Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir


Əgər Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim edəcək


Publika.az xəbər verir ki, bu barədə erməni siyasi yazar Tevos Arşakyan iddia edib.

Onun sözlərinə görə, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində ErmənistanAvropa İttifaqı arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir: “Bu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının növbəti cəhdidir. Ekspertlər iddia edirlər ki, İrəvan keçmiş təcrübəni nəzərə alaraq, bu dəfə daha israrla hərəkət edir. 2013-cü ildə Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində Sərkisyan Moskvaya getdi və Putinin təzyiqlərindən sonda sazişdən imtina etdi, ardınca Avrasiya İqtisadi İttifaqına qoşuldu. Sərkisyanın bu günlərdə Moskvaya səfəri bu tarixi təcrübə fonunda narahatlıq doğurur. Rusiya çətin ki, Ermənistanın Qərblə sərbəst münasibətlər qurmasına imkan verəcək. İnformasiyalar var ki, Putinlə Sərkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyiblər. Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o, Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək”.

Lakin Arşakyan hesab edir ki, Sərkisyan hakimiyəti Moskvanın tələbləri qarşısında geri çəkiləcək və Avropa İttifaqı ilə saziş imzalamaqdan son anda imtina edəcək.

“Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sərkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sərkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək. Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək”, - o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar