təzyiq etsə də, Belarus belə bir addım atmayıb. Bundan sonra isə Moskva Belarusa vəd etdiyi 500 milyon dollarlıq krediti verməkdən imtina etdi. Rusiyanın Ukrayna ərazisini işğal etməsi məsələsində də Minsk Moskvaya dəstək vermədi.

Rusiyanın əsas narazılığı bir də odur ki, Belarus tərəfi sərhəddə vahid sərhəd-buraxılış sistemi yaratmayıb. Bu da Rusiyadan çıxmasına qadağa qoyulan Rusiya vətəndaşlarının bu ölkəyə sərbəst getməsinə imkan verir. Rusiya hakimiyyət orqanlarının qənaətincə, Minsk Qərb sərhədində etibarlı "dəhliz” rolunu oynaya bilmir. Və öz ərazisindən sanksiyalara məruz qalan məhsulları və insanları buraxır.

Ən ümdə məsələlərdən biri də Lukaşenkonun Gömrük Məcəlləsinin işçi variantına imza atmamasıdır. Belarus lideri heç bir əsas olmadan hələ də bu sənədə imza atmayıb. Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçuk ötən gün söyləyib ki, Belarus prezidenti Avrasiya İqtisadi İttifaqının Gömrük Məcəlləsini imzalamayıb. O, Lukaşenkonun bu sənədlə bağlı danışıqların aparılmasına izn verdiyini bildirib: "Bəzi KİV-lər bu informasiyanı doğru çatdırmayıblar. Biz bu sənəddə müəyyən korrektələrin olunmasını istəyirik”. Korrektə nədən ibarətdir – bax, buna cavab tapılmır ki, tapılmır.

Ən qalmaqallı hadisə isə Rusiya nəşrləri ilə əməkdaşlıq edən üç belaruslu barədə Minskin qaldırdığı cinayət işidir. Onlar irqi, milli, sosial gərginlik yaratmaqda günahlandırılıblar.

Ən qalmaqallı xəbər isə Belarus hakimiyyət orqanlarının qəbul etdikləri növbəti qərardır. Bu da sözsüz ki, Rusiyanın qəzəbinə tuş gələcək. Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı və Birləşmiş Ştatlar da daxil 80 dövlətin vətəndaşlarına ölkədə vizasız olaraq 5 gün qalmaq imkanı verən fərman imzalayıb. "Xarici vətəndaşlar üçün Belarusa vizasız giriş və çıxış qaydası haqqında fərman” bir aydan sonra qüvvəyə minəcək. Xəbər verilir ki, bu hüquqdan ölkəyə yalnız Minsk hava limanından gələnlər istifadə edə biləcəklər. Yeni qaydalar xarici vətəndaşlara Belarusda vizasız olaraq yalnız 5 gün qalmaq hüququ verir. Lukaşenkonun mətbuat xidməti bildirib ki, vizasız rejim ölkəyə bizneslərin və turizmin cəlb olunmasına xidmət edəcək.

Məlumatda deyilir ki, yeni qaydalar Minskdən Rusiyaya uçmağı planlaşdıranlara şamil edilmir. Öz növbəsində beşgünlük vizasız rejimdən Belarusa Rusiya şəhərlərindən gələnlər də istifadə edə bilməzlər. Bundan əvvəl Belarusa 1 illik viza avropalılara 150 avroya başa gəlirdi.

2017-ci ildən vizanın qiyməti 60 avroya endirilib. Belarus hökuməti 2016-cı ildən başlayaraq xaricilərə Polşa ilə Belarusu birləşdirən Avqustov kanalına, Qrodno şəhəri və Qrodno vilayətinə baş çəkən xaricilərə vizasız gəliş hüququ vermişdi.

Belarusa vizasız səfər rejimindən Avropanın 39 ölkəsi, habelə Braziliya, İndoneziya, ABŞ və Yaponiya vətəndaşları istifadə edə biləcəklər. Vizasız gəliş-gediş qaydaları qonaqlardan üstlərində günə 20 avro hesabından nağd pul olmasını tələb edir. Vyetnam, Haiti, Qambiya, Honduras, Hindistan, Namibiya, Çin və Livan vətəndaşlarının Belarusa vizasız gəlməsi üçün onlarda Avropa İttifaqının və ya Şengen vizasının olması tələb edilir.

ABŞAvropa İttifaqı ölkələri də son illərdə Belarus rəhbərliyinə olan münasibətlərini radikal şəkildə dəyişiblər. Avropa İttifaqı 2016-cı ilin fevralından Belarus üzərindəki bütün sanksiyaları ləğv edib. Əksinə, ABŞ 2016-cı ilin iyununda Lukaşenko barəsində sanksiyaları daha 10 il müddətinə uzadıb. Buna baxmayaraq, Belarus lideri Vaşinqtonla yaxşı münasibətlərə can atdığını bildirir. A.Lukaşenko deyib ki, "Birləşmiş Ştatlarla normal münasibətlər olmadan tammənalı xarici siyasət ola bilməz”. Rusiyanın bununla bağlı narazılığına gəldikdə, Belarusun xarici işlər nazirinin müavini İqor Fisenko bildirib ki, qəbul edilən qərarla bağlı Minsk Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşı olan Moskvaya hər hansı bir hesabat verməli deyil. Ekspertlər Minskin atdığı addımları Qərblə yaxınlaşma və eyni zamanda Rusiyadan uzaqlaşma ilə əlaqələndirirlər. Bir sıra rusiyalı analitiklərin tənqidlərinə cavab olaraq Aleksandr Lukaşenko bunu ölkəsinin xarici siyasətinin çoxvektorluğu, eləcə də, Belarus iqtisadiyyatının Aİ ilə əməkdaşlığının vacibliyi ilə əlaqələndirir. O bildirir ki, Qərblə münasibətləri Rusiya ilə inteqrasiyaya ziyan vurmur. Rusiya ekspertləri isə bildirirlər ki, Minskin atdığı addımlar başadüşülən deyil. Onlar hesab edirlər ki, Lukaşenko seçimini müəyyən etməlidir.

“Kaspi” qəzeti

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar