Rusiya ordusunun mərkəz, cənub və qərb federal dairələrində həyəcan siqnalı verilib
Axar.az xəbər verir ki, həyəcan siqnalı Prezident Vladimir Putin göstərişi ilə olub və təlim məqsədi daşıyır.
Təlim çərçivəsində mərkəz, cənub və qərb federal dairələri, şimal donanması və hərbi hava qüvvələri yerli vaxtla 07:00-da döyüş vəziyyətinə gətirilib.
Təlimlərin avqustun 31-ə qədər davam edəcəyi gözlənilir.
pia.az